Banan və məşq. Banan və bodibildinq. Əsas sualların cavabları.
BANAN BODİBİDİNQDƏ
Öz qidalanmasına fikir verən və öz rasionunu maksimum dərəcədə müxtəlifləşdirməyə və zənginləşdirməyə çalışan insanlar bilirlər ki: banan – bir az qeyri-adi, lakin eyni zamanda çox faydalı meyvədir. Bu meyvə heç də hamının xoşuna gəlmir, lakin aktiv məşq etməyə və düzgün qidalanmağa üstünlük verən insanlar bu meyvəni öz menyularına daxil etməyi mütləq nəzərdən keçirməlidirlər. Məşqdən əvvəl banan – sərf olnmuş enerji ehtiyatlarını doldurmağın əla üsuludur, məşqdən sonra banan – orqanizmi tez bir zamanda enerji ilə yükləmək üçün gözəl variantdır. Lakin idman məşqlərindən maksimum nəticələr əldə etmək üçün bu ekzotik meyvələri nə vaxt və hansı miqdarda yemək lazım olduğu haqda bir neçə vacib qaydanı bilmək lazımdır.
İstənilən başqa məhsulla olduğu kimi, bananla da “qızıl ortanı” gözləmək lazımdır – yüksək kaloriliyinə görə bu məhsulu böyük miqdarlarda yemək tövsiyə olunmur, lakin yüksək vitaminli və minerallı tərkibinə görə ondan tam imtina etmək də olmaz.
Məşqdən sonra banan yemək olarmı?
Banan – sürətli karbohidratlardır, lakin onun tərkibində çoxlu miqdarda sellüloz və vitaminlər də var.
Məlum olduğu kimi, sürətli karbohidratlar kifayət qədər tez bir müddətdə mənimsənilir və ani doyma effekti yaradırlar. Təəssüf ki, bu effekt tezliklə yoxa çıxır (20-30 dəqiqədən sonra yenidən yemək istəyirsən), lakin əksər təcrübəli məşqçilər qeyd edirlər ki – istənilən idmançının rasionunda həm ləng, həm də sürətli karbohidratlar olmalıdır.
Məşqdən sonra banan yemək olarmı? Bu suala qısa cavab versək - bəli, olar. Və hətta lazımdır. Və bunun üçün bir çox səbəb var:
Məşqdən dərhal sonra orqanizmdə sərf olunmuş enerjini təcili sürətdə doldurmağa ehtiyac yaranır. Çox vaxt özünlə idman zalına tamdəyərli şam yeməyi apara bilmirsən, idman zalından evə yol isə çox uzun çəkir – bu halda məşq sonrası qida qəbulu gecikə bilər, bu isə istər-istəməz əzələ toxumasının tükənməsinə gətirib çıxarır (orqanizm qidalandırıcı maddələri ilk növbədə əzələlərdən götürməyə başlayır). Məhz buna görə məşqdən sonra banan qəbulu – sərf olunmuş enerjini qismən bərpa etməyin, tez bir zamanda qanda şəkər səviyyəsini yüksəltməyin, və bununla da enerji hasilatı və müvafiq olaraq əzələ kütləsi artımı prosesini işə salmağın əla üsuludur.
100 qram bananın tərkibində orta hesabla 20 q karbohidrat, 1,7 q zülal, təxminən 90 kalori var. Ümumiyyətlə, məşqdən sonrakı 20 dəqiqə ərzində 1-2 banan yemək tövsiyə olunur – bu tez bir zamanda aclıq hissini yatırmağa kömək edəcək.
Tərkibində qida liflərinin (sellülozun) miqdarının çox olması sayəsində, banan mədə-bağırsaq yolunun fəaliyyətini normallaşdırmağa kömək edir, qəbizliyin yaranmasının qarşısını alır. Tərkibində vitaminlərin, mineralların və qidalandırıcı maddələrin çox olması orqanizmi ağır fiziki yüklənmədən sonra onun orqanlarının və sistemlərinin bir-birilə uzlaşmış şəkildə işləməsi üçün zəruri olan hər şeylə təmin edir.
Məşq növündən asılı olaraq məşqdən sonra bananı müxtəlif cür qəbul etmək olar:
İdman məşqlərinin əsas məqsədi kütlə artımıdırsa, məşqdən 10-20 dəqiqə sonra qəlyanaltı kimi 2 orta ölçülü banan yemək lap yerinə düşər. Daha sonra, 30-60 dəqiqə ərzində yaxşıca yemək yemək lazımdır (tamdəyərli “idman” nahar/şam yeməyi - ət, suda bişirilmiş tərəvəzlər / sıyıq, toyuq döşü, təzə tərəvəzlər və göyərti / sobada bişirilmiş balıq, kartof / protein kokteyli / qeyner və s. – cəmi 300-400 kalori).
Trenajor zalına artıq çəkidən qurtulmaq məqsədilə gedən insanlara məşqdən dərhal sonra 1 ədəd kiçik banan + protein kokteyli və ya yüngül zülallı nahar/şam yeməyi (tərəvəzlərlə suda bişirilmiş toyuq döşü /bal ilə kəsmik/ bütöv dənli undan bişirilmiş çörəklə göy və yumşaq pendirli buterbrod – cəmi 200-300 kalori) kifayət edəcək.
Qurutma prosesində olan insanlar üçün məşqdən sonra bir ədəd kiçik banan yeməyə icazə verilir (əgər aclıq hissə çox güclüdürsə). Yadda saxlamaq lazımdır ki, artıq kalorilər öz-özünə heç yerə yoxa çıxmayacaq – onlar mütləq dərialtı piy şəklində yığılacaqlar, buna görə də qurutma zamanı müvəqqəti tərtib olunmuş menyuya riayət etmək vacibdir – daha çox zülal, daha az karbohidrat, minimum yağlar. Əgər məşqdən sonra sürətli karbohidratların miqdarını maksimum dərəcədə azaltmaq mümkündürsə, bunu etmək və məşqdən 20-30 dəqiqə əvvəl bir banan yemək tövsiyə olunur.
Yadda saxlamaq lazımdır ki, hətta əzələ kütləsi yığımına yönəlmiş məşqlər zamanı belə kalorilər idmançıya heç bir fayda gətirməyəcəklər, buna görə də kiloqramlarla banan yemək tamamilə mənasızdır və hətta zərərlidir – çünki onsuzda uzunmüddətli toxluq hissi yarada bilməyəcəksiniz, qanda artıq şəkər miqdarı isə ürək fəaliyyətini çətinləşdirir.
Gecə yuxusundan əvvəl banan yemək olarmı?
Banan yüksək kaloriliyə malik olduğu üçün bir çox insanlar onu axşam məşqdən sonra və ya yuxudan əvvəl yeməkdən çəkinirlər. Bunun nə qədər düzgün olub-olmadığına birmənalı cavab vermək çətindir: hər şey hər bir konkret vəziyyətdən asılıdır:
Axşam gec vaxtı kütlə yığımına məşq edən və 2-3 saatdan sonra yatmağa gedən insanlar üçün 2 banan yemək – normadır. Bu meyvə aclıq hissini yatırmağa kömək edəcək və sərf olunmuş enerjinin bir qismini bərpa edəcəkdir. Qorxmaq lazım deyil ki, karbohidratlar “piyə çevriləcəklər” – intensiv məşqdən sonra əzələlər “acır”, buna görə də qidalandırıcı maddələrin əsas hissəsini məhz onlar özlərinə götürəcəklər.
Artıq kiloqramlardan qurtulmağa çalışan insanlara gec saatlarda edilmiş məşqdən sonra 1 banan yemək olar. Sürətli karbohidratlara çox bənd olmaq lazım deyil, əvəzində öz rasionunuzu kiçik miqdarda ləng karbohidratlarla tamamlayaraq zülallı qidadan formalaşdırmaq tövsiyə olunur.
Əgər siz gündüz vaxtı məşq etmisiniz, lakin qəfildən yuxudan əvvəl ürəyiniz yemək yemək istəyibsə, o zaman banana aludə olmaq lazım deyil – bu vaxt bir stəkan kefir içmək, 1 porsiya yağsız kəsmik yemək, yumşaq pendir dilimi və ya suda bişirilmiş zülalla bir neçə təzə xiyar dilimi çeynəmək daha yaxşı olar.
Həmçinin yadda saxlamaq lazımdır ki – əgər məşqiniz axşam vaxtıdırsa, əsas şam yeməyini məşqdən 60-90 dəqiqə əvvəl yemək daha məsləhətlidir. Bu yolla siz orqanizminizi axşam istirahəti zamanı yeməyi həzm etmək işi ilə yükləməyəcəksiniz.
