program

PAUERLİFTİNQ

Pauerliftinqdə hərəkətlərin yerinə yetirlməsi qaydaları - Jim

Pauerliftinqdə hərəkətlərin yerinə yetirlməsi qaydaları - Jim

Sinədən qaldırma ( Jim) Skamya  platforma üzərində, başlıq hissəsi baş hakimə çevrilmiş vəziyyətdə olmalıdır. Atlet arxası üzərində uzanmalı, çiyinləri və yanları ilə skamyanın səthinə toxunmalıdır. Hərəkət yerinə yetirilən zaman yanlar skamyadan aralanmamalıdır. Onun ayaqqabısının altı və barmaq tərəfdən olan hissəsi platformanın üst səthi ilə tam təmasda olmalıdır. Başın hansı vəziyyətdə olması isə atletin seçiminə buraxılır. İstənilən boyda olan atlet ayaqların bərk dayağı üçün platformanın(pomost) hündürlüyünü artırmaq məqsədi ilə disk və ya blokdan istifadə edən bilər. Yuxarıda qeyd edilən istənilən variantdan birinin seçilməsi zamanı atletin ayaqları disk və blokun səthində tam olaraq

toxunmalıdır. Blokun ölçüləri 45 sm-in 45 sm-ə dən artıq olmamalıdır.

  • Dörddən çox və ikidən az olmayaraq sığortaçı / assistent iştirak edə bilər. Atlet assistentlərdən və ya fərdi sığortaçıdan xahiş edə bilər ki, ştanqı dayaqdan götürməyə kömək etsin. Jim yerinə yetirilən zaman ancaq təyin edilmiş sığortaçı/assistentlər platformada(pomostda) qala bilərlər. Ştanq sinəyə deyil, düz əllərə verilir. Mərkəzdə sığortalayan ştanqı atletə ötürdükdən dərhal sonra baş hakimin görüntüsü yolunu açmalıdır və pomostu tərk etməlidir. Əgər atletin fərdi sığortalayıcısı dərhal pomostu tərk etməzsə və ya hansısa bir səbəbdən baş hakimin hərəkətin yerinə yetirilməsinin götüntüsü yolunu bağlamış olarsa, hakimlər bu cəhdi hesab etməyərək üç qırmızı siqnal qoşa bilərlər.
  • Qrifdə olan əllər arasındakı şəhadət barmaqları ilə ölçülən məsafə 81 sm-dən çox olmamalıdır. Bu məqsədlə qrifdə icazə verilən məsafəni göstərən  markalama kərtikləri və ya lent olmalıdır. Əgər atlet qrifi müxtəlif məsafələrlə tutursa və ya müxtəlif tutmadan istifadə edirsə, məsələn əldən biri markalama kərtikindən və ya lentdən kənara çıxırsa, onda onun üzərinə bu barədə hakimi xəbərdar etmək məsuliyyəti qoyulur və bu hərəkət başlayana qədər seçilmiş tutmanın yoxlanmasına imkan verir. Əgər bu atletin hərəkəti yerinə yetirmək üçün pomosta çxmasına qədər edilməmişdirsə, bütün zəruri izahatlar və ya dəyişikliklər hərəkəti yerinə yetirmək üçün atletə verimiş vaxt ərzində yerinə yetiriləcək. Əks tutma və birtərəfli tutmadan istifadə etməyə icazə verilir.
  • Ştanqı dayaqdan götürdükdən sonra atlet tam olaraq açılmış əllərin üzərinə, sinəsinə toxunana qədər onu salmalıdır və hakimin işarəsini gözləməlidir.
  • İşarə aydın seçilən “Press” (“press”) komandasından ibarətdir və ştanq sinədə sabit hala gəldikdən dərhal sonra verilməlidir. Ştanqın aşağı salınması yeri atletin belindən yuxarıda olmalıdır (çiyindən kəmərə qədər olan məsafədə)
  • Hərəkətin yerinə yetirilməsi üçün idmançı ancaq bir işarə alır.
  • İşarə aldıqdan sonra atlet ştanqı yuxarı sıxmalıdır. Ştanq, hərəkət yerinə yetirilən zaman sinəyə düşməməli və ya aşağıya doğru hərəkət etməməlidir. Atlet ştanqı düz açılmış əllərdə qaldırmalı və sabit saxlamalıdır. İdmançı ştanqı qeyd edilən vəziyyətdə fiksə etdikdən sonra hakim aydın seçilən “Rack” (“rek”) komandası verməlidir. Ştanq üfiqi müstəvidə hərəkət edə bilər və ya hərəkətdə dayana bilər, lakin ştanqın aşağıya sinəyə doğru enməsinə icazə verilmir.

     

Jimdə  çəkinin hesaba alınmaması səbəbləri

  1. Hərəkətin əvvəlində və sonunda baş hakimin komandalarının yerinə yetirilməsindəki səhvlər.
  2. Hərəkəti yerinə yetirən zaman ilkin vəziyyətdəki istənilən dəyişiklik, yəni, yanın skamyadan istənilən şəkildə qalxması (aralanması) və ya hərəkət yerinə yetirilən zaman əllərin qrifin üzərində hərəkət etməsi (hakimin komandaları arasındakı zamanda). İstənilən ayaqların həddən artıq hərəkəti və ya hərəkət yerinə yetirilən zaman onların pomostun səthi ilə əlaqə nöqtələrinin dəyişməsi.
  3. Ştanqın sinədən vurulması(otbiv).
  4. Hakimin “press” komandası verildikdən sonra ştanqın aşağıya hərəkəti (sinəyə sıxma, vdavlivanie v qrud)
  5. Jim zamanı istənilən, aydın seçilən əllərin eyni anda düzəlməməsi.
  6. Jim yerinə yetirilən zaman zaman ştanqın istənilən aşağıya doğru hərəkəti.
  7. Baş hakimin işarələri arasındakı müddətdə sığortaçı / assistentin ştanqla təması.
  8. Atletin ayaq altı ilə skamya və ya onun dayağına istənilən toxunması
  9. Jimin sonunu asanlaşdırmaq məqsədi ilə hərəkətin yerinə yetirilməsi zamanı qrifin skamyanın dayaqlarına bilərəkdən toxundurulması.
  10. Fərdi sığortaçının pomostu qrifin dayaqdan götürülməsinə, idmançının açıq əllərinə ötürülməsinə yardım göstərilməsindən sonra tərk etməsi barədə məlumatlandırılmasına görə məsuliyyət tam olaraq atletin üzərindədir. Belə sığortaçılar cəhdin uğurlu / uğursuz yekunlaşmasından sonra pomosta geri qayıda bilməzlər. Qrifin dayaqdan götürülməsində yardım edən asistentin dərhal pomostu tərk eməsinə olan tələbin xüsusi əhəmiyyəti var ki, baş hakimin görüntüsünün qarşısını kəsməsin. Sığorta edənlər tərəfindən bu tələbin pozulması cəhdin hesaba alınmaması ilə nəticələnə bilər.