Bodibildinqdə piyyandırıcıları
Piyyandırıcıları – dərialtı piylərin azaldılması üçün yaradılmış idman əlavələri və ya xüsusi preparatlardır. Onlar bədən çəkisini azaldır, əzələlərin relyefliliyini artırır, məşq zamanı diqqət və konsentrasiyanı yaxşılaşdırır, məhz buna görə onlar bodibildinqdə böyük populyarlıq qazanmışdırlar.
Bodibildinqdə piyyandırıcıları əzələlərin maksimum relyefliliyinə və konturluluğuna nail olmaq üçün effektiv instrumentdir, onlar metabolizmi stimullaşdırır, iştahanı yatırır, piy toxumalarında piylərin sintezini bloklayırlar. Bu əlavələr hər hansı bir idman növü ilə məşğul olan və ya dərialtı piylərin miqdarını azaltmaq istəyən insanlar üçün yaradılmışdırlar.
Düzgün qidalanma rejiminə riayət olunduqda, piyyandırıcılarının təsiri əsasən fiziki yüklənmələr zamanı işə düşür, lakin əgər piyyandırıcılarının qəbulu zamanı siz məşq etmirsinizsə və pəhriz saxlamırsınızsa, onların effektivliyi sıfıra enəcəkdir. Həmçinin, əgər siz azhərəkətli həyat tərzi sürürsünüzsə və dəqiq qidalanma rejiminə riayət etmirsinizsə, piyyandırıcıları sizin üçün faydasız olacaqlar.
Aşağıda təqdim edilmiş siyahıda çəkinin azalmasına və bəzi hallarda əzələ relyefinin güclənməsinə səbəb olan əsas piyyandırıcısı növləri qeyd olunub:
Piyyandırıcılarının tərkibində əksər hallarda aşağıdakı inqrediyentlər olur:
Bu əsasən təbii mənşəli maddələrdir və yarışlarda iştirak edən idmançılara onların hamısından istifadə etməyə icazə verilir.
Yüksək effektivliyi və təhlükəsizliyi ilə fərqlənən piyyandırıcısı seçmək üçün aşağıdakı xüsusiyyətlərə fikir vermək lazımdır:
Bu tövsiyələrə riayət etsəniz, siz qarşınıza qoyduğunuz məqsədlərə nail olmağa imkan verəcək ən yaxşı piyyandırıcısını seçə biləcəksiniz.
Piyyandırıcılarının düzgün qəbul qaydası:
Piyyandırıcıları nisbətən zərərsizdirlər, lakin bəzi hallarda yan təsirlər müşahidə oluna bilər:
Nəticə
Piyyandırıcılarının qəbuluna başlamazdan əvvəl hansı müddətdə və hansı miqdarda artıq çəkidən azad olmaq istədiyinizi özünüz üçün müəyyən etməlisiniz. Vəziyyəti düzgün qiymətləndirmək lazımdır, çünki insan öz sağlamlığına zərər vurmadan həftədə maksimum 1 kq artıq çəki itirə bilər. Və əlbəttə ki, bu idman əlavəsinin qəbulu ilə paralel olaraq müvafiq pəhrizə də riayət etmək lazımdır. Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü piyyandırıcılar seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz piyyandırıcı ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır