Hazırki İstifadəçi Müqaviləsi (bundan sonra – “Müqavilə”) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq və ictimai Oferta olaraq,
bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş fiziki şəxs - ATLET.AZ saytı (bundan sonra – “Şirkət”),
digər tərəfdən isə Şirkətdən Məhsulları şəxsi istifadə üçün almaq istəyən hüquqi səlahiyyəti olan fiziki şəxs (bundan sonra – “İstifadəçi”)
arasında aşağıdakı şərtlərlə bağlanılır.
1. Müqavilədə istifadə olunan əsas terminlərin izahı:
1.1. “Aksept” – İstifadəçi tərəfindən Saytda Sifariş yerləşdirilməklə, İstifadəçinin bu Müqavilənin istisnalar olmadan bütün şərtlərini qəbul etməsidir.
1.2. “Qeydiyyat” – Sayt İstifadəçisi tərəfindən elektron qeydiyyat (İstifadəçinin Şəxsi məlumatlarının doldurulduğu) formasının doldurulması prosesidir, hansı ki Şirkətə İstifadəçini identifikasiya etməyə, İstifadəçiyə isə Xidmətdən istifadə etməyə imkan verir.
1.3. “Hesab” – İstifadəçi haqqında məlumat məcmusudur, hansına ki İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar və İstifadəçi haqqında Xidmətin daxili məlumatları daxildir. Hesabın şəxsi kabinetinə giriş, İstifadəçi tərəfindən Saytda qeydiyyat zamanı göstərilən istifadəçi adının və şifrənin daxil edilməsi yolu ilə həyata keçirilir.
1.4. “Xidmət” (“Xidmətlər”) – İstifadəçiyə Şirkət tərəfindən təqdim edilən və Sayt vasitəsilə reallaşdırılan Saytın texniki və texnoloji imkanlarının, eləcə də digər xidmətlərin məcmusudur.
1.5. “Saytın proqram təminatı” – elektron hesablama maşınları üçün proqramlar və verilənlər bazasıdır, hansılar ki Saytın fəaliyyətini və ona aid məlumatların, o cümlədən bu proqramlar tərəfindən hasil olunan, müstəsna hüquqları Şirkətə və onun tərəfdaşlarına məxsus olan audio-vizual, mətn, qrafik və digər materialların saxlanılmasını təmin edirlər.
1.6. “Məhsullar”, “Xidmətlər” – İstifadəçinin Sayt vasitəsilə əldə edə bildiyi məhsullar və/və ya xidmətlərdir.
1.7. “Məhsulun Sifarişi”, “Sifariş” – İstifadəçi tərəfindən Sayt interfeysi vasitəsilə Məhsulun seçilməsi və alış Səbədinə (bundan sonra – Səbəd) əlavə edilməsi, və çatdırılma müddətinin və ünvanının göstərilməsidir. İstifadəçi Səbədə yerləşdirilmiş Məhsul üçün ayrıca xarakteristikaları, miqdarı və s. göstərə bilər. Sifarişin hazırlanması prosesi hazırki Müqavilədə göstərilib.
1.8. “Məhsulun ödənişi” – İstifadəçi Məhsulu ödəmək üçün Saytda təklif olunan ödəmə üsullarından birini seçmək imkanına malikdir. Təklif olunan ödəmə üsullarının siyahısı Məhsulun Sifarişi zamanı birbaşa Səbəddə göstərilir.
1.9. “Məhsulun Çatdırılması” – İstifadəçi sifariş olunmuş Məhsulun çatdırılması üçün Saytda təklif olunan çatdırılma üsullarından birini seçmək imkanına malikdir. Məhsulun Çatdırılması xidmətinin ödənişi Məhsulun Ödənişi zamanı istifadə olunan ödəniş üsulu ilə həyata keçirilir. Çatdırılma müddəti Məhsulun sifarişi zamanı göstərilir.
