Kəsmik (tvoroq) haqqında 5 faydalı fakt

Kəsmik bodibilderin və istənilən idmançının menüsunda çox vacib və əsas komponentə çevrilə bilər. Kəsmik haqqında 5 vacib fakt onu öz rasionunuza salmağınızla bağlı qərar verməyə kömək edəcəkdir.

1. Kəsmik nədir?

Pendirin yumşaq və sərt növləri var. Kəsmik və ev pendiri yumşaq pendirlərə aiddir. Kəsmik çox sadə yolla süddən hazırlanır. Bundan başqa, onu digər pendirlərlərdən fərqli olaraq pressləşdirmirlər və uzun müddət saxlamırlar. Kəsmiyin əsas xüsusiyyəti – tərkibində süd zülalı olan kazeinin çox olmasıdır.

2. Kəsmiyin tərkibi

Bir qab (200 q.) 1% yağlılığı olan ev kəsmiyinin tərkibində 163 kalori, 28 q. zülal, 6 q. karbohidrat, 2 q. yağ vardır.

3. Kəsmik ilə qidalar

Kəsmiyin dadlı olması üçün onu təzə və ya donu açılmış təzə-təzə dondurulmuş giləmeyvələr ilə süfrəyə qoymaq olar. Həmçinin acı ədviyyatlar və təravətli otlar əlavə etmək olar. Acı ədviyyatlar vurulmuş kəsmikdən toyuq ilə buterbrodlarda bir inqrediyent kimi istifadə etmək olar.

4. Kəsmiyi düz yuxudan əvvəl yemək lazımdır.

Kazein – bütün zülal növlərinin ən ləng olanıdır, buna görə də bütün gecə sizin orqanizminiz aminturşuları və zülal peptidləri ilə qidalana biləcəkdir. Həmçinin kəsmik günün ikinci hissəsində qəlyanaltı zamanı lazım olacaqdır, xüsusən də qarşıdan məşq gəlirsə.

5. Kəsmik – kazeinin təbii mənbəyidir.

Onu tərəvəz salatlarına, tuna balığı və dəniz məhsulları ilə olan salatlara əlavə edin. Kəsmiklə makaron üçün sous da hazırlamaq olar. Bunun üçün eyni tərkibli kütlənin alınmasınadək kəsmik ilə bir az süd qatın və bu kütləni makaronun üzərinə tökün.

 

Go to top