program

İDMAN QİDALARI

Arqinin

Arqinin

Bodibildinqdə arginin

Bodibildinqdə argininin (arginine) qəbuluna kompleks amin turşularının qəbulundan daha əvvəl başlanılmışdır. Bu bu maddənin bodibilderlər üçün yüksək dəyərə malik olduğundan xəbər verir. O qidalanmanın keyfiyyətini və əzələ toxumalarında hüceyrələrin yığılma qabiliyyətini yaxşılaşdırır. Arginin qəbul edən atletlər məşqlərin məhsuldarlığını və effektivliyini əhəmiyyətli dərəcədə artırmaq imkanını əldə edirlər. Arginin, bir azot donatoru kimi, zülal fraksiyalarının dağılması nəticəsində yaranan məhsulların orqanizmdən çıxarılması prosesini stimullaşdırır və hüceyrələrin bərpasında aktiv iştirak edir. Bu maddənin kəşfinə görə Nobel mükafatı verilmişdir.

L-arginin orqanizmə necə təsir göstərir?

Bu maddəni ya məşqdən əvvəl ayrıca bir əlavə kimi, ya da məşq öncəsi kompleksin tərkibində qəbul edirlər. O idmançının orqanizminə aşağıdakı müsbət təsirləri göstərir:

  1. İdmançı qarşısına qoyduğu idman məqsədlərinə uyğun olaraq düzgün qidalanmaya riayət etdikdə, əzələ kütləsi artır və daha çox dərialtı piylər yandırılır. Arginin tək kütlə artımı üçün yox, həm də qurutma dövründə katabolizmin qarşısını almağa kömək edən bir əlavə kimi də faydalıdır.
  2. Bu maddə böyümə hormonu sintezinin təbii katalizatorudur, yəni onun hasilatına birbaşa təsir göstərir. Bir çox hallarda arginini axşam vaxtı, yuxu problemlərini aradan qaldırmaq və somatotropinin hasilatını stimullaşdırmaq üçün qəbul edirlər.

Orqanizmdə argininin sintezi balıq, süd məhsulları, ət, yumurtanın qəbulu zamanı baş verir.

 

Arqininin effektləri

Sizə aydın olsun deyə, bodibilderlər üçün bu “dopinqin” əsas faydalı xüsusiyyətlərini və üstünlüklərini ümumiləşdirmək istərdik:

  • Azot oksidinin donatorudur.
  • Əzələ qidalanmasını yaxşılaşdırır.
  • Pampinqi(əzələlərin qanla dolması) gücləndirir.
  • Arterial təzyiqi azaldır.
  • Kişilərdə erektil funksiyanı yaxşılaşdırır.
  • Kreatin daha yaxşı mənimsənilir.
  • Böyümə hormonunun hasilatı çoxalır.
  • Əzələ lifləri daha yaxşı bərpa olunur.
  • “Pis” xolesterin səviyyəsini aşağı salır.

Həmçinin argininin qurutma dövründə də müsbət təsirini qeyd etmək lazımdır.

Arginin-in qəbul qaydası

Əsas oriyentir kimi bodibilderin nail olmaq istədiyi məqsədlər çıxış etməlidir. Əksər bodibilderlərə 3-5 qram arginin (birdəfəlik qəbul) kifayət edir. Mütəxəssislər dozanı aşağıdakı göstəriciyə uyğun olaraq hesablamağı tövsiyə edirlər: 1 kq bədən çəkisinə 115 mq arginin düşməlidir, lakin 10 qram dozasını aşmaq tövsiyə olunmur!

 

Arginin qəbul edilir:

  • Məşqdən əvvəl;
  • Məşqdən sonra;
  • Axşam.

Əlavənin axşam vaxtı qəbulu yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verir; o həmçinin kazein zülalının qəbulu ilə birləşdirilə və şam yeməyindən sonra qəbul edilə bilər.

Bir çox hallarda L-argininin qəbulu böyük effektivliyə malik olan digər azot donatorları ilə birləşdirilir. Bu cür kombinasiya damarları genişləndirməyə və yaxşı pampinq effektini təmin etməyə imkan verir.
Yadda saxlayın ki, arginini acqarına qəbul etmək lazımdır: qida qəbulundan 1 saat əvvəl və ya 1 saat sonra. Əks halda argininin mənimsənilməsi ləngiyəcəkdir. Digər mühüm bir məqam: arginin və yağlar – antaqonistdirlər, əgər siz bir müddət öncə yağlı yemək yemisinizsə, güclü nəticə gözləməyin. Ekspertlər qeyd edirlər ki, arginin yağlı yeməkdən ən azı 5 saat sonra qəbul edilərsə, onun təsiri daha güclü olar. Məşqdən əvvəl ilk öncə arginin qəbul edin, daha sonra isə protein (zülal) kokteyli için.

Yan təsirlər

Arginin kiçik dozalarda qəbul edildikdə adətən əhvalda heç bir yan təsir müşahidə olunmur. Arginin — şərti-əvəzolunmaz amin turşusudur. Təbii kimyəvi reaksiyaların təsiri altında azot oksidinə çevrilərək o orqanizmin bütün sistemlərinə müsbət təsir göstərməyə qadirdir. Bir idman qidalanması kimi arginin öz populyarlığını ilk növbədə ona görə qazanmışdır ki, bu amin turşusu azot oksidi sintezində vacib rol oynayır və böyümə hormonunun hasilatını gücləndirir. Məhz azot sintezi sayəsində argininin ayağına həmçinin erektil funksiyanın, əzələlərin qan təchizatının və qidalanmasının yaxşılaşdırılması və arterial təzyiqin azaldılması kimi başqa funksiyaları da yazırlar. 

Yekun

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü arqinin seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz arqinin ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.