Ev şəraitində hazırlanan 10 protein kokteyli resepti

Kokteyl № 1

Kokteyl üçün sizə 250 ml süd, 1 banan, yoqurt, 2 qaşıq bal, yulaf lopaları, dondurma lazım olacaq. Hamısını blenderdə qarışdırın və xırdalalayın.

 Kokteyl № 2

100 q kəsmik, 200 ml süd, 1 banan, 1 xörək qaşığı bal, 2-3 xörək qaşığı yulaf lopaları.

Kokteyl № 3

2 banan, 500 ml süd, 100 ml qaymaq və ya dondurma, 1 qutu vanilin şəkəri, zövqünüzə uyğun olaraq, darçın. Hamısını blenderdə qarışdırın və xırdalayın.

Kokteyl № 4

1 stəkan süd, 1 çay qaşığı şəkər, 1 yumurta.

Kokteyl № 5

200 q kəsmik, 100 q kefir, 100 q şirə, xurma və ya banan.

Kokteyl № 6

100 q kəsmik, 100 q albalı şirəsi, yumurta ağı, bir az şəkər.

Kokteyl №7

1 yumurta, 1 xörək qaşığı bal, 1 qaşıq üyüdülmüş qoz, hamısının üstündən 1 stəkan kefir töküb mikserdə qarışdırın.

Kokteyl №8

200 q kəsmik, 50 q bal, süddə qarışdırılmış 60 q yumurta tozu, və ya 4-5 yumurta, bir qaşıq xama. Blenderdə xırdalayın.

Kokteyl №9

500 ml süd, 250 q kəsmik, 10 bildirçin yumurtası, 50 q bal və ya mürəbbə, 100 q quru süd, 100 q xama, kişmiş, kuraqa. Blenderdə xırdalayın.

Kokteyl №10

250 ml bişirilmiş süd, 250 ml kəsmik, 1 xörək qaşığı buğda nüvəsi və ya yulaf kəpəyi, 1 xörək qaşığı kətan yağı

 

Go to top