program

QİDALANMA

Bodibildinqlə məşğul olmağa başlayanlar üçün qidalanma

Bodibildinqlə məşğul olmağa başlayanlar üçün qidalanma

Joe Weyder Yeni başlayanlar həmişə bilmək istəyirlər ki, onlar nəyi və hansı miqdarda yeməlidirlər. Baxmayaraq ki, hamını qane edə biləcək cavab tapmaq qeyri-mümkündür, biz aşağıda hardasa yuvarlaq bir dietadan danışacağıq. Hələlik isə mən sizin diqqətinizə qida qəbulunun üç universal qanununu çatdıracam:

 

  1. Öz bədəninizə qulaq asmağa çalışın. Mümkündür ki, siz aşkar edəcəksiniz ki, şəxsi qida qəbulu qrafikiniz ümumi qəbul edilənlə uyğun gəlmir. Onda sizə lazım gələcək ki, yaradıcılıq göstərəsiniz və sizin orqanizminizə lazım olan kimi qidalanmağa başlayasınız. Elə kuluristlər vardır ki, onlar bol səhər yeməyi yeyirlər. Elə kulturistlər də vardır ki. əksinə, səhərlər çoxlu yemək yeyə bilmirlər. Hər yerdə olduğu kimi burda da fərdilik amili özünün müxtəlifliyi ilə heyran qoyur. İstənilən halda siz qidadan həzz almalısınız.
  2. Heç bir vaxt məşqdə çoxlu qüvvə itirdiyinizi düşünərək həddən artıq qida qəbul etməyin. Bir dəfəyə qida qəbulu zamanı sizin orqanizminiz 30-35 qram zülalı ancaq həzm edə bilər. Ərzaq məhsulları heç də ucuz deyil və həddən artıq yeməklə siz ona nail olursunuz ki, nəcisiniz ətrafda ən bahalısı olur.

  3. Adətən kulturistə gündə üçdəfəlik qida qəbulu qaydası uyğun gəlmir. Daha faydalı olan daha çox yemək qəbuludur – təxminən günd 4-6 dəfə. Yeri gəlmişkən, bu gün eşitmək olar ki, belə qida qəbulu sxemi ümumiyyətlə çox faydalıdır. Onu təkcə intensiv məşq edənlərə deyil, hamıya məsləhət görürlər. Bu məni təəcübləndirmir. Mən artıq adət etmişəm ki, bizim həyat tərzimiz gec-tez yerdə qalan bəşəriyyətin gündəlik yaşama qaydasına keçəcək.

 

Aşağıda mən, sizin kimi yeni ştanqdan yapışmağa başlayan amerikalı kulturistin təxmini dietasını təqdim edəcəm. Siz öz həmkarınızı hər şeydə təkrarlamağa  çalışmamalısınız, heç olmasa ona görə ki, bu yaxınlardan məlum olduğuna görə orqanizm üçün ən faydalı olan elə onun öz yaşadığı ərazidə əmələ gələnlərdir. Buna görə də sizə təqdim edilən dietada kartof və ya düyüyə rast gəlmirsinizsə bu o demək deyil ki, onlar ümumiyyətlə faydasızdırlar.

 

Səhər yeməyi

 

3 ədəd yumurtadan omlet

Qamburger və qaynadılmış (qızardılmış) balıq filesi

Meyvə (apelsin, yemiş dilimi, alma, bir az çiyələk ...)

Bir stəkan yağsızlaşdırılmış süd, yaxşı olardı ki pasterizə edilmiş yox, xam süd olsun.

 

İkinci səhər yeməyi

 

Qozlar, tumlar (buterbrodda bir dilim ət)

1 stəkan kefir, yoqurt

 

Lanç

 

Balıq, ət, quş

Tərəvəz yeməyi

Yaşıl salat

Alma

1 stəkan yağsızlaşdırılmış xam süd

 

Məşqdən əvvəl

 

2-3 meyvə, yaxşı olardı ki, fərqli olsunlar (bu enerji yığmağın yaxşı bir yoludur).

 

Nahar

Ət, balıq, quş

Tərəvəz yeməyi

Yaşıl salat

1 stəkan yağsızlaşdırılmış xam süd

 

Şam yeməyi

 

80-100 qramm pendir

1 meyvə

1 stəkan yağsızlaşdırılmış xam süd

 

Bu dieta südü nəzərdə tutur, lakin elələri vardır ki, bu variant onlara yaramayacaq, çünki müəyyən qisim insanlar vardır ki, südü içə bilmirlər. Əgər siz onların sırasına aidsinizsə, onda süd stəkanını şirə və ya mineral su stəkanı ilə əvəz edin.