program

REAL WHEY

Real Whey
8% ENDİRİM

Real Whey

QISA MƏLUMAT

Real Whey 2,3 kq Təsvir: Real Whey əzələ kütləsinin yığımı, qurutma dövründə əzələlərin qorunması üçün idealdır. Real Whey zəngin amin turşulu tərkibə, BCAA və L-qlütaminin yüksək konsentrasiyasına malikdir.

MƏHSUL HAQQINDA

Real Whey 2,3 kq

Təsvir: Real Whey əzələ kütləsinin yığımı, qurutma dövründə əzələlərin qorunması üçün idealdır. Real Whey  zəngin amin turşulu tərkibə, BCAA və L-qlütaminin yüksək konsentrasiyasına malikdir.

Real Pharm Nutrition şirkətinin istehsalı olan Real Whey zərdab konsentratı premium sinfinə aiddir. Onun tərkibində, karbohidratların və yağların miqdarı az olmaqla, 78% zülal var. Konsentratın bir porsiyasında 115 Kkal var. Kaloriliyi çox olmadığı üçün onu hətta piy kütləsi yığmağa meyilli olan idmançılar da çəkinmədən qəbul edə bilər. 78%-lıq konsentrasiyaya xüsusi istehsal prosesi vasitəsilə nail olunur. Məsələ ondadır ki, zərdab zülalı bir neçə hərtərəfli filtrasiya mərhələsindən keçir. Nəticədə hazır məhsulun tərkibində qatqıların olmamasına nail olunur. Daha sonra lazımi konsistensiyanı alana kimi susuzlaşdırma prosesi tətbiq edilir.

Real Whey - keyfiyyətli zülal əlavəsidir və onun tərkibində yalnız yüksək keyfiyyətə malik olan xammaldan istifadə olunur. Bu məhsul əsasən təmiz əzələ kütləsi toplamaq və məşq prosesinin effektivliyini yaxşılaşdırmaq istəyən insanlar üçün nəzərdə tutulub. 

Real Whey 100-ün əsas xüsusiyyətləri:

· “Təmiz” əzələ kütləsinin artımı.

· Məşqdən sonra sürətli bərpa.

· Əzələ toxumasını dağılmasından(katabolizm) qoruyur

· İmmun sistemini möhkəmləndirir.

· Çəkini azaltmağa kömək edir.

Məhsulun bir porsiyasında(30 qr.) qidalandırıcı maddələrinin tərkibi:

Enerji dəyəri - 115 kkal

Protein - 23,4 q

Karbohidratlar - 1,44 q

Yağlar - 1,71 q

İstifadə qaydaları: 30 qramlıq porsiyanı 250 ml su və ya yağsızlaşdırımış süd ilə qarışdırın. Daha yaxşı nəticələr üçün, məşqlərdən 1 saat əvvəl və sonra qəbul edin. Məşq olmayan günlərdə qida qəbulları arasında gündə 1-3 porsiya qəbul edin.

Bağlamada porsiyaların sayı: 75

İstehsalçı: Real Pharm Nutrition

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları