Ştanqın çənəyə qaldırılması

Təsiri: əsas təsir trapesiyaşəkilli əzələlərə və deltaşəkilli əzələlərin qabaq dəstələrinə gedir. Hərəkət ayaqüstə ştanqla yerinə yetirilir.

Təsviri: ayaqlar çiyinlərin enində. Qrifi yuxarıdan 15-20 sm. aralıqda məsafədə tutun, ştanqı bədənə maksimal dərəcədə yaxın tutmaqla çənəyə qaldırın. Kürək düz, dirsəklər qrifdən yuxarıda olmalıdır. Ştanqı ilkin vəziyyətə qaytarın. Hərəkəti təkrar edin.

Variantlar: bu hərəkəti tros trenajorunda yerinə yetirmək olar.

 

 

Go to top