Pauerliftinqdə hərəkətlərin yerinə yetirlməsi qaydaları - Oturub-durma
Oturub- Durma(Prisedanie) Ştanqı dayaqlardan götürdükdən sonra atlet geriyə və ya irəliyə doğru hərəkət edə bilər və platformanın(pomost) ön tərəfinə üzü çevrilmiş halda start vəziyyətində durur. İdmançı ştanqı deltaşəkilli əzələlərin arxa toplusunun hündürlüyündən 3 sm-dən aşağı olmamaqla yerləşdirməlidir. Ştanq çiyinlərdə üfiqi şəkildə olmalıdır, əl və ya barmaqlar qrifi tutmalıdır (böyük barmağın vəziyyəti reqlamentləşdirilməyib). Ayaqlar platformada, dizlər isə düzəliş vəziyyətdə olmalıdır.
Bu vəziyyətdə idmançı baş hakimin işarəsini gözləməlidir. İşarəsi isə ştanq idmançının çiyinlərində düzgün yerləşdirildikdən və idmançı bütün hərəkətlərini dayandırdıqdan sonra verilir. Ba hakimin işarəsi, əlin aşağıya doğru yönəltməsindən və yüksək səslə “Squt” (“skvot”) komandasından ibarətdir.
Baş hakimin işarəsini aldıqdan sonra hərəkətə başlamaq üçün idmançı ayaqlarını dizdən qatlamalı və gövdəsini elə aşağı salmalıdır ki, çanaq-omba oynaqlarında ayaqların yuxarı hissəsi dizlərin yuxarı hissəsindən aşağıda olsun.
Atlet müstəqil şəkildə, ikiqat hərəkət olmadan, tam olaraq dizdən düzəlmiş ayaqların vəziyyətinə qayıtmalıdır. Ştanq hərəkətdən dayana bilər, lakin onun aşağıya doğru hərəkət etməsinə icazə verilmir. Atlet sabit hərəkətsiz vəziyyətə gəldikdən sonra baş hakim ştanqı dayaqlara qoymaq işarəsi verir.
Ştanqın geriyə, dayaqlara qoyulması komandası əlin geriyə hərəkəti və açıq şəkildə sezilən “Rack” (“rek”) komandasından ibarətdir. Bu zaman idmançı ştanqı dayaqlara qoymalıdır.
İdmançını üzü platformanın ön tərəfinə (baş hakimə doğru) çevrilmiş olmalıdır.
Hərəkət yerinə yetirilən zaman atlet vtulka və diklərə toxunmamalıdır. Lakin ovucun arxa hissəsi ilə, ştanqın tutulması zamanı qrifin vtulkasının daxili səthinə toxunmağa icazə verilir.
Platformada hərəkət yerinə yetirilən zaman beşdən çox və ikidən az olmayan sığorta edən assistentlər olmalıdır. Taxta səkidə olan baş hakim əsas hakimlə razılaşdıraraq atletin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə idmançının komandasından əlavə sığorta edən şəxslər cəlb edə bilər. Lakin sığorta edənlərin ümumi sayı 5-dən çox olmamalıdır. Ancaq rəsmi sığortaçılar hərəkət zamanı taxta səkidə qala bilərlər.
İdmançı ştanqı dayaqdan götürmək üçün sığorta edənlərin/ assistentlərin köməyinə müraciət edə bilər, lakin ştanq dayağı tərk etdikdən dərhal sonra sığorta edənlərə / assistentlərə idmançıya start vəziyyəti almaqda yardım etmək qadağan edilir. Assistentlərə atlet ştanq üzərində nəzarətini itirdikdə, ayağı ilişdiyi və ya müvazinəti hər hansı bir başqa halda itirdikdə kömək edə bilərlər.
İdmançı hərəkətə başlamaq üçün ancaq bir işarə alır.
Baş hakimin qərarı ilə əvvəlki cəhdin sığorta edən / assistentin günahı ucbatından uğursuz olması halında idmançıya əlavə cəhd imkanı verilir.
Hərəkətin əvvəlində və sonunda baş hakimin komandalarının yerinə yetirilməsindəki səhvlər.
Aşağı oturma vəziyyətindən qalxmaqda ikiqat və daha çox cəhdlər.
Ştanqı dayaqlardan götürdükdən sonra və ya hərəkət yerinə yetirildən sonra düzəldilmiş dizlərlə doğru olan vəziyyəti almaq üçün uğursuz cəhdlər.
Hərəkət yerinə yetirilən zaman ayaqların kənara, geriyə və ya irəliyə istənilən hərəkəti, hansı ki, addım kimi qiymətləndirilə bilər(hakimin komandaları arasında).
Uğursuz oturma cəhdi və bədənin elə aşağıya salınma halı ki, çanaq-omba oynaqların yuxarı hissəsi dizlərin yuxarı hissəsindən aşağıda olsun.
Hakimin işarələri arasında ştanqa sığorta edənlərin toxunması.
Ayaqlara dirsək və ya çiyinlərlə toxunma.
Ştanqı müstəqil şəkildə dayağa uğursuz geri qaytarma cəhdi
Ştanqın istənilən şəkildə platformaya atma və əldən düşmə halı.