program

İDMAN QİDALARI

İdman qidaları, yoxsa steroidlər?

İdman qidaları, yoxsa steroidlər?

İdman qidaları, yoxsa steroidlər?

Peşəkar atlet və ya tez-tez idman zalına gedən yeni başlayan idmançı idman əlavələrini qəbul etdiyini söylədikdə, insanlar elə reaksiya göstərirlər ki, bu onda həm gülüş, həm də müəyyən dərəcədə inciklik hissi yaradır. Çünki hətta hal-hazırki yüksək texnologiyalar əsrində və informasiyanın asan əldə edilə bildiyi dövrdə belə, insanlar bu növ məhsullara qərəzli yanaşır, onları sağlamlığa zərərli təsir göstərən “ximiya” hesab edirlər. İdman qidalanmasının zərəri haqqında mif insanların leqal və faydalı idman əlavələri ilə atletlər üçün qadağan edilmiş anabolik steroidlərin arasındakı fərqi dərk etmədiklərinə görə yaranıb.

İdman qidalanmasını qəbul edən insanlara tərs-tərs baxmağı tərgitmək və ya idman qidalanmasından istifadə etməyə başlamazdan əvvəl bütün şübhələri aradan qaldırmaq üçün, steroidlərin nə olduğunu və onların müasir idman qidalanmasından prinsipial fərqinin nədən ibarət olduğunu anlamaq lazımdır.

Steroidlər nədir?

Müasir dövrdə anabolik androgen steroidlər dedikdə cinsiyyət hormonları, əsasən də testosteron və onun törəmə məhsulları kimi təsir edən vasitələr nəzərdə tutulur. Hətta insan orqanizminə süni yolla yeridilmiş testosteron da öz-özlüyündə anabolik steroiddir. “Anabolik androgen steroidlər” adını bu maddələr öz xüsusiyyətlərinə görə alıblar: androgen xüsusiyyətlər özlərini daha çox ikincili kişi əlamətlərini inkişaf etdirmək qabiliyyətində əks etdirirlər, anabolik effekt isə, təbii ki, sürətli əzələ artımı ilə bağlıdır.

Nəzərə alsaq ki, steroidlər birbaşa cinsiyyət hormonları ilə bağlıdırlar, onların tarixçəsi, alimlər tərəfindən kişiliyə və qadınlığa dəqiq olaraq nəyin təsir etdiyi ilk dəfə müəyyən edildiyi vaxtdan başlamışdır. Bu 19-cu əsrin ortalarında, bu məsələ ilə almaniyalı zooloq Bertold maraqlandığı zaman baş vermişdir. Cavan xoruzlar üzərində təcrübələr apararkən o müəyyən etmişdir ki, onların xayaları kəsildikdə, onlar bu heyvan növünün erkəklərinə xas olan bir çox xüsusiyyətləri itirirlər. Elə bu zamandan da testosteronun araşdırılmasına başlanılmışdır.

Daha sonra, 20-ci əsrin 30-cu illərində testosteronu ayırmaq mümkün olmuşdur. Elə həmin dövrdə də testosteronun tək cinsiyyət funksiyasına yox, həm də güc göstəricilərinə, əzələlərin həcminə və orqanizmdə piylərin miqdarına təsir etdiyini sübut edən təcrübələr aparılmışdır. Bundan sonra bəzi şirkətlər süni cinsiyyət hormonlarının və onların törəmə məhsullarının buraxılışı ilə ciddi məşğul olmağa başlamışdırlar.

Təbii ki, idman nəticələrinə göstərdikləri təsirə görə steroidlərdən tezliklə idmanda istifadə olunmağa başlandı. Bu cür istifadənin əsasını keçən əsrin ortalarında asanlıqla idman mükafatlarını qazanmağa başlayan sovet idmançıları qoydular. Şayiələr gəzir ki, həmin ildə sovet komandasının həkimi amerikalı fizioloq Con Tsiqlerin (John Ziegler) yanında ağzından qaçırmışdır ki, idmançıların hazırlıq proqramına testosteron inyeksiyaları daxildir. Məlum deyil ki, bu həqiqətdir, yoxsa yox, lakin həmin il Amerikaya qayıtdıqdan sonra, amerikalılar onlara Sovetlərə idmanda qalib gəlməyə kömək edəcək vasitə icad etməyə başladılar. Müəyyən müddətdən sonra hamıya məlum olan metandrostenolon, və ya sadəcə olaraq metan icad edilmişdir. Zaman keçdikcə anabolik steroidlər qrupuna aid edilən bir çox başqa vasitələr də yaradılmışdır.

Anabolik steroidlər insanın sağlamlıq durumuna mənfi təsir göstərdiklərinə görə, həmçinin  idmanda onlar hiyləbazlıq və fırıldaqçılıqla əlaqələndirildikləri üçün, 1967-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yarışlarda bu maddələrdən istifadəni qadağan etmişdir. Lakin onlardan istifadə olunub-olunmadığını müəyyən edən testlər yalnız 10 ildən sonra işlənib hazırlanmışdırlar. Tezliklə bütün idman təşkilatları Olimpiya Komitəsindən örnək götürərək bu maddələri idmanda qadağan etmişdirlər.

İdman qidaları nədir?

İdman qidalar;nın anabolik steroidlərlə heç bir əlaqəsi yoxdur. İdman qidaları – təbii qidalanma məhsullarının tərkibində olan konsentrasiya olunmuş maddələrdir və ya onlardan ibarət olan komplekslərdir. İdman qidaları istehsalçıları kompleksləri daha konsentrasiya olunmuş formada istehsal edirlər, buna görə də onları qəbul etmək asandır və onlar tez mənimsənilirlər.

İdman qidalarında olan faydalı maddələrin sürətli mənimsənilməsi və yüksək konsentrasiyası peşəkar atletlərin onu əslində nə üçün tez-tez qəbul etdiklərini izah edir. Çünki orqanizmə lazımi miqdarda nutriyentlərin daxil ola bilməsi üçün pəhrizinizi hər hansı yolla təşkil etməkdənsə, bir neçə protein bankasını, multivitaminləri və digər orqanizm üçün lazım olan maddələri almaq daha asan və ucuz başa gəlir.

Məhz buna görə idman qidaları peşəkar idmançılar, bodibilderlər və sağlam həyat tərzi həvəskarları arasında bu qədər populyardır. Əlbəttə ki, idman vasitələri sağlam pəhrizi əvəz etməməlidirlər, lakin çox vaxt peşəkar idmançılar üçün onların əlavə kimi qəbulu olduqca böyük əhəmiyyət daşıyır.

Anabolik steroidlərin təsir mexanizmi

Bütün anabolik steroidlər təqribən bir əsas prinsipə uyğun olaraq təsir göstərirlər: onlar testosteron hormonu kimi fəaliyyət göstərərək orqanizmin bütün sistemlərinə təsir edirlər. Steroidlər inyeksiya(iynə) və tablet formasında olur. Əksər insanlar tablet formasında steroidlərdən istifadə etməyə çalışırlar. Yeni başlayan və güc idman növlərinə aid farmakologiya sahəsində minimal biliklərə malik olan bir insan kimi onlar səhvən hesab edirlər ki, bu, inyeksiyanın vurulması ilə müqayisədə, daha təhlükəsiz formadır. Əslində tablet formasında hazırlanmış steroidlər çox yüksək qiymətə və aşağı effektivliyə malikdir və ən əsas - ZƏRƏRLƏRİ iynə formasında olan steroidlərdən az deyilÇünki steroidlər mədə-bağırsaq yoluna  düşdükdə onlar qaraciyərdən keçir, hansı ki həddindən artıq yüklənməyə məruz qalır, və bu zaman böyük miqdarda aktiv maddə itirilir. İnyeksiyanın(iynə) köməyilə isə onlar birbaşa qan dövranına düşürlər. Qanla onlar bütün orqanizmə yayılır və bir çox sistemlərlə əlaqəyə girirlər. Onlar əzələlərə, saç soğanaqlarına, piy toxumalarına, endokrin sistemə və hətta beyinə təsir edirlər. 

İdman qidalarının təsir mexanizmi

İdman qidalanması məhsulları steroidlərdən tamamilə fərqli şəkildə təsir göstərirlər. Steroidlər ilk növbədə hormonal fona təsir edirlər və onların müsbət təsiri məhz bunun nəticəsində yaranır, buna görə də onlar sağlamlıq üçün kifayət qədər böyük təhlükə daşıyırlar. İdman qidalanması isə istənilən qida növü kimi təsir edir: o orqanizmə qida borusu vasitəsilə daxil olur, oradan da qana düşür və orqanizmin qidalandırıcı maddələr ehtiyatını doldurur. Yəni idman qidaları yəni el arsında "Protein" deyilən məhsullar sadəcə adi qidadı və idmançılara yalnız xeyir verir.

Anabolik steroidlərin yan təsirləri ilə idman əlavələrinin yan təsirlərinin müqayisəsi

Anabolik steroidlər hormonal fona güclü təsir göstərdikləri üçün onların uzunmüddətli və yanlış qəbulu bəziləri qaytarılmaz olmaqla bir çox yan təsirlərə səbəb ola bilər. Onlara emosional durumda dəyişikliklər, aqressivliyin artması və əhval-ruhiyyənin tez-tez dəyişməsi aid edilir. Steroidlər insanın hormonal fonunu pozduqları üçün onların uzunmüddətli tətbiqi dofaminin və serotoninin ifrazetmə sistemlərinə mənfi təsir göstərir.

