program

Ayaqların köməyi olmadan yerdən jim

Ayaqların köməyi olmadan yerdən jim

1-ci mərhələ Birinci hazırlıq məşqi - əllər kəmər səviyyəsində ola-ola yerdən jim etməkdir. Lakin əlləri kəmərə yaxın qoyub birbaşa jim etmək çox az adamda alınır və bu göründüyü kimi asan deyil. Hər növbəti məşqlə siz əllərinizi kəmər hissəsinə yavaş-yavaş yaxınlaşdırmalısınız.

Ola bilsin ki, siz elə indi belə jim etməyə cəhd etmək istəyəcəksiniz və görəcəksiniz ki, qollar kəmər səviyyəsində ola-ola heç bir dəfə də yerdən jim edə bilmirsiniz, amma eybi yoxdur – vaxt keçdikcə hər şey alınacaqdır.

Yerdən jim edərkən ovuclarınızı bir az yan tərəflərə aça bilərsiniz, və ya onları adi vəziyyətdə - bədənə paralel şəkildə saxlaya bilərsiniz. Çalışın elə nəticəyə nail olun ki, siz əllər kəmər səviyyəsində ola-ola rahat şəkildə 20 dəfə yerdən jim edə biləsiniz.

Ola bilər ki, hazırlığın bu mərhələsi bir aydan çox çəksin, çünki siz axı ayaqların köməyi olmadan yerdən jim etmək istəyirsiniz, bütövlükdə götürəndə - hara tələsirsiniz ki? Bu yerdən jimlərin köməyilə siz həm trisepsləri, həm də beli möhkəmləndirirsiniz, hələ bunlar təkcə əsas əzələlərdir...

2-ci mərhələ

Üfüqi istiqamətdə yerdən jim etməyə kömək edəcək ikinci məşq – divarın yanında yerdən jim etməkdir. Bu məşq hərəkəti sizi üfüqi istiqamətdə yerdən jim etməyə bir addım da yaxınlaşdıracaqdır. Bu ayaqlarsız yerdən jim hərəkətinə artıq daha çox oxşayır, lakin sizin ayaqlarınız divar üzərində olmalıdır, daha dəqiq desək, onlar divarda aşağı-yuxarı sürüşməlidirlər və bunun üçün siz corablar geyinməlisiniz.

Ayaqların hesabına qalxmağa çalışmayın, çünki bu sizin xeyirinizə olmayacaqdır. Qolların hesabına qalxıb enin, ayaqlar isə sadəcə sürüşməli və dayaq rolunu oynamalıdırlar. Bu məşqdə də siz minimum 20 təkrara nail olmalısınız, lakin, əlbəttə ki, nə qədər çox olsa, o qədər yaxşıdır.

 

3-cü mərhələ

Üçüncü mərhələ sizi bu məşq hərəkətinin yerinə yetirilə bilməsinə daha da yaxınlaşdıracaqdır. Siz üfüqi istiqamətdə duruş vəziyyətinə keçib bu vəziyyətdə döşəmədən jim etməlisiniz. Əgər siz əvvəlki məşqi düzgün və vicdanla yerinə yetirmişdinizsə, ayaqlar bir-birindən aralı vəziyyətdə üfüqi istiqamətdə duruşa keçmək sizin üçün çətin olmayacaqdır.

Mümkün qədər çox aşağı ensəniz daha yaxşı olar. Bu məşqdə də ən azı 20 təkrara nail olmaq lazımdır, bundan sonra növbəti mərhələyə keçmək olar.

4-cü mərhələ

Dördüncü mərhələ, bilavasitə sizin istədiyiniz şeydir. Ayaqların köməyi olmadan yerdən jim hərəkətləri artıq üçüncü mərhələdə olmuşdur, lakin nə qədər olmasa da, o hazırlıq məşqi idi. Dördüncü mərhələdə siz üfüqi istiqamətdə duruşa keçirsiniz, lakin ayaqlarınız bir yerdə olmalıdırlar. Bu çox çətin məşqdir, və onu yerinə yetirməyi öyrənmək üçün bu məqaləni oxumaq kifayət etmir. İşləmək, işləmək və yenə də işləmək lazımdır.