Məşqdən əvvəl banan yemək olarmı?
Məşqdən əvvəl banan yeməyin faydasına gəldikdə, burada məşqçilərin fikiri ayrılır:
Daha əvvəl deyildiyi kimi, banan qəbulu qanda şəkər səviyyəsinin kəskin artmasına səbəb olur. Orqanizm insulin hasil etməyə başlayır, insan güc və canlanma hiss edir. Problem ondadır ki, bu effekt çox qısamüddətlidir – 20-30 dəqiqədən sonra “batareyalar yatır”, idmançı yorğunluq hiss edir – orqanizm şəkərin yeni porsiyasını tələb edir. Əgər təsvir edilmiş vəziyyət məşqdən sonra, idmançı istirahət etdiyi zaman baş verirsə, orqanizmi 1 porsiya protein kokteyli və ya qeyner ilə “stimullaşdırmaq” kifayət edəcək. Ancaq əgər siz məşqdən 20-30 dəqiqə əvvəl banan yemisinizsə, gücdən düşmə anı çalışmaların məhz əsas hissəsinə təsadüf edəcək. Belə vəziyyətdə idmançı üçün tam güclə işləmək, ağır çəkilər qaldırmaq daha da çətin olur, bu isə məşqin effektivliyini azaldır. Buna görə də, idmanla məşğul olduğunuz zaman əlavə enerji ilə yüklənmək üçün özünüzü sürətli karbohidratlarla “qidalandırmaq” məcburiyyətində qalacaqsınız.
Başqa fikirə əsasən isə, məşqdən əvvəl banan yemək olar və lazımdır. Birincisi, o tez bir zamanda aclıq hissini yatırmağa kömək edir. Əgər məşqdən əvvəl nahar (şam) etmək imkanınız olmayıbsa, özünüzü 2 bananla “qidalandıra” bilərsiniz. Həmçinin bəzi mütəxəssislər bananı səhər məşqlərindən əvvəl yeməyi tövsiyə edirlər.
Bundan başqa, məşq növündən asılı olaraq banan qəbuluna dair bir sıra tövsiyələr mövcuddur:
Bodibildinq, güc məşqləri. Məşqdən əvvəl 1-2 banan – və siz enerji və güclə yüklənmiş olacaqsınız. Adi banan əvəzinə bir porsiya meyvə-zülal kokteyli içsəniz pis olmaz – o tez bir zamanda toxluq hissi yaratmağa və aclıq hissini uzun müddətə yatırmağa kömək edəcəkdir.
Fitnes, arıqlamaq üçün məşqlər. Bu halda məşqdən bir saat əvvəl 1 banan yemək olar, lakin eyni zamanda qəbul olunan kalori miqdarına və rasionda sürətli karbohidratların mümkün qədər az olmasına nəzarət etmək lazımdır.
Qurutma. Qurutma prosesində olan idmançılar üçün əsas qayda mümkün qədər az yağlar qəbul etmək və gündəlik menyunu kiçiltmək hesab olunur. Bananın tərkibində yağ azdır, lakin onun kaloriliyi 100 q məhsulda – təxminən 89 kalori təşkil edir. Beləliklə, 1 banan qida dəyərinə görə 100 qram suda bişirilmiş dana ətini və ya qaraciyərini əvəz edə bilər – qurutma dövründə o orqanizmə daha çox fayda verəcək, üstəlik orqanizmə heç bir qramda olsun yağ daxil olmayacaq.
Məşqdən əvvəl banan yeyib-yeməmək qərarını – hər bir idmançı arzu etdiyi nəticələrdən və qarşısına qoyduğu məqsədlərdən asılı olaraq özü verməlidir. Ən əsası – hər şeyin həddini bilmək, “qızıl ortanı” tapmaqdır – fiziki aktivlikdən əvvəl istər artıq qida qəbulu, istərsə də yetərsiz qida qəbulu diskomforta və nəticə etibarilə məşqlərin effektivliyinin azalmasına gətirib çıxarır.
Məşq zamanı banan yemək olarmı?
Məşq zamanı bir çox idmançılar (xüsusən də əzələ kütləsini artırmaq istəyən idmançılar) özləri üçün kiçik qida qəbulları təşkil edirlər – 1 porsiya protein kokteyli, qeyner, şirə, meyvələr.
Məntiqə uyğun bir sual ortaya çıxır ki, – birbaşa məşq zamanı banan yemək olarmı? Banan yüksək qida dəyərinə malikdir, üstəlik tez bir zamanda enerji və güc artımını təmin edir.
Əslində məşq zamanı bir dilim banan (yarısından çox olmamaq şərtilə) yemək olar – bu qanda şəkər səviyyəsini bir az artırmağa kömək edəcək, yorğunluğu azaldacaq və məşqi daha effektiv edəcəkdir.
Adətən maksimum 45 dəqiqə davam edən güc məşqləri üçün bananın üçdə bir hissəsini (1/3) yemək kifayət edir. 45-60 dəqiqə ərzində məşq edən insanlara isə bir az çox, – bananın yarısını (½), onu 2 hissəyə bölərək (20-30 dəqiqəlik intervallarla) yemək olar.
Bananın orqanizm üçün faydası
Banan, şübhəsiz ki, tək idmançılar üçün faydalı deyil. İstənilən insanın orqanizmi bu tropik meyvənin qəbulundan böyük fayda görür:
Stressə davamlılıq artır, əhval-ruhiyyə yaxşılaşır. Tərkibində triptofan amin turşusunun olması sayəsində (hansı ki orqanizmdə “xoşbəxtlik hormonu” - serotoninə çevrilir) - banan depressiya ilə mübarizə aparmağa kömək edir. Meyvənin tərkibində olan vitamin və minerallar sağlam yuxunu və əzələ toxumasının maksimum dərəcədə relaksasiyasını (rahatlaşmasını, istirahətini) təmin edir (bu isə, şübhəsiz ki, idmaçılar üçün xüsusilə vacibdir).
Ürək fəaliyyətini normallaşdırır. Bananın mineral tərkibində ürəyin normal fəaliyyəti üçün əvəzolunmaz olan kalium var. Məşqdən sonra nə üçün banan yemək lazımdır? Qan dövranını yaxşılaşdırmaq və qan təzyiqini azaltmaq üçün.
Görmə qabiliyyətinə müsbət təsir göstərir. Bananın tərkibində çoxlu miqdarda vitamin A var. Onun sayəsində bizim gözlərimiz zərərli xarici təsirlərdən qorunurlar. Bundan başqa, bu vitamin görmə qabiliyyətinin itiliyini artırmağa kömək edir.
Həzmə kömək edir. Qida lifləri mədə-bağırsaq yolunun fasiləsiz fəaliyyətini təmin edir, orqanizmdən bütün lazımsız, zərərli maddələri çıxarmağa kömək edirlər. Beləliklə, orqanizmin təbii təmizlənməsi və eyni zamanda artıq çəkinin itirilməsi müşahidə olunur.
Beyin fəaliyyəti yaxşılaşır. Tərkibində çoxlu miqdarda vitaminlərin olması sayəsində, banan beyinin daha yaxşı qidalanmasına kömək edir. Bundan başqa, tez bir zamanda qanda şəkər səviyyəsinin artması mərkəzi sinir sistemi səviyyəsində mübadilə proseslərini işə salmağa kömək edir.
Banan yüksək qlikemik indeksə malikdir – bu çox qidalandırıcı və yüksək kalorili meyvədir. Lakin, əgər siz şəkərli diabetdən əziyyət çəkirsinizsə, bu meyvənin faydalı xüsusiyyətlərinə baxmayaraq, onun qəbulundan imtina etmək tövsiyə olunur.
Bodibildinqdə bananın 8 faydalı xüsusiyyəti
Bodibildinqdə bananın ən vacib funksiyalarından biri şirniyyatı əvəz etməsidir. Bodibilderlərin rasionuna baxsaq ən çoxu 1-2 şirniyyat məhsulu görərik və onlar adətən faydalı şirniyyat məhsulları olur. Bunun üçün də, bu sahə ilə məşğul olan insanlar daima şirniyyata alternativ axtarırlar, və banan bu baxımdan onlara əla kömək edir.
Banan qanda şəkərin səviyyəsini tənzimləyir və onu normallaşdırır. Buna görə də, məşqdən əvvəl banan yeməklə, siz şəkərin səviyyəsini tənzimləyə biləcəksiniz.
Enerji. Bu, şübhəsiz ki, məşqlərin davamlılığının və intensivliyinin ən vacib amillərindən biridir, banan bizə canlanma və enerji verir, bunsuz isə, təbii ki, bizim məşqlər sürətli və effektiv keçməyəcəklər.
Metabolizmi sürətləndirir. Bananın tərkibində olan maqnezium metabolizmi sürətləndirir və bunun sayəsində qidanın həzmi və orqanizm üçün zəruri olan elementlərin alınması sürətlənir.
Bağ və vətərləri möhkəmləndirir. Kalsium və vitamin C birlikdə əla təsir göstərirlər, çünki onlar sümükləri möhkəmləndirir və onların kövrəkliyinin qarşısını alırlar. Nəticədə məşqlər zamanı zədələnmə ehtimalı əhəmiyyətli dərəcədə azalır, bu isə idmançılar üçün çox vacibdir, çünki məşqlər müntəzəm və sistematik xarakter daşımalıdırlar.
Zülal birləşmələrinin mənimsənilməsini yaxşılaşdırır. Bu da həmçinin zülalın daha yaxşı həll olunmasına və faydalı maddələrin mənimsənilməsinə kömək edən vitaminlərin sayəsində baş verir.
Məşqdən sonra banan yeməklə, siz məşqlərdən sonra (parçalanma təhlükəsinə məruz qalan) əzələlərin itirilməsinin qarşısını almaq üçün orqanizmə lazım olan maddələri toplaya biləcəksiniz.
Orqanizmdə kalium səviyyəsini bərpa edir.
Bodibildinqdə bananın faydası haqqında
Bodibilderlər üçün banan xüsusi rol oynayır. Onu qəbul edən atletlər onun bir neçə faydalı təsirindən yararlanırlar:
- hər bir məşqdən əvvəl iki banan yedikdə, onlar qanın tərkibində şəkər miqdarını optimal səviyyədə saxlamağa, eləcə də bütün orqanizmi enerji ilə yükləməyə, karbohidrat ehtiyatını doldurmağa və məşq müddətini uzatmağa kömək edəcəklər;
- məşqdən sonra yeyilən 1 banan orqanizmin kaliuma olan ehtiyacını (gündə 5 qramadək qəbul etmək lazımdır) qarşılayır – bu isə əzələlərin fəaliyyətini (funksiyalarını) yaxşılaşdırır;
- bananın tərkibində manqanın olması sayəsində metabolizm sürətlənir, məhsullardan enerji daha effektiv şəkildə alınır, atletin məşqləri daha aktiv və məhsuldar keçir;
- Vitamin B-nin sayəsində sinir hüceyrələri formalaşır və düzgün fəaliyyət göstərirlər, beyinlə əzələlər arasında əlaqələr inkişaf edir, müvazinət hissi güclənir;
- Məşqlər zamanı banan əzələləri əzələ spazmlarından və qıcolmalardan qoruyur;
- Tərkibində vitamin C miqdarının çox olması zülalların keyfiyyətli mnimsənilməsini təmin edir, bağ və vətərləri möhkəmləndirir və fiziki aktivlik zamanı adrenalin sintezində vacib rol oynayır.
Bananın tərkibi və qida dəyəri
Məşqdən əvvəl, sonra və məşq zamanı neçə ədəd banan yemək lazım olduğunu müəyyən etmək üçün bu meyvənin qida dəyərinin dəqiq göstəricilərini və vitaminli tərkibini bilmək lazımdır:
Vitaminlər (100 qramda)
Minerallar (100 qramda)
Qida dəyəri (100 qramda)
Vitamin А – 20 mkq.
Fosfor – 28 mq.
Kalorilik – müxtəlif mənbələrdən verilən məlumatlara görə orta hesabla 88-95 kalori təşkil edir.
VitaminВ1 (tiamin) – 0,04 mq.
Dəmir – 0,6 mq.
Qlikemik indeks – 60 vahid.
VitaminВ2 (riboflavin) – 0,05 mq.
Kalium – 348 mq.
Zülallar – 1,5 q.
VitaminВ5 (pantoten turşusu) – 0,3 mq.
Sink – 0,15 mq.
Yağlar – 0,02-0,05 q.
VitaminВ9 (fol turşusu) – 10 mkq.
Natrium – 31 mq.
Karbohidratlar – 18-22 q.
VitaminС – 9 mq.
Manqan – 0,27 mq.
Sellüloz – 1,5 q.
VitaminЕ – 0,4 mq.
Maqnezium – 42 mq.
