program

İDMAN QİDALARI

Qlütamin

Qlütamin

Glutamine

Qlütamin (Glutamine)
Qlütamin (İngilis dilində Glutamine) – zülalın tərkibinə daxil olan, effektiv əzələ artımı və immun sisteminin dəstəklənməsi üçün lazım olan şərti-əvəzolunmaz amin turşusudur. Qlütamin təbiətdə kifayət qədər geniş yayılıb, insan üçün şərti-əvəzolunmaz amin turşusudur.  Qlütamin qanda kifayət qədər böyük miqdarlarda dövriyyə edir və əzələlərdə toplanır. Qlütamin orqanizmin ən çox yayılmış amin turşusudur, əzələlər isə 60% ondan ibarətdirlər. Bu onun bodibildinqdə və idman qidalanmasında nə üçün geniş tətbiq olunduğunu izah edir.
Qlütamin məhsulların tərkibində

Heyvan mənşəli: mal əti, toyuq əti, balıq, yumurta, süd məhsulları.
Bitki mənşəli: kələm, pazı, paxlalılar, ispanaq, cəfəri. Azad L-qlütaminin kiçik miqdarı həmçinin tərəvəz şirələrində və “miso” pastası kimi qıcqırma məhsullarında da tapılmışdır.

Qlütaminin təsirləri

Əzələ zülallarının sintezində iştirak edir 
Qlükoza ilə yanaşı enerji mənbəyidir
Antikatabolik təsirə malikdir (kortizolun sekresiyasını yatırır)
İmmuniteti möhkəmləndirir.
Məşqlərdən sonra bərpanı sürətləndirir,  fiziki tükənmənin qarşısını alır.
 
 

Qlütaminin qəbul qaydası

Qlütaminin sutkalıq tövsiyə olunan dozası 4-8 qram təşkil edir. Bu dozanı iki qəbula bölmək daha optimal sayılır: məşqdən dərhal sonra və yuxudan əvvəl. Məşqdən sonra/məşq zamanı bu əlavə tükənmiş ehtiyatları qısa zamanda bərpa edir, katabolizmi yatırır və əzələ artımını işə salır. Yuxudan əvvəl qlütaminin qəbulu ona görə tövsiyə edilir ki, gecə böyümə hormonu hasil olunur və qlütamin bu prosesi gücləndirə bilər. İstirahət günlərində nahar vaxtı və yuxudan əvvəl qəbul edin.

Qlütamini acqarına qəbul etsəniz daha yaxşı olar: qida və ya kokteyl qəbulundan yarım saat əvvəl. Bu müddət amin turşularının böyük hissəsinin mənimsənilməsi üçün kifayət edəcək. Belə bir fikir var ki, məhz amin turşusu konsentrasiyasının pik artımı böyümə hormonunun maksimum hasilatına səbəb olur.

Qlütamin – yan təsirlər
Qlütamin – orqanizmə daima qida ilə daxil olan təbii amin turşusudur. Qlütaminin əlavə qəbulu sağlamlıq üçün zərərli deyil, və adətən heç bir yan təsirlərə səbəb olmur. Qlütaminin böyük dozalarda qəbulu zamanı (bir qəbulda 15 qramdan artıq) onun bağırsağa qıcıqlandırıcı təsir göstərməsi haqda məlumatlar var. Onu 10 qramdan artıq miqdarda qəbul etməyin heç bir mənası yoxdur, çünki insan orqanizmində bir dəfəyə müəyyən miqdarda – təxminən 4-8 q qlütamin mənimsənilir, qalanı isə orqanizmdən xaric olunur.

Yekun

Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü qlütamin seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz qlütamin ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.