1.10. “Məhsulun təhvil alınması” – İstifadəçinin Məhsulu Sifarişdə göstərilmiş müddətdə təhvil almasıdır. Müddətin pozulması və ya Məhsulu almaqdan yayınma hallarında, təkrar çatdırılmanın qiyməti tam həcmdə ödənilir. Təhvil-təslim anında İstifadəçi təhvil aldığı Məhsulu nəzərdən keçirməli, komplektliyi, bağlamanın bütövlüyünü və s. yoxlamalıdır. Təhvil-təslim prosesindən sonra hər hansı bir çatışmazlığa, komplektin natamamlığına və ya sifarişlə uyğunsuzluğa dair şikayətlər qəbul edilmir.
2. Müqavilənin predmeti
2.1. Şirkət, hazırki Müqaviləyə uyğun olaraq İstifadəçiyə Saytdan, Xidmətdən istifadə etmək, eləcə də hazırki Müqavilənin qüvvədə olduğu müddət ərzində Məhsullar almaq və/və ya sifariş etmək imkanını verir (12-ci bölüm).
2.2. Alıcı tərəfindən hazırki Müqavilədə müəyyən olunmuş qaydada Sifarişin yerləşdirilməsi hazırki Müqavilənin aksepti hesab olunur. Konkret bir Məhsulun alış-satış müqaviləsi Alıcı tərəfindən müvafiq Sifariş qiymətinin tam ödənilməsi anından etibarən bağlanmış hesab olunur.
2.3. Şirkət, Məhsul, ondan istifadənin şərtləri, bağlanmış müqavilənin Şirkət tərəfindən icra qaydası haqqında əlavə məlumatlar Saytda dərc edilib.
2.4. İstifadəçi qəbul edir ki, Sayt və Xidmət mürəkkəb intellektual (yaradıcı) fəaliyyətin nəticəsidir, və o Xidməti “olduğu kimi” prinsipi ilə qəbul edir. İstifadəçi Sayt və Xidmətin istifadəsindən istənilən anda öz seçimi ilə imtina etmək hüququna malikdir.
2.5. Şirkət öz istəyi ilə, səbəbləri izah etmədən Xidmətin istənilən xidmət imkanlarını Saytın İstifadəçilərinə təqdim etməmək hüququna malikdir.
2.6. İstifadəçi Saytdan və Xidmətdən hazırki Müqaviləyə və Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq, digər imkanlarla yanaşı, alış-veriş etmək və/və ya Məhsul sifariş etmək üçün istifadə edir.
3. Sifarişin yerləşdirilməsi
3.1. Hər hansı bir məhsulu almaq və/və ya sifariş etmək üçün İstifadəçi Saytda Məhsulun lazımi miqdarını, ünvanı, çatdırılma müddətini və vaxtını seçir. Sifariş Saytda xüsusi formaların doldurulması yolu ilə yerləşdirilir. Alıcı Saytda əvvəlcədən qeydiyyatdan keçmişdirsə, o yerləşdirilmiş Sifarişlər haqqında məlumatı şəxsi kabinetdə nəzərdən keçirmək imkanına malikdir.
3.2. Qeydiyyat və/və ya Sifarişin yerləşdirilməsi zamanı İstifadəçi tərəfindən yanlış məlumatlar təqdim edildiyi halda, Şirkət yerləşdirilmiş Sifarişin icrasının mümkünsüzlüyünə görə heç bir məsuliyyət daşımır.
3.3. Məhsul İstifadəçiyə təhvil verilənədək Sifariş İstifadəçi tərəfindən istənilən an dəyişdirilə və ya ləğv edilə bilər.
3.4. Sifarişin Çatdırılma qiyməti Sifariş qiymətinə daxil deyil və çatdırılma ünvanından asılı olaraq çatdırılma xidmətinin tariflərinə əsasən müəyyən edilir.
4. Ödəniş
4.1. Məhsulun ödənişi İstifadəçi tərəfindən Sifarişin yerləşdirilməsi zamanı seçilən üsulla həyata keçirilir.
4.2. Məhsulun nağdsız ödənişi zamanı İstifadəçi öz bankının və ya ödəmə agentinin təlimatlarına riayət etməlidir.
4.3. İstifadəçi Məhsulu qanunla müəyyən olunmuş müddətdə Məhsulun Çatdırılması zamanı istifadə olunmuş üsulla Şirkətə geri qaytara bilər. Məhsula zəmanət tətbiq olunduğu halda və zəmanət halı zəmanət müddətində baş verdikdə, Məhsulun geri qaytarılması və ya Məhsulun lazımi keyfiyyətdə Məhsulla əvəz edilməsi Şirkət tərəfindən deyil, istehsalçı-təşkilat tərəfindən həyata keçirilir (Şirkət istehsalçı-şirkətin təmsilçisi olduğu hallar istisna olmaqla).