VitaminК – 0,5 mkq.
Selen – 1,0 mkq.
VitaminРР – 0,6 mq.
Kalium – 8,0 mq.
Xolin – 9,8 mq.
Ftor – 2,2 mkq.
Beta-karotin – 0,12 mq.
Ayrı-ayrı komponentlərin miqdarına dair məlumatlar – nisbi (təxmini) xarakter daşıyırlar. Onlar bananın yetişkənliyindən, onun becərildiyi yerdən və s. asılıdır, buna görə də kaloriliyin hesablanması zamanı ortalama rəqəmləri nəzərə almaq tövsiyə olunur.
Bananlı kokteyl reseptləri
Əgər siz o qədər də böyük banan həvəskarı deyilsinizsə, lakin bu meyvəni onun qida və vitamin dəyərinə görə yemək məcburiyyətindəsinizsə, keyfinizi pozmayın - banandan bir çox cürbəcür və dadlı kokteyllər hazırlamaq olar:
“Kəsmikli”. 1 porsiya hazırlamaq üçün 100 q kəsmik, 250 ml süd, 1 banan, 1 çay qaşığı bal, bir az qoz-fındıq lazım olacaq. Minimum yağlılıq dərəcəsinə maliik olan kəsmik və süd seçmək tövsiyə olunur. Belə bir kokteyli hazırlamaq olduqca asandır – sadəcə olaraq bütün inqrediyentləri blenderdə homogen kütlə alınanadək qarışdırmaq lazımdır.
“Yulaflı”. 1 porsiya hazırlamaq üçün 250 ml süd və ya kefir, 1 kiçik banan, 2 qaşıq yulaf lopası, kokteylə gözəl ətir və bəzək vermək üçün bir az darçın lazım olacaq. Bütün inqrediyentləri blenderdə homogen kütlə alınanadək qarışdırın.
“Meyvəli”. 1 porsiya hazırlamaq üçün 250 ml süd, 1 banan, 1 portağal, 2-3 ədəd çiyələk və ya gilas giləmeyvəsi lazım olacaq. Bütün inqrediyentləri blenderdə homogen kütlə alınanadək qarışdırırıq. Kokteyli nanə yarpaqcıqları və ya qoz qırıntıları ilə bəzəmək olar.
Ən dadlı və faydalı kokteyl hazırlamaq üçün təcrübə lazımdır – bunun üçün nə dəqiq reseptlər var, nə də ki dəqiq nisbətlər. Hər şey zövqə uyğun olaraq edilir – kimsə bananlı-südlü-şokoladlı kokteylləri sevir, kimsə banan, kivi, çiyələk və nanədən smuzi hazırlamağa üstünlük verir, başqalarına isə banan, dondurma və alma püresindən hazırlanmış kokteyl xoşuna gəlir.
Yaxşı bananı necə seçmək olar?
Təəssüf ki, bizim bazarlarımızda və ya mağazalarımızda sözün əsl mənasında dəymiş banan tapmaq demək olar ki mümkün deyil. Məsələ ondadır ki, banan bizə Cənubi Amerikadan hələ yaşıl-yaşıl (kal vəziyyətdə) gətirilir, daha sonra isə xüsusi qazla doldurulmuş qutularda təcili surətdə dəymiş vəziyyətə çatdırılır.
Əlbəttə ki, insan sağlamlığı üçün bu qaz heç bir təhlükə daşımır, lakin onun təsiri nəticəsində bananın təbii faydalı xüsusiyyətləri əhəmiyyətli dərəcədə azalır.
Bananın nə dərəcədə yetkin və nəticə etibarilə faydalı olduğunu necə bilmək olar? Bunun üçün bir neçə göstərici var:
Rəngi – bərabər şəkildə yayılmış sarı rəngə malik olmalıdır, üzərində qəhvəyi nöqtələrin (“çil”in) olması normaldır.
Uzunluğu – təxminən 20 sm. Bundan qısa olanların hamısı – “kondisiyaya (standartlara) uyğun olmayan” hesab edilir.
Qalınlığı – 3-4 sm.
Lakin əgər siz bazarda yaşıl (kal) bananı alıb onu evdə dəymiş vəziyyətə çatdırsanız – bu meyvənin dəyəri qazın təsiri altında yetişkənliyə çatdırılmış mağaza bananından dəfələrlə daha yüksək olacaqdır.