program

İDMAN QİDALARI

L-karnitin

L-karnitin

L-karnitin nədir?

L-karnitin nədir?

L-Carnitine / Karnitin nədir? Onun hansı faydaları var? Ondan necə istifadə edilməlidir?
L-karnitin – hər bir idmançının rasionuna daxil olan amin turşusudur. Farmakoloji nöqteyi-nəzərdən L-karnitin B qrup vitamini (Bt vitamini) hesab edilir. Unikal xüsusiyyətlərinə görə onu “böyümə vitamini” adlandırırlar və ondan piyyandırıcısı kimi istifadə edirlər. L-karnitinin tətbiqi ağır fiziki çalışmaların yerinə yetirilmə müddətini uzadır, eləcə də idman yüklənmələri zamanı yaranan süd turşusu səviyyəsini azaldır.

Karnitinin əsas rolu – yağların aktiv parçalanması və orqanizmin enerji ilə təmin olunmasıdır: L-karnitin yağ turşularını hüceyrə mitoxondrilərinə çatdırır və orada onlar tez bir zamanda turşuma (oksidləşmə) reaksiyasına məruz qalırlar. L-karnitinin əsas funksiyası – yağları hüceyrə mitoxondrilərinə nəql etməyə kömək etməkdir, harada ki onlardan orqanizm üçün enerji mənbəyi olan adenozintrifosfatın (ATF) hasilatı zamanı istifadə olunur. Orqanizmdə levokarnitinin miqdarı az olduqda, yağ turşuları qeyri-effektiv istifadə olunmağa və yan tərəflərdə piy yığınlarına çevrilməyə başlayırlar.

L-karnitin – piylərin yandırılması və əzələ enerjisinin stimullaşdırılması üçün istifadə olunan bioloji aktiv əlavədir. O yağ turşularını əzələ enerjisinin hasilatı üçün lazım olan yanacağa çevirməyə kömək edir. Bu proses piylərin itirilməsinə və əzələ kütləsinin artımına səbəb olur. 
Karnitin yağı əzələyə çevirmir! Bu bioloji baxımdan qeyri-mümkündür. Karnitin yalnız kardio, yəni qaçış, avarçəkmə, velosiped və s. fəaliyyətlərlə məşğul olduğunuz zaman yağ yandırmanızı təmin edir. Yəni idmansız n
əticə olmur.

L-karnitinin təsirləri

  1. Bədən kütləsinə nəzarət etməyə və piy qatını azaltmağa imkan verir. Piylərin yandırılması mexanizmi əvvəlki bənddə qısa şəkildə təsvir edilmişdir. Güman edilir ki, levokarnitinin əlavə dozalarının qəbulu yağ turşularının emalını gücləndirir və arıqlamaya gətirib çıxarır.
  2. Məşqlər zamanı əlavə enerji verir, güc və aerob dözümlülüyü artırır. Bu bənd əvvəlki bəndin məntiqi davamıdır. Yağlar əlavə enerjiyə çevrilir, bu isə qlikogenin müəyyən dərəcədə qənaət olunmasına səbəb olur – dözümlülük və məhsuldarlıq artır. Bu xüsusilə NPT(НПТ)-məşqlər, idman daşları ilə məşqlər və krossfit ilə məşğul olan insanlar üçün çox vacibdir.
  3. Stressə və əsəbi-psixi yorğunluğa qarşı dözümlülüyü artırır, zehni iş qabiliyyətini yaxşılaşdırır. Yəni, MSS-ni (mərkəzi sinir sistemini) möhkəmləndirərək L-karnitin nəzəri baxımdan gücdən düşmə anını gecikdirməyə qadirdir, çünki gücdən düşmə adətən sinir sisteminin həddindən artıq yorğunluğu zamanı baş verir  – ən birinci o “sönür”. Bundan başqa, L-karnitinin qəbulu pauerliftinqdə və olimpiya ağır atletikasında ağır çalışmaların nəticələrini yaxşılaşdıra bilər – çünki onların yerinə yetirilməsi zamanı skelet əzələləri və vətərlərlə yanaşı MSS də tam güclə iştirak edir (lakin anlamaq lazımdır ki, burada həddindən artıq yüksək nəticələr gözləməyə dəyməz).
  4. Ürək-damar sistemini vaxtından əvvəl qocalmadan və dağılmadan qoruyur. Bu “pis” xolesterin səviyyəsinin aşağı salınması, eləcə də antioksidant və antihipoksik təsir hesabına baş verir, bunlar isə bütün idman növlərində (həm güc, həm də aerob) aktualdır.

