Tərəflərdən qantellər olan əllərin qaldırılması(maxi v storonı)

Təsiri: əsas təsir deltaşəkilli əzələlərin orta dəstəsinə yönəlir.

Təsviri: qantelləri götürün, ayaqlar çiyinlərin enində, bir qədər irəli əyilin, əlləri dirsəkdən qatlayın və qantelləri geniş qövslə yuxarı və bir qədər də irəli olmaqla çiyin səviyyəsindən bir az yuxarı qaldırın. Bu zaman ovuclar aşağı cevrilmiş olmalıdı. Yuxarı nöqtədə çeçələ barmaq böyük barmaqlardan yuxarıda olmalıdır. Bu vəziyyətdə dayanın və aramla əllərinizi ilkin vəziyyətə geri qaytarın. Daha böyük effekt üçün çalışın ki, bədən yellənməsin, hərəkəti oturaq vəziyyətdə yerinə yetirmək yaxşıdı.

Variantlar: bu hərəkət də tək əllə yerinə yetirlir, digər əllə dayaqdan tutulur.

 

 

 

Go to top