Qida təyinatlı Məhsul yalnız onun ticarət görünüşü və istehlak xüsusiyyətləri pozulmadığı halda geri qaytarıla bilər. Tərəflər razılaşırlar ki, bəzi qida təyinatlı Məhsullar eyni kateqoriyaya aid məhsullardan dad və/və ya rəng xarakteristikalarına görə fərqlənə bilərlər, bu isə belə Məhsulun geri qaytarılması üçün əsas kimi çıxış edə bilməz.
Məhsulun geri qaytarılması onun lazımi sənədlər (şəxsiyyət vəsiqəsi/pasport/onlara bərabər tutulan sənədlər, kassa qəbzi və s.) təqdim edilməklə, www.atlet.az veb-saytında göstərilən Şirkət mağazalarından birinə çatdırılması yolu ilə həyata keçirilir. Məhsul geri qaytarıldıqda, Məhsula görə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması Məhsulun ödənildiyi ödəmə üsulu ilə icra olunur. Pul vəsaitlərinin geri qaytarılma müddəti ödəmə üsulundan və/və ya nağdsız ödənişlərin prosessinqini həyata keçirən qurumlardan asılı olaraq ən çoxu 30 (otuz) iş günü təşkil edə bilər.
5. Məhsulun çatdırılması
5.1. Şirkət İstifadəçiyə Sifarişin icrası ilə bağlı məlumatları şəxsi kabinetdə və ya İstifadəçinin elektron poçtuna məktubların göndərilməsi yolu ilə, eləcə də Şirkətin lazım bildiyi digər üsullarla təqdim edir.
5.2. İstifadəçi çatdırılma xidməti tərəfindən çatdırılmış Məhsulu müvafiq Sifarişdə göstərilən yerdə və vaxtda qəbul etməyi öz öhdəsinə götürür. İstifadəçinin yoxluğunda Məhsul Sifariş nömrəsini söyləyəcək istənilən şəxsə veriləcəkdir. Tərəflər razılaşırlar ki, Məhsul İstifadəçi əvəzinə başqa şəxslər tərəfindən təhvil alındığı halda, İstifadəçinin Məhsulun təhvil alınması üzrə öhdəlikləri həmin şəxs tərəfindən onların aralarında olan razılaşma əsasında İstifadəçinin adından icra olunur.
5.3. İstifadəçi Məhsulu təhvil aldığı zaman onun komplektliyini və zahiri görünüşünü, taranın (qablaşdırmanın) zahiri görünüşünü yoxlamağı, aşkar görünən qüsurların və çatdırılmış məhsulların Saytdakı təsvirlə aşkar uyğunsuzluqlarının olmamasına əmin olmağı və çatdırılma xidməti tərəfindən təqdim olunan Məhsulun çatdırıldığını təsdiq edən sənəddə müvafiq işarəni qoymağı öz öhdəsinə götürür.
5.4. Məhsulun Müqavilə şərtlərinə uyğun olmadığı müəyyən edildiyi halda, İstifadəçi çatdırılma xidmətinin təmsilçisinin iştirakı ilə bu haqda əlaqə mərkəzinin telefonuna zəng edərək Şirkətə məlumat verməyi öz öhdəsinə götürür.
5.5. İstifadəçi Məhsulun çatıdırlması üçün yanlış məlumatlar təqdim etdiyi və ya Məhsulun təhvil alınması üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, Şirkət Məhsulun qiymətinin və Məhsulun çatdırılmasına, eləcə də Məhsulun geri çatdırılması və utilizasiyasına çəkilmiş xərclərin kompensasiya olunması hüququna malikdir.
5.6. Alıcı Məhsulu təhvil aldığı zaman çatdırılma xidməti tərəfindən təqdim olunan hesab-fakturanı və ya digər sənədləri doldurmağı və imzalamağı, həmçinin Sifarişin yerləşdirilməsi zamanı müvafiq ödəmə üsulu seçildiyi halda, Məhsulun ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.
6. Şirkətin hüquq və öhdəlikləri
6.1. Şirkət Xidməti təkmilləşdirmək, onun imkanlarını genişləndirmək hüququna malikdir.
6.2. Şirkət İstifadəçini Qeydiyyat və ya Sifarişin yerləşdirilməsi zamanı İstifadəçi tərəfindən qeyd olunan elektron poçt ünvanı və/və ya mobil telefon vasitəsilə Xidmətin yeni imkanları haqqında məlumatlandırmaq hüququna malikdir. İstifadəçi Xidməti əvvəlcədən yazılı surətdə xəbərdar edərək qeyd olunan bildirişlərdən imtina etmək hüququna malikdir.
6.3. Şirkət İstifadəçinin razılığı olmadan Saytda istədiyi şəkildə və istənilən üsulla dəyişikliklər etmək, o cümlədən Saytın dizaynını, Xidmətlərin göstərilməsi şərtlərini dəyişdirmək, yeni Xidmətlər əlavə etmək, Xidmətlərin göstərilməsini dayandırmaq, həmçinin Şirkət tərəfindən yuxarıda qeyd olunan işlərin aparılması zamanı Sayta girişi dayandırmaq hüququna malikdir. Sayta və/və ya Xidmətə giriş kifayət qədər uzun müddətə (24 saatdan çox) dayandırıldığı halda, Şirkət onda olan imkanlar daxilində əlindən gələni edəcək ki, bu haqda İstifadəçini xəbərdar etsin.
6.4. Şirkət Saytı və Xidməti populyarlaşdırmaq və tanıtmaq hüququna malikdir; Saytın istənilən səhifəsində kontekstli reklam, bannerlər, həmçinin Xidmətdə video və interaktiv reklam çarxları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan reklam xarakterli materiallar yerləşdirmək hüququna malikdir.
6.5. Şirkət istifadəçini qeydiyyata salmaqdan imtina etmək, İstifadəçi Hesabının fəaliyyətini müvəqqəti dayandırmaq və ya xəbərdarlıq etmədən və səbəbləri izah etmədən İstifadəçi Hesabını silmək hüququna malikdir.
6.6. Şirkət birtərəfli qaydada və istifadəçiləri əvvəlcədən xəbərdar etmədən Müqavilənin yenilənmiş mətnini www.atlet.az saytının veb-səhifəsində yerləşdirərək bu Müqavilənin şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır.
6.7. Şirkət bu Müqavilənin şərtlərini pozan İstifadəçiyə qarşı Müqavilədə müəyyən edilmiş təsir tədbirlərini tətbiq etmək, eləcə də İstifadəçiyə qarşı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət sanksiyalarının tətbiq edilməsini tələb etmək hüququna malikdir.
6.8. Şirkət Qeydiyyat zamanı İstifadəçi tərəfindən göstərilən şəxsi məlumatların məxfiliyini təmin etmək üçün ondan asılı olan bütün tədbirləri görür. Şirkət İstifadəçinin şəxsi məlumatlarını qeyd etmək, saxlamaq, emal etmək və başqa yollarla onlardan istifadə etmək hüququna malikdir. Şirkət dövlət orqanının müvafiq sərəncamı, məhkəmə qərarı və ya digər qanuni əsas olmadan İstifadəçinin şəxsi məlumatlarını üçüncü şəxslərə verməməyi öz öhdəsinə götürür.
6.9. Şirkət sifariş yerləşdirililənədək öz istəyi ilə və İstifadəçini əvvəlcədən xəbərdar etmədən Məhsulun qiymətini və Xidmət tariflərini dəyişdirmək hüququna malikdir. Məhsullar və xidmətlər üçün yaradılmış və təsdiqlənmiş sifarişlərin qiymətləri dəyişdirilə bilməz.
6.10. Şirkət hazırki Müqaviləyə uyğun olaraq İstifadəçinin sifarişlərini qəbul etməyi, Məhsula görə ödənişi qəbul etməyi, Məhsulun çatıdırlmasını həyata keçirməyi və Məhsul geri qaytarıldıqda hesablaşmanı aparmağı öz öhdəsinə götürür.