L-karnitinin düzgün qəbul qaydası: sutkalıq doza

L-karnitinin sutkalıq dozası qarşıya qoyulmuş məqsəddən və fiziki aktivlikdən asılı olaraq gündə təxminən 500-2000 mq təşkil edir.

Gündəlik porsiyanı bir neçə qəbula bölmək və aşağıdakı sxem üzrə qəbul etmək tövsiyə olunur:

  • 500 mq səhər yeməyindən 20 dəqiqə əvvəl
  • 500 mq nahar yeməyindən 20 dəqiqə əvvəl
  • 1000 mq məşqdən 30 dəqiqə əvvəl

 

L-karnitin buraxılış formaları
Maye L-karnitin
Tablet L-karnitin
Birdəfəlik maye L-karnitin – shot

Toz L-karnitin
Hazır L-karnitin içkiləri

L-karnitin mənbələri

L-karnitin bizim orqanizmimizə (əsasən) heyvan və bitki mənşəli qida ilə daxil olur - ət, süd. Meyvə və tərəvəzlərin tərkibində az miqdarda karnitin var, buna görə də bu cür pəhrizlər ağır idman yüklənmələrinə məruz qalan idmançılar üçün tövsiyə olunmur.

L-karnitin mənbələrinə aşağıdakı məhsullar aid edilir: balıq, donuz əti, mal əti, ev quşu əti, göbələk, yerkökü, düyü, banan, çörək və pomidor.

Qadınlar L-karnitini qəbul edə bilərlər?

İstər kişilər, istərsə də qadınlar üçün L-karnitinin qəbul metodikasında heç bir fərq yoxdur – sadəcə olaraq bu əlavənin dozasını öz çəkinizə uyğun olaraq düzgün hesablamağınız tövsiyə olunur. Fitnes, krossfit və digər idman növləri ilə məşğul olan qadınlar levokarnitini öz çəkilərinə nəzarət etmək və məşqlərin məhsuldarlığını artırmaq üçün qəbul edə bilərlər. Yuxarıda artıq qeyd olunduğu kimi, hamiləlik və laktasiya dövründə L-karnitinin qəbulundan çəkinmək lazımdır.

L-karnitinin yan təsirləri və əks göstərişləri

L-karnitin orqanizmdə sintez olunan maddə olduğu üçün yaxşı mənimsənilir. Bu əlavənin əks-göstərişlərinə onun komponentlərinə qarşı fərdi dözümsüzlük, hamiləlik və əmizdirmə (laktasiya) dövrü aid edilir.

Nəticə

Qarşınıza qoyduğunuz idman məqsədlərindən asılı olmayaraq L-karnitin sizə daha yaxşı görünməyə kömək edəcəkdir, çünki o piylərin yandırılması və əzələ yığımı prosesini yaxşılaşdırır. Məhz buna görə idman qidalanması və əlavələr üzrə mütəxəssislər idmançılara karnitini öz qidalanma planlarına daxil etməyi tövsiyə edirlər. Bu məsələyə düzgün yanaşsanız, nəticələr sizi çox gözlətməyəcəklər. Əgər siz bu məqaləni başdan ayağa kimi oxumusunuzsa və bu sözlərə qədər çatmısınızsa, o zaman siz özünüzü L-karnitin seçimi məsələsində və ümumiyyətlə onun mahiyyəti haqqında anlayışı olan bir insan hesab edə bilərsiniz. Biz, ilk növbədə, satdığımız hər bir əlavənin mahiyyətini öz alıcılarımızın nəzərinə çatdırmağa çalışırıq, çünki əgər siz onun iş prinsipini anlamasanız, onun qəbulundan maksimum faydanı ala bilməyəcəksiniz. Əgər sizin əlavə hər hansı suallarınız varsa, telefonla (055 335 11 71) vasitəsi ilə bizim konsultantlara müraciət edə bilərsiniz. Həmçinin siz bizim mağazalarımıza yaxınlaşa və yerindəcə satıcıya öz suallarınızı verərək bəyənəcəyiniz L-karnitin ala bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik.