program

QİDALANMA

Dietaya riayət edərkən 7 ən geniş yayılmış səhv

Dietaya riayət edərkən 7 ən geniş yayılmış səhv

Fərqi yoxdur, siz yaxşı fiquraya aparan yolun başlanğıcındasınız, yoxsa sağlam həyat tərzinin və məşqlərin bütün nyuanslarını bilirsiniz, çox güman ki, siz qidalanmada səhvlərə yol verirsiniz. İş, çəkinin azaldılmasına çatanda, çox vaxt biz hər şeyi düz etdiyimizi düşünərək tələyə düşürük. Əslində biz özümüzə faydadan çox zərər verə bilərik.

 

1. Yağsızlaşdırımış məhsulların alınması

Əgər birdən-birə üzərində “pəhriz”, “diyetik”, “yağsızlaşdırılmış”, “şəkərsiz” yazılmış məhsulları aldığınızı görsəniz – bu işdən dərhal əl çəkin və mağazadan qaçın. Çoxları, bu reklam olunmuş sözləri görüb düşünürlər ki, onların aldıqları məhsullar mütləq faydalı olacaqlar. Əslində isə bu sözlər onu göstərir ki, onlar güya sağlamlıq üçün lazım olan hər şeyi alırlar, lakin onların heç bir faydası yoxdur.
Məhsul istehsalçıları məhsulları “yağsızlaşdırılmış” etmək üçün yağ kimi komponentləri məhsuldan çıxartdıqda, oraya onun əvəzinə məhsulu daha dadlı etmək üçün başqa şeylər əlavə etməli olurlar. Bu dad gücləndiriciləri çoxlu şəkər qatılmış, adları çətinliklə tələffüz edilən kimyəvi komponentlər və rafinə edilmiş karbohidratlar qarışığıdır. Bir yerdə bu qatqılar sizin arıqlamaq arzularınıza zərər verə bilərlər. Yenidən emal olunmuş, tərəzi ilə çəkilib qablaşdırılmış, konservləşdirilmiş məhsullardan uzaq durun. Minimum qatqısı olan təzə, bütöv məhsullarla qidalanın.

2. Kifayət etməyən qidalanma

Əgər siz çəki atmaq istəyirsinizsə, ilk növbədə ağıla gələn şey - daxil olan kalorilərin sayını azaltmaqdır, elə deyilmi? Bu elə təəssürat yaradır ki, orqanizmə nə qədər az kalori daxil olarsa, o qədər də çox siz piy atacaqsınız. Səhv! Kalorilərin daxil olmasının güclü məhdudlaşdırılması işləyə bilər, lakin yalnız qısa müddətdə, sonra isə metabolizm (maddələr mübadiləsi) tamamilə dayanana kimi tədricən yavaşımağa başlayacaqdır.
Əgər bu kifayət etmirsə, o zaman kalorilərin həddindən artıq az miqdarda daxil olması halında bədən çətinliklə əldə edilmiş əzələləri yanacaq kimi istifadə etməyə başlayır, bu proses “katabolizm” adı altında tanınmışdır. Əgər bu baş verərsə, sonrakı vaxtlarda bu çəkinin azalmasına mane ola bilər. Mən anlayıram ki, “daha çox ye” sözləri çəkinin azalmasına heç də kömək etmir, lakin inanın mənə, daha çox yemək adətən daha yaxşıdır. Əgər siz özünüzü kalorilərin qəbulunda həddindən artıq məhdudlaşdırsanız, siz nəzərə çarpacaq nəticələrə nail olmayacaqsınız.

3. İfratçılığa yol vermə

Biz “hər şey və ya heç nə” dünyasında yaşayırıq. Və çoxları üçün bu baxımdan pəhriz istisna deyil. Hər yerdə deyirlər: “Çəki atmaq üçün gündə 10 dəfə qidalanmaq lazımdır”, “mütləq 600 qram karbohidrat qəbul etmək lazımdır”, “meyvə və ya süd məhsulları yeməyin”, “uğura nail olmaq üçün sizə bu 30 əlavə mütləq lazımdır”. Əlbəttə ki, bu bəyanatlardan bəziləri bəzi hallarda işləyə bilər, lakin orta hesabla biz hansı nəticəni görürük? Mənim təcrübəmə əsasən, ifratçılığa yol vermək mənə heç nə vermədi və məni sadəcə olaraq başladığım yerə gətirib çıxartdı.
Əgər sizdə uzun müddətdir heç nə alınmırsa, yadınızda saxlayın ki, balans və mötədilik müvəffəqiyyəttin açarlarıdır. Mənim təklifim belədir: “qızıl orta”dan başlayın. Sizə uyğun gələn balansı tapanadək tələsmədən nəyisə əlavə edin və götürün.