6.11. Şirkət elektron poçt və SMS-ismarışları vasitəsilə məlumat və reklam xarakterli mesajlar göndərmək hüququna malikdir, göndərilən mesajların tezliyi isə şirkət tərəfindən öz istəyinə uyğun olaraq müəyyən edilir.
7. İstifadəçinin hüquqları, öhdəlikləri və zəmanətləri:
7.1. İstifadəçi bu Müqavilənin Aksepti anında yaşının ən azı 18 (on səkkiz) tam il olduğuna zəmanət verir.
7.2. İstifadəçi hazırki Müqavilənin şərtlərinə uyğun olaraq Saytdan və Xidmətdən istifadə etmək hüququna malikdir.
7.3. İstifadəçi Saytdakı istənilən məlumatla tanış olmaq hüququna malikdir. İstifadəçi bəzi məlumat növlərinə girişin Şirkət tərəfindən müəyyən edilmiş əlavə təşkilati-texniki və ya qanuni prosedurların yerinə yetirilməsi zərurəti, eləcə də Xidmətin fəaliyyətindəki pozuntular səbəbindən məhdudlaşdırıla biləcəyini qəbul edir.
7.4. İstifadəçi Saytda sistemə daxil olmaq üçün tələb olunan öz istifadəçi adını və şifrəsini və Şirkətə təqdim etdiyi elektron poçtunun şifrəsini üçüncü şəxslərdən gizli saxlamağı öz öhdəsinə götürür. Tərəflər İstifadəçinin istifadəçi adından və şifrəsindən istifadə olunaraq Saytda icra olunan hərəkətləri İstifadəçi tərəfindən icra olunmuş kimi qəbul edirlər. Tərəflər Saytda qeydiyyat zamanı göstərilmiş İstifadəçinin istifadəçi adını və şifrəsini, elektron poçt ünvanını İstifadəçinin adi elektron imzası kimi qəbul edirlər. Saytdan istifadə edilməklə yerləşdirilən sifarişlər, eləcə də İstifadəçinin əlaqə elektron poçt ünvanından göndərilən mesajlar İstifadəçinin şəxsən öz əli ilə imzaladığı sənədə bərabər tutulur. Hazırki Müqaviləyə 1 nömrəli Əlavə - Tərəflərin sadə elektron imzadan istifadə etməyə dair Razılaşmasıdır.
7.5. İstifadəçi, Saytın və Xidmətin fəaliyyəti, məhsulların alınması ilə bağlı, eləcə də Müqavilənin 11-ci bölməsində müəyyən edilmiş qaydada Şirkətin mütəxəssisi və ya Saytın Proqram təminatının tərtibatçısı ilə operativ əlaqə qurmaq lazım olduğu hallarda, öz arzu, təklif və sualları ilə Şirkətə müraciət etmək hüququna malikdir.
7.6. İstifadəçi aşağıdakılardan xəbərdar olduqda, Müqavilənin 11-ci bölməsində müəyyən edilmiş qaydada Şirkəti məlumatlandırmağa zəmanət verir:
başqa bir qeydiyyatdan keçmiş istifadəçinin hazırki Müqavilənin şərtlərini pozduğunu təsdiqləyən faktlar;
Saytın informasiya kontentinin kopiyalanması və ya digər İnternet-saytlarda istifadə olunması halları.
7.7. İstifadəçi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin normalarına uyğun olaraq, Sayt vasitəsilə Məhsulların alış-verişini və/və ya sifarişini etmək, istədiyi çatdırılma üsulunu seçmək, lazımi keyfiyyətdə olmayan məhsulları qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin normalarına riayət etmək şərtilə geri qaytarmaq hüququna malikdir.
7.8. İstifadəçi Məhsulun satışı və çatdıırlması məqsədləri üçün düzgün şəxsi məlumatları təqdim etməyi öz öhdəsinə götürür.
7.9. İstifadəçi "Reklam haqqında" Qanunun 18 maddəsinə uyğun olaraq reklam və/və ya məlumat xarakterli poçt göndərişlərinin alınması ilə bağlı Şirkətə öz razılığını verir, həmçinin o, şirkəti yazılı surətdə xəbərdar edərək bu cür göndərişlərdən imtina etmək hüququna malikdir.
7.10. İstifadəçi bu Müqavilədə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş hallarda Məhsuldan imtina etmək hüququna malikdir.
7.11. İstifadəçi Şirkətə aşağıdakı hərəkətləri həyata keçirmək hüququnu verir: Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş araşdırmaların aparılması, marketinq proqramlarının, statistik araşdırmaların həyata keçirilməsi, həmçinin poçt göndərişləri, elektron poçt, telefon, faks, İnternet şəbəkəsi daxil olmaqla, lakin onlarla məhdudlaşmayan müxtəlif rabitə vasitələrinin köməyi ilə İstifadəçi ilə birbaşa əlaqə quraraq bazarda xidmətlərin təşviqi məqsədilə şəxsi məlumatların, o cümlədən soyad, ad, atasının adı, doğum tarixi, cins, iş yeri və vəzifə, poçt ünvanı; ev/iş/mobil telefonlar, elektron poçt ünvanı kimi məlumatların emal edilməsi; o cümlədən şəxsi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (o cümlədən Azərbaycan Respublikası ərazisində və sərhədlərarası ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhv edilməsi, eləcə də sonrakı emalı (o cümlədən şəxsi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (o cümlədən Azərbaycan Respublikası ərazisində və sərhədlərarası ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhv edilməsi) üçün Şirkətin kontragentlərinə ötürülməsi.
8. Məsuliyyətin məhdudlaşdırılması
8.1. Saytdan və Xidmətdən istifadə etməyə başlayan İstifadəçi onların fəaliyyətində texniki səhvlərin və nasazlıqların yarana biləcəyini anlayır, həmçinin Şirkətin, Saytın və Xidmətin fəaliyyətinin hər hansı nəticələrinə görə, İstifadəçinin istifadə etdiyi texniki vasitələrin istismar zamanı funksional qabiliyyətinə görə, Saytın və Xidmətin İstifadəçinin məqsədlərinə uyğun olub-olmadığına görə heç bir maddi məsuliyyət daşımadığını qəbul edir.
8.2. Şirkət telekommunikasiya və enerji şəbəkələrinin işindəki nasazlıqlar, zərərli proqramların təsiri, eləcə də üçüncü şəxslərin icazəsiz giriş əldə etmək və/və ya proqram təminatını və/və ya aparat kompleksini sıradan çıxarmaq məqsədi ilə etdiyi qanunsuz hərəkətlər səbəbindən öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
8.3. Saytın məzmunu yalnız məlumat xarakteri daşıyır. Saytın Administrasiyası məlumatların qeyri-dəqiqliyinə görə məsuliyyət daşımır.
Məhsulun anbarda olub-olmaması, İstifadəçi Məhsulu alarkən onun qiyməti, Məhsula tətbiq olunan vergitutma şərtləri ilə bağlı faktiki məlumatlar İstifadəçi tərəfindən Sayt vasitəsilə Məhsul üçün sifariş yerləşdirildiyi zaman yoxlanılır.
Şirkət Saytdakı məlumatların və ya Sayt vasitəsilə alınmış Məhsulun istifadəsi nəticəsində yarana biləcək zərərə görə məsuliyyət daşımır.
8.4. Şirkət bildirir, İstifadəçi isə razılaşır ki, Məhsul çeşidinin bəzi maddələri mövcud olmaya və/və ya sifariş oluna biləcəyindən daha az miqdarda ola bilər, bu da hazırki Müqavilənin Saytın məzmununa dair 8.3-cü bəndi tətbiq olunduğuna görə Şirkətə qarşı hər hansı tələblərin və/və ya iddiaların irəli sürülməsi üçün əsas kimi çıxış edə bilməz.
9. İntellektual mülkiyyət
9.1. Hazırki Müqavilə İstifadəçiyə Saytdan, Xidmətdən və Saytın Proqram təminatından yalnız qanuni yolla, bu Müqavilənin şərtlərinə uyğun olaraq və onun qüvvədə olduğu müddət ərzində istifadə etmək hüququnu verir.
9.2. İstifadəçi Saytın Proqram təminatından yalnız hazırki İstifadəçi Müqaviləsinə uyğun olaraq istifadə edəcəyini və Şirkətin yazılı icazəsi olmadan "kodu sındırmaq", kopiyalamaq, emulyasiya etmək, yeni versiyalar yaratmaq, icarəyə və ya arendaya vermək, satmaq, dəyişdirmək, dekompilyasiya etmək, sökmək (disassemble) və ya Saytın Proqram təminatının ilkin kodundan və obyekt kodundan başqa hər hansı bir şəkildə istifadə etmək cəhdlərini həyata keçirməyəcəyini təsdiqləyir.
9.3. İstifadəçi Məhsul və ya Məhsulun tərkib hissəsi kimi çıxış edən intellektual fəaliyyətin nəticələrinə olan müstəsna hüququn onların sahiblərinə məxsus olduğunu qəbul edir.
10. İstifadəçinin məsuliyyəti
10.1. Hazırki Müqavilədə nəzərdə tutulmayan, Şirkətin və ya üçüncü şəxslərin (müəllif hüquqları sahiblərinin) hüquqlarını pozan üsullarla Saytdan və/və ya Xidmətdən və/və ya Saytın Proqram təminatından və/və ya Məhsuldan istifadəyə görə, İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti daşıyır.
11. Şikayət və sorğuların baxılması
11.1. İstifadəçinin Saytın və ya Xidmətin fəaliyyəti ilə bağlı sualları, təklifləri, rəyləri, şikayətləri və digər mesajları Şirkətə www.atlet.az saytındakı əks-əlaqə forması vasitəsilə göndərilir.
11.2. İstifadəçi, Şirkət sorğunu aldığı gündən sonrakı 30 gün ərzində Şirkətdən cavab almadığı halda, təkrar sorğunu Şirkətin aşağıdakı rekvizitlərində göstərilən poçt ünvanına sifarişli və bildirişli məktubla göndərir.
11.3. Şirkət İstifadəçinin Şirkətə ünvanladığı, lakin İstifadəçini identifikasiya etməyə imkan verməyən mesajlarını nəzərdən keçirmir.
11.4. İstifadəçi Şirkətin cavabında göstərilən səbəblərlə razı olmadığı halda, o vəziyyəti və/və ya sualı və/və ya təklifi daha ətraflı izah edərək Şirkətə təkrar məktub göndərmək hüququna malikdir.
11.5. İstifadəçinin birbaşa Şirkətə ünvanladığı və/və ya Sayt, Xidmət və ya Məhsulla bağlı hər hansı iddiaları yuxarıda göstərilən yazılı mesajlar mübadiləsi proseduru vasitəsilə məhkəməyə qədər qaydada həll edilməlidir.
11.6. İddiaları və ya mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadığı hallarda, onlar Şirkətin yerləşdiyi yer (müqavilə yurisdiksiyası) üzrə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilməlidir.
12. Hazırki Müqavilənin qüvvəsi
12.1. Hazırki Müqavilə aşağıdakı müddətə bağlanılır: İstifadəçi Müqaviləni Aksept etdiyi andan etibarən İstifadəçi Hesabının mövcud olduğu son tarixədək.
12.2. İstifadəçinin, Müqavilənin 3.6-cı bəndində müəyyən edilmiş qaydada Şirkət tərəfindən qəbul olunmuş Müqavilənin yeni redaksiyasının müddəalarını qəbul etməsi İstifadəçi Hesabının fəaliyyətinin davam etdirilməsi üçün mütləqdir.
12.3. Şirkət Müqaviləyə dəyişikliklərin edildiyi barədə İstifadəçiyə məlumat verdiyi anda, İstifadəçi hazırki Müqavilənin yeni redaksiyasını qəbul etməkdən imtina etmək hüququna malikdir, bu da hesabın dərhal deaktivavisya olunmasına səbəb olacaqdır. Eyni zamanda, Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq İstifadəçiyə aid məlumatları saxlamaq hüququnu özündə saxlayır.
12.4. İstifadəçi www.atlet.az saytının müvafiq veb-səhifəsinə daxil olaraq Müqavilənin hazırkı redaksiyası ilə tanış olmaq hüququna malikdir.