Bundan başqa, steroidlərin yan təsirlərinə insanın öz testosteronunun hasilatının dayanması nəticəsində xayaların atrofiyası(kiçilməsi) da aiddir, çünki orqanizmdə onun miqdarı onsuzda kifayət dərəcədədir. Həmçinin ginekomastiya, yəni kişilərdə qadınsayağı süd vəzilərini(döşlərin) inkişaf etməsi də müşahidə oluna bilər. Bu ona görə baş verir ki, orqanizmdəki artıq testosteron estrogenə çevrilir.

Qadınlarda da problemlər yaranır: kişi bədən quruluşu formalaşır, menstrual (aybaşı) sikl pozulur, üzdə tüklər çıxmağa başlaya və hormonal fonun pozulması nəticəsində bir çox başqa problemlər yarana bilər.

Bir çox steroidlərin toksikliyi qaraciyərin, cinsiyyət sisteminin və digər həyat əhəmiyyətli sistemlərin xəstəliklərinə gətirib çıxarır.

Steroidlərin yan təsirlərini minimuma endirməyə imkan verən üsul var: onlardan sikllərlə (dövrələrlə), normaları aşmayaraq istifadə etmək lazımdır, həmçinin mütləq qaydada orqanizmə anabolik steroidlərin kursunudan sonra bərpa olunmağa kömək edən PCT (post cycle therapy – kurs sonrası terapiya) vasitələrini içmək tövsiyə olunur. Amma bu üsülların tətbiqi də, yan təsirlərin olmamasına heç bir qarantiya deyil! Buna görə də, steroidlərdən istifadə etməzdən əvvəl düşünün: elə də böyük ehtiyac olmadığı halda, risk edib öz hormonal fonunuzu pozmağa dəyərmi?

İdman qidalanmasının yan təsirlərinin təsviri daha az yer tutur, və bu onunla bağlıdır ki, idman qidalanması məhsullarının tamamilə təhlükəsiz olduğu təsdiq edilmişdir. Yalnız bir neçə halda onlar orqanizmə mənfi təsir göstərə bilərlər:

  • -İdman əlavəsinin tərkibindəki müəyyən bir inqrediyentə qarşı fərdi dözümsüzlük;
  • -Preparatın tövsiyə olunan dozasının aşılması və ya istehsalçı tərəfindən qeyd edilən digər tövsiyələrdən  kənara çıxmalar;
  • -Tanınmamış və yoxlanılmamış istehsalçının məhsulu;
  • -Bir-birinə uyğun olmayan vasitələrin kombinə edilməsi. Onların komponentləri bir-birilə reaksiyaya girə və orqanizmə zərərli təsir göstərə bilərlər.

 

Yuxarıda qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar: anabolik steroidlər və idman qidalanması – tamamilə fərqli anlayışlardır. İdman qida əlavələri leqal və təhlükəsiz maddələrdir. Onların qəbulu orqanizmdə böyük dəyişikliklərə səbəb olmur və onlar məşqlərlə sağlam qidalanmanı əvəz edə bilməzlər. Steroidlər isə bir çox ölkələrdə həkim göstərişi olmadan qəbulu qadağan edilmiş maddələrdir. Onlardan əzələ həcminin və gücün artırılması və məşqdən sonra bərpa müddətinin azaldılması üçün istifadə edilir. Onların qəbulu zamanı diqqətsizlik və təhlükəsizlik qaydalarına riayət etməmə acınacaqlı və qaytarılmaz nəticələrə gətirib çıxara bilər.

Nəticə

Anabolik steroidlər ya xəstə insanlar, ya da ki peşəkar idmançılar nəzərə alınaraq işlənib hazırlanırlar. Əgər siz bu insanlardan heç birinə aid deyilsinizsə, onları qəbul etməklə siz yalnız öz sağlamlığınızı məhv edəcəksiniz. Əgər məşqlər zamanı öz orqanizminizə nə iləsə kömək etmək istəyirsinizsə - ona sağlam yuxu, istirahət, idman qidalarıının qəbulu və keyfiyyətli ləvazimatlarla kömək edin. Orqanizminiz buna görə sizə təşəkkür edəcək.

Keyfiyyətli idman qidaları haqqında bütün məlumatları bizim saytımızdan oxuya bilərsiz - WWW.ATLET.AZ/SHOP