program

Görkəmli bodibilderlərin 14 dəyərli məsləhəti

Görkəmli bodibilderlərin 14 dəyərli məsləhəti

1. Tom Plats. Bütün çalışmaları yavaş-yavaş və nəzarət altında yerinə yetirin. Böyük ayaqlar mənfi təkrarlar nəticəsində böyüyürlər. Budlar üçün ən yaxşı çalışma ştanqla klassik oturub-durmalardır. 2. Li Prist. Qollar daha çox baza çalışmalarından böyüyürlər, məsələn, biseps üçün — ayaq üstə ştanqın bisepsə qaldırılması, triseps üçün isə — uzanmış vəziyyətdə ştanqla fransız jimi. Bisepslə trisepsi bir məşqdə birlikdə məşq etdirin. 3. Coni Cekson. Uzanmış vəziyyətdə jimlərdə iş çəkisini artırmaq üçün həmçinin trisepsi, çiyinləri və pressi intensiv şəkildə məşq etdirmək lazımdır. Uzanmış vəziyyətdə döşəmədən ştanq jimi də uzanmış vəziyyətdə jimin gücünü artıracaq.

4. Ronni Koleman. Çalışmaların müsbət mərhələsi partlayıcı xarakter daşıyır. Qurğunu dartılmış yay kimi sıxın. Kürək əzələlərinin inkişafı üçün ən effektiv çalışmalar: dartınmalar, ştanqın və hantellərin qaldırılması, klassik yerdən qaldırmalar, T-qrifinin qaldırılması.

5. Kevin Levron. Məşq etdirilən əzələni hiss etmək çox vacibdir. Əgər onu hiss etmirsinizsə, deməli, qurğunun çəkisi sizin üçün çox böyükdür.

6. Brenç Uorren. Triseps üçün ən yaxşı çalışma - fransız jimidir. Bu çalışma zamanı böyük çəkilərdən istifadə etməyin. Bu, dirsək oynaqlarının zədələnmələrinə gətirib çıxara bilər.

7. Jey Katler. Oturmuş vəziyyətdə hantellərlə jim zamanı qolları axıra kimi düzləşdirməyin. Çalışmanı yavaş-yavaş və orta çəki ilə yerinə yetirin.

8. Dekster Cekson. Mail skamyada oturaraq hantellərin yan tərəflərə aparılması deltaları yaxşı inkişaf etdirir. Bu çalışmada çiyinləri hiss etmək mümkündür. Mənim press üçün ən çox sevdiyim çalışma top üzərində 20-25 təkrar burulmalardır.

9. Arnold Şvartsneqqer. Uzanmış vəziyyətdə ştanqla jim zamanı qolları sona qədər açmaq lazım deyil, çünki tam amplituda zamanı işə əlavə olaraq çiyinlər və triseps də qoşulur və hədəflənən əzələdən yüklənməni çıxarırlar.

10. Devid Henri. Mail skamyada uzanmış vəziyyətdə jim zamanı qrifi sinəyə toxunana qədər endirin. Bu çalışmada natamam amplituda faydasızdır.

11. Fuad Abiad. "Piramida" prinsipi üzrə ayaqlarla jim çalışması - iş çəkisinin, tam gücdən düşənədək, artırılmasıdır. Bu çalışma ayaqları partlatmağa, həmçinin durğunluğu aradan qaldırılmağa qadirdir. Bu çalışmanı ayda 2 dəfədən çox etməyin.

12. Şon Rey. Kürək əzələlərini inkişaf etdirmək üçün effektiv çalışma - ştanqın əyilmiş vəziyyətdə qaldırımasıdır. Əsas odur ki, orta çəkidən istifadə edilsin və çalışmalar tam amplitudada yerinə yetirilsin.

13. Hünter Şlierkamp. Sinə əzələlərinin məşqini ştanqın mail jimindən başlamaq yaxşı olar, çünki sinə əzələlərinin yuxarı hissəsi adətən əksər bodibilderlərin zəif yeridir. İntensiv jimlər güclü sinənin əsasıdır. Lakin hər bir idmançı üçün ayrı-ayrı jimlərin təsiri fərdi xarakter daşıyır. Smit trenajorundan istifadə edin, onu ştanqla və hantellərlə növbələyin ki, sinə əzələlərinizin kütləsini effektiv şəkildə artıra biləcək çalışmanı tapa biləsiniz.

14. Kris Kromye. Böyük qollar, yəni bisepslər üçün: "Sizin üçün mümkün qədər maksimal iş çəkisindən istifadə edin, lakin daha çox təkrarlar etməyə çalışın. O zaman Sizin məşqiniz daha effektiv, əzələləriniz isə daha heyranedici olacaqlar!"