4. “Ən yeni pəhrizə” ümid etmə

Əgər siz hormonal pəhrizi, əsasında şi(kələm şorbası) olan pəhrizi, 3-günlük pəhrizi, qan qrupuna görə pəhriz və ya başqa hər hansı ağılasığmaz şirə pəhrizini artıq yoxlamısınızsa, sizə aşağıdakıları diqqətlə dinləmək lazımdır. Yeni pəhriz haqqında reklam sizi “son tədqiqatlar” əhvalatları və müvəffəqiyyət hekayələrinin nümayişi ilə cəlb etmək istəyir. Reklam olunan pəhrizlər əslində işləyirlər. Lakin bu çox çəkmir. Siz normal həyata qayıtdıqdan sonra, gözləməyin ki, sizin bədəniniz sizin arxanızca gələcəkdir.
Bu pəhrizlərin ümumi cəhəti uzun müddət ərzində yerinə yetirilə bilməyən qeyri-sağlam, ekstremal hərəkətlərin praktikasıdır. Mən öz müştərilərimə həmişə deyirəm: “Bütün həyatınız boyunca edə bilməyəcəyiniz və ya etməyəcəyiniz heç bir şey etməyin”. Düzgün qidalanma həyat tərzinin dəyişdirilməsini nəzərdə tutur və əgər siz həyatınızın sonuna kimi hər gün şi yeməyə hazır deyilsinizsə, bu cür pəhrizdən uzaq durun.

5. Həftəsonu(istirahət) günlərində fasilə etmə

Günahkaram, etiraf edirəm, bunun üçün səbəblər var. Yaxşı, siz məni tutdunuz - bu demək olar ki, hər bir həftəsonu günlərində baş verir. Pəhrizə riayət etməmə ilə kələkbazlıq - bu xırda bir şey olsada, elə xoşagələndir ki, həm mənəvi, həm də fiziki baxımdan. Lakin əgər siz iş gününüzü cümə günü, axşam saat 5-də bitirirsinizsə və həmin vaxtda pəhrizə riayət etməyi dayandırırsınızsa, sizdə bəzi kiçik problemlər yarana bilər.
İçinizi bütün həftəsonu günləri ərzində bütün həftə ərzində qadağan olunmuş şeylərlə doldurmaqla siz yalnız irəliləyişi ləngitməyəcəksiniz, siz sadəcə olaraq onu dayandıracaqsınız. Ola bilsin ki, siz hətta çox böyük çətinliklə qurtulmuş olduğunuz şeyləri tamamilə geri qaytaracaqsınız. Öz məqsədlərinizdən və nail olunmuş irəliləyişdən asılı olaraq bir-iki dəfə fırıldaq edib “qadağan olunmuş” nəsə yemək bir az olar. Sadəcə sonra sağlam qidalanmaya mümkün qədər tez qayıdın. İmkan verməyin ki, pəhrizə riayət olunma ilə bir fırıldaq hadisəsi “həftəsonu günlərində yeyib tıxamağa” çevrilməsin.

6. Orqanizmin istəklərinə məhəl qoymama

İstəyirsiniz inanın, istəyirsiniz yox, bizdə orqanizmin fəaliyyət göstərməsini tənzimləyən və bizə nə vaxt ac olduğumuzu və nə vaxt yemək yeməyi dayandırmaq lazım olduğunu “deyən” hormonlar var. Bu siqnallara məhəl qoymayıb, “Mən toxam” nöqtəsini kəçib “Mən partlayıram” nöqtəsinə doğru hərəkət edərək yemək yeməyə davam etdikdə, piylənmə kimi bir problem meydana gələ bilər.
Digər tərəfdən, ciddi qaydalara uyğun qidalanma da bu siqnalları ləğv edir. Bəzən hər üç saatda plan üzrə kaloriləri “toplayarkən” biz unuduruq ki, orqanizmin səsinə qulaq asmaq lazımdır. Mən demirəm ki, bildiklərinizin hamısını götürüb pəncərədən atmaq və mədənizi bütün günü doldurmaq lazımdır, lakin sonuncu dəfə siz nə vaxt dayanıb öz aclıq səsinizə qulaq asmısınız?
Hər üç saatdan bir saat zəng çalanda siz ac olursunuzmu? Siz o qədər acsınız ki, hətta divardakı natürmortu belə yeyə bilərsiniz? Yemək yeməyi bitirdikdə sizdə aclıq hissi qalırmı? Zəngli saatın zənginə deyil, yemək yeməyə çağıran öz bədəninizin istəklərinə qulaq asın. Bədəninizdən öyrəndiklərinizə təəccüblənəcəksiniz.

7. Real həyat haqqında unudarkən

Siz daima ağzınıza qoyduğunuz hər bir qram brokkoli haqqda düşünürsünüz? Siz gündə ən azı 4 dəfə tilapiya balığı və qulançar(sparja) yeyirsiniz? “3-cü qida qəbulu”ndan düz 2.5 saat sonra “4-cü qida qəbulu”na başlaya bilmədikdə sizdə panika başlayır?Əgər bu belədirsə, ola bilsin ki, bir az dayanmağın, gözləməyin, nəfəs almağın vaxtı gəlibdir. İmkan verməyin ki sağlamlıq axtarışı qeyri-sağlam, beyindən çıxmayan ideyaya çevrilsin.
Səhər yeməyinə “1-ci qida qəbulu” deyil, səhər yeməyi deyin. Dostlarınızla gəzərkən, bir şokolad yeyin, bədəninizin səsinə qulaq asın. Gülümsəyin, şənlənin, gərginliyi atın. Yaşamağı unutmayın.