Kişinin qidalanması: özümüzü formada saxlayırıq

Əgər siz yatmamışdan əvvəl qarnınızı dolduraraq  “düzgün olmayan” qidanı qəbul edirsinizsə, trenajor zalındakı uzun müddətli məşqlər sizə arzuedilən nəticəni gətirməyəcək,. Özünü formada saxlamaq üçün kişiyə qidalanmada xüsusi rejimə riayyət etmək lazımdır.

 

Hansı ərzaqlar əzələ strukturunun inkişafına yardım edir:

. yumurta. Yumurta zülalları orqanizmdə çox yaxşı həzm edlir;

. mal əti. Onun tərkibində zülal, sink, dəmir var;

. yulaf  lopaları(ovsyanka). Onlar karbohidratlar mənbəyidirlər;

. toyuq filesi. O protein mənbəyidir.

. əriklər – tərkibində kalium var.

. almalar – tərkibində kalium və C vitaminləri var.

. kivi – tərkibində C vitamini var.

. tuna – tərkibində zülallar var.

. qozlar – tərkibində liflər, maqnium, mis, sink və fosfor var.

 

Özünüzü formada saxlamaq üçün imtina edin:

Şəkər-rafinaddan. Tədricən şəkərdən istifədəni istisna etməyə və ya heç olmasa azaltmağa çalışın. Şəkər karbohidratlara aiddir, o tez həzm olunur və sizdə dərhal toxluq hissi yaranır. Lakin artıq qısa bir müddət sonra aclıq hissi yenidən qayıdır. Belə alınır ki, siz az, lakin tez-tez yeyirsiniz. Karbihidratlı ərzaqların dərhal piyə çevrilmə xüsusiyyəti var. Buna görə də başlanğıc kimi  çaya tökdüyünüz üç qaşıq şəkərdən imtina edin. Çalışın qaşıqların sayını azaldasınız, heç olmasa ikiyə endirin.

Şəkəri nə ilə əvəz etmək olar: bunun üçün acı şokalad var, amma onun tərkibindəki kakao 65%-dən az olmamalıdır.

Un məmulatlarından. Əgər özünüzü formada saxlamaq istəyirsinizsə, xəmir xörəklərini, buğda çörəyini, makaron məmulatlarını unudun. Onlar da şəkər kimidir, çox tez toxluq hissi gətirirlər, lakin bu çox çəkmir. Buna görə də siz həmin məhsulları az-az, amma tez-tez yeyirsiniz.

Nə ilə əvəz etmək olar: Adi buğda çörəyini kəpək çörəyi ilə əvəz edin. Adi makaron məmulatlarından spaqetti və ya buğdanın bərk növlərindən hazırlanmış əriştəyə keçin. Düyü və qaravaş makaronları azkalorili sayılır.

Mayonezdən: Öz tərkibinə görə mayonezlər olduqca kalorilidir, belə ki, 100 qram mayonezə 650-yə yaxın kalori düşür. Nə ilə əvəz etmək olar: mayonezin əvəzinə yoqurtlar əsasında hazırlanmış yüngül souslardan istifadə edin, onların kaloriliyi üç dəfə aşağıdır. Salatlarınızı isə bitki və ya zeytun yağı ilə qarışdırın.

Tez hazırlanan qida məhsullarından: Qamburgerlər, pirojki və sair fast-fud yeməyi çətin ki, sizin formada qalmağınıza yardımçı olsun. Müxtəlif ətirvericilər və sabitləşdiricilər,  və dad gücləndiriciləri belə qida məhsulunu sizin orqanizminiz üçün çətin həzm olunan edir.

Nə ilə əvəz etmək olar: isti buterbrod hazırlayın, adi, dənli çörəyin əvəzinə kəpək çörəyi götürmək olar. Yaxşı buterbrod üçün sizə pendir, pomidor, göy lazımdır. Sobada qızdırın və qəlyanaltı hazırdır.

Piyli ətdən. Ətdə olan heyvan piyləri mədədə çox gec həzm olunur, buna görə də onlar əsasən piyə çevrilir, həm də piyli ət – bu mədəaltı vəzə və öd kisəsinə əlavə yükdür.

Nə ilə əvəz etmək olar: Ətsiz olmaz, buna görə də onu piyli olmyan ətlə əvəz etmək olar. Onda faydalı olan amin turşuları vardır ki, bu da orqanizmin sağlam fəaliyyəti üçün vacibdir. Qızardılmış əti qaynadılmış və ya sobada  bişirilmişlə əvəz edin. Yeri gəlmişkən – kabab da faydalıdır.

Spirtli içkilərdən istifadəni məhdudlaşdırın. Əlbətdə ki, spirtli içkilər heç bir xeyir gətirmir, lakin əgər siz çox istəsəniz bir bokal qırmızı çaxır içə bilərsiniz, bundan artıq yox. Əgər siz idman zalında məşq edir və relyefli və həcmli əzələlər arzu edirsinizsə, sizə məşqlərdən əlavə həm də xüsusi qidalanma da vacibdir.

 

Go to top