program

ÇATDIRILMA

Çatdırılma üçün 055 335 11 71 nömrəsinə zəng vurun və ya Whatsappda yazin.

Çatdırılma kuryer vasitəsi ilə

Çatdırılma sifariş qəbul olunduqdan sonra həmin gün səhər saat 10:00-dan axşam 20:00-dək yerinə yetirilir. 
Çatdırılmanın məbləği ünvana – 5 AZN təşkil edir.

Çatdırılma günündə kuryerimiz göstərilən telefon nömrəsi ilə sizinlə əlaqə saxlayacaq və çatdırılma vaxtı barədə sizə məlumat verəcəkdir. Çatdırılma xidmətinin əməkdaşları sizinlə əlaqə qura bilməyəcəkləri halda, çatdırılma avtomatik olaraq növbəti günədək təxirə salınacaqdır. Sizinlə 3 gün ərzində əlaqə saxlamaq mümkün olmayacağı halda, sifariş avtomatik olaraq ləğv ediləcəkdir. Əziz müştərilər, kuryerin gözləmə müddəti məhduddur. Xahiş edirik, onu 15 dəqiqədən çox gözlətməyəsiniz, əks halda kuryer marşrutu üzrə hərəkətini davam etdirməyə məcbur olacaq və çatdırılma növbəti günədək təxirə salınacaqdır.
Tərəfinizdən sifariş olunmuş bir və ya bir neçə adda məhsul anbarda olmadığı təqdirdə, biz sizi bu barədə telefonla xəbərdar edəcəyik. Sifarişə düzəliş etmək üçün hər hansı səbəbdənsə sizinlə əlaqə saxlamaq mümkün olmayacağı halda, sifariş növbəti günədək təxirə salınacaqdır.
 
Sifarişin təhvil alınması zamanı sifarişin tam olmasını və mexaniki zədələrin olmadığını yoxlamaq lazımdır. Sifariş təhvil alındıqdan sonra mexaniki zədələrin olması və sifarişin tam olmaması ilə bağlı şikayətlər qəbul edilmir.

Çatdırılma poçt vasitəsi ilə

Sizin sifarişlərinizi Azərbaycanın istənilən bölgəsinə çatdırırıq. Sifarişiniz yaşadığınız əraziyə yaxın Azərpoçt şöbəsinə 2 gün ərzində çatdırılacaq. Çatdırılmanın məbləği 5 azn-di.

Çatdırılma Naxçıvana karqo ilə

Əgər sifarişiniz Naxçıvan Muxtar Respublikasının ərazisinədirsə, bu halda çatdırılma karqo şirkətləri vasitəsilə olur.