Arginine

45.00 ₼
Stokda var

L-Arginine 1000

120 kapsul

Təsvir: Arqinin hipofizin somatotrop hormonunun (böyümə hormonunun) məhsullarının ən effektivstimulyatorlarından biridir və onun konsentrasiyasını normanın yuxarı həddində saxlamağa kömək edir. Arqinin azotun donoru və təbii daşıyıcısıdır. O, NO qrupunu sintez edən NO-sintazalar adlanan fermentlər sistemini azot ilə təmin edir. NO qrupu – arterial yol damarlarının miorelaksasiyasının mediatorudur. NO qrupu – diastolik təzyiqin asılı olduğu, arterial yol damarlarının tonusunu tənzimləyən əsas maddədir. Arginin çatışmadığı və NO-sintezinin aktivliyi kifayət etmədiyi zaman diastolik təzyiq yüksəlir. 

L-Arginine yekun azotun, yəni işlənmiş zülalların parçalanma məhsullarının yenidən aminləşməsi dövrəsində və orqanizmdən çıxarılmasında iştirak edir. Orqanizmin sidik cövhəri yaratma və zülal şlaklarından təmizlənmə qabiliyyəti dövrənin (ornitin – sitrullin –arginin) fəaliyyət gücündən asılıdır. Arqininin ən yaxşı təbii mənbələri: qoz, qarğıdalı, jelatin, şokolad, kişmiş, yulaf yarması, küncüt. Bugünkü qidalanma tərzi ilə mənimsənilə bilən L-Arginine miqdarı müasir həyat tərzinin tələbetdiyi yüksək ehtiyacları ödəmir.

Nutrex Research firmasının istehsalı Arginine 1000 premium keyfiyyətli məhsuldur. Arginine – azot oksidinin istehsalı üçün tələb olunan amin turşusudur. Arqinin sinir və qan-damar sistemləri arasındakı maneəni asanlıqla dəf edir. Arginin  orqanizmdə azot oksidinin miqdarını çoxaldaraq qan damarlarının elastikliyini artırmağa kömək edir. Bu, qan dövranını stimullaşdırır və bədənin bütün hüceyrələrinə, o cümlədən əzələ hüceyrələrinə daha çox qidalandırıcı maddələrin axın etməsinə imkan verir. Əzələ “pampinq”ini yaxşılaşdırmaqla, siz əzələlərin yığılma fəaliyyəti üçün daha əlverişli şərait yaradırsınız. Nəticədə məşqlərin müddəti və intensivliyi artır.

Funksional təsir:

* Somatotrop hormonunun (böyümə hormonunun) yuxarı normal həddinədək böyüməni aktivləşdirir.

* Əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir, insanı daha aktiv, təşəbbüskar və dözümlü edir.

* Zədələnmiş toxumaların – yara, vətər dartılmaları, sümük sınmalarının sağalma sürətini tezləşdirir.

* Əzələ kütləsini artıra və piy kütləsini azalda bilir.

* Cinsi əlaqənin müddətini uzadır, cinsi hissləri gücləndirir və orqazmı daha uzun müddətli və dərin edir.

* Əzələlərin pampinqini (doluluğunu) təmin edir.

Məhsulun bir porsiyasında(1 porsiya - 2 kapsul) qida maddələrinin tərkibi:

 L-arginin  - 1000 mq 

İstifadə qaydaları: Gündə 2-4 kapsul qəbul edin.

Bağlamada porsiyaların sayı: 60

İstehsalçı: Nutrex Research

Üstünlüklərimiz

  • Orijinal idman qidaları
  • Endirimlər
  • Ölkə üzrə çatdırılma
  • Geniş çeşid
  • Məhsul seçimində məsləhətlər
  • Sizə faydalı məlumatlar

Üstünlüklərimiz

  • Orijinal idman qidaları
  • Endirimlər
  • Ölkə üzrə çatdırılma
  • Geniş çeşid
  • Məhsul seçimində məsləhətlər
  • Sizə faydalı məlumatlar

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları