program

İDMAN QİDALARI

Protein nədir?

Protein nədir?

PROTEİN NƏDİR?
Protein və ya zülal – bir-birilə birləşili olan və polipeptidlər formalaşdıran amin turşularından ibarət olan orqanik maddədir.

Bir idman qidalanması məhsulu kimi proteinə belə bir tərif vermək olar. Protein - tərkibində heyvan və ya bitki mənşəli bir və ya daha çox zülal mənbəyi, eləcə də yekun məhsula lazımi konsistensiya, dad, qoxu və s. xüsusiyyətlər verən bəzi başqa komponentlər olan idman əlavəsidir. Protein — yüksək zülal (60-90%) və aşağı yağ və karbohidrat tərkibli tozdur. Ən əsası odur ki, o asan mənimsənilən zülaldır, buna görə də o idmanla məşğul olan insanlar arasında böyük rəğbət qazanıb. Protein sizin əzələlərinizin ideal köməkçisidir, çünki yüklənmələr zamanı onların qidalanmaya və tikinti materialına ehtiyacı var.

Proteinin tərkibi
İstənilən protein (zülal) uzun amin turşuları zəncirindən ibarətdir. Bu amin turşularının kombinasiyası müxtəlif strukturlu və funksiyalı zülalların yaranmasına gətirib çıxarır. Belə hesab edilir ki, əsas amin turşuları – leysin, izoleysin və valindir. İdman qidalanmasının başqa bir populyar növü BCAA məhz onlardan ibarətdir.

Protein orqanizmə necə təsir göstərir?
Zülal bizim gündəlik rasionumuzun ayrılmaz hissəsidir. O orqanizmin həm bütövlükdə, həm də onun ayrı-ayrı sistemlərinin normal fəaliyyəti üçün olduqca vacibdir.

Lakin burada bir “əmma” var. Mahiyyətcə, istənilən zülal öz ilkin formasında bizim orqanizmimiz tərəfindən mənimsənilə bilmir, çünki o onun üçün yad bir zülaldır. Buna görə də, həzm sisteminin köməyilə zülal amin turşularınadək həll olunur və artıq bağırsaqda mənimsənilə bilir.

Əslində, bizim orqanizmimizdə hər şey müəyyən dərəcədə amin turşularından ibarətdir, bu isə o deməkdir ki, orqanizmin normal funksionallığını dəstəkləmək və zədələnmiş toxumaları bərpa etmək üçün orqanizmə həmişə müəyyən miqdarda amin turşuları tələb olunur. Məhz elə burada biz idman əlavəsi kimi proteinin əsas məqsədinə yaxınlaşırıq.

Əzələ artımı üçün nə qədər miqdarda protein lazımdır?
Yadda saxlamaq lazımdır ki, orqanizm ilk növbədə enerjiyə olan sutkalıq ehtiyacı doldurur və yalnız sonra əzələlərin “tikintisinə” keçir. Əgər siz qida ilə lazımi miqdarda kalori almırsınızsa və eyni zamanda böyük miqdarda idman proteini içirsinizsə - əzələlər yenə də böyüməyəcəklər.

Lakin “əzələlərin böyüməsi üçün nə qədər miqdarda protein lazımdır?” sualına birmənalı cavab sadəcə olaraq yoxdur. Bu mövzuda çoxlu sayda elmi araşdırmalar aparılıb, lakin, görünür bununla bağlı universal tövsiyə vermək sadəcə olaraq qeyri-mümkündür. Ən çox quru bədən çəkisinin hər kiloqramına görə 1.5-2.5 qram protein rəqəmi səsləndirilir.

PROTEİN bir idman əlavəsi kimi
Hamıya məlumdur ki, zülal tikinti materialıdır və əgər siz öz məşq prosesinizdə həqiqətən də irəliləyişə nail olmaq istəyirsinizsə, onun bolluğunu təmin etmək lazımdır. Təbii ki, zülalı birinci növbədə adi qidadan almaq lazımdır. Bu bizim üçün ən təbii variantdır və belə zülal yaxşı mənimsənilir. Lakin ağır fiziki yüklənmələr zamanı insanda maddələr mübadiləsinin sürəti əhəmiyyətli dərəcədə artır, bu isə o deməkdir ki, lazımi maddələrin qəbulu da çoxaldılmalıdır. Müəyyən məqamda çoxlu miqdarda zülallı qida qəbul etmək çətinləşir və bizim köməyimizə idman qidalanması, daha dəqiq desək müxtəlif zülal qarışıqları gəlir.

İdman dünyasında bir əlavə kimi protein çox vacib rol oynayır, lakin buna baxmayaraq həmişə yadda saxlamaq lazımdır ki, bu sadəcə olaraq sizin adi qidalanma rasionunuza bir əlavədir. Heç bir halda pəhrizi hər hansı idman əlavələri ətrafında qurmaq olmaz. Onlar həmişə faydalı maddələrin ehtiyat və ya əlavə mənbəyi kimi çıxış etməlidirlər. “Protein” sözü “zülal” kimi tərcümə olunur. Yəni, protein insanların qidadan aldıqları qida zülalıdır. Fərq yalnız ondadır ki, burada o lazımsız komponentlərdən təmizlənmiş şəkildə təqdim olunur. Bir çox insanlar məlumatsızlıqdan proteini insan orqanizmi üçün zərərli əlavə hesab edirlər.

Proteinin zərəri
Protein öz-özlüyündə heç bir zərər verə bilməz (əgər siz sağlam insansınızsa və sizdə hər hansı xüsusi xəstəliklər yoxdursa). Zərəri yalnız proteinin yanlış (məsələn, böyük dozalarda) qəbulu və ya istehsal texnologiyasının pozulması ilə hazırlanmış aşağı keyfiyyətli məhsul verə bilər, lakin buna nadir hallarda, yalnız keyfiyyəti kəmiyyətə və ucuzluğa qurban verən vicdansız istehsalçılarda rast gəlinir.

Bəs protein nə üçün lazımdır?
Biz proteinin nə olduğunu artıq aydınlaşdırdıq. İndi isə gəlin onun nə üçün lazım olduğu haqda danışaq. Zülala hər bir insanın ehtiyacı var. Əzələ kütləsini artırmaq istəyən idmançıların isə ona daha çox ehtiyacı var. Lakin öz fizioloji xüsusiyyətlərinə və ya vaxt çatızmazlığına görə bir çox insanlar qidadan kifayət miqdarda zülal ala bilmirlər və məhz bu məqamda protein onların köməyinə gəlir. Belə bir əlavə ilə zülalın lazımi dozasını almaq daha asan olur, çünki proteini su və ya digər içki ilə qarışdırıb içərək orqanizmi əzələlər üçün tikinti materialı ilə təmin etmək olar.

Proteinin faydası: proteinin qəbulunun lehinə 15 fakt

1.Protein əzələ kütləsi artımına kömək edir, bu isə maksimum idman nəticələrinə nail olmağa imkan verir.
2.Bu son dərəcə effektiv məhsuldur, çünki tərkibində çoxlu miqdarda karbohidrat və yağlar olmadan zülalla zəngindir.
3.Qanda şəkər səviyyəsinin azalması və azad amin turşuları səviyyəsinin artması hesabına iştahanı yatırmağa kömək edir.
4.İşdə və ya evdə qəlyanaltı etmək üçün yaxşı variantdır.
5.Siz asanlıqla gündəlik zülal normasını yığa biləcəksiniz, bu isə vegetarianlar və ət və balığı o qədər də sevməyən insanlar üçün xüsusilə aktualdır.
6.Protein tozunun qəbulu çox asandır. Onu sadəcə olaraq süd və ya su ilə qarışdırın və zülallı qida qəbul üçün hazırdır.
7.Sürətlə və asan (demək olar ki 100%) mənimsənilir, mədədə ağırlıq hissi yaratmır.
8.Orqanizmi amin turşularının tam kompleksi ilə təmin edir.
9.İnsulin səviyyəsini həm sağlam, həm də ikinci tip diabetdən əziyyət çəkən insanlarda normaya salır.
10.İdmançılara dözümlülüyü, gücü və enerjini artırmağa kömək edir.
11.Və nəhayət ki, məşqdən sonra “nə yeyim?” sualını özünüz üçün birdəfəlik bağlayacaqsınız. Asan mənimsənilən protein idmanla məşğul olduqdan sonra əla seçim olacaqdır.
12.Tozun saxlanılması rahatdır və onu həmişə özünüzlə götürə bilərsiniz. Süddən və kəsmikdən fərqli olaraq o tez xarab olmur.
13.Proteinlər əksər hallarda dadlandırıcılarla satılır, buna görə də siz öz zövqünüzə uyğun dad seçə bilərsiniz: şokolad, çiyələk, vanil və s.
14.İdman əlavələrinin tərkibindəki zülal təbii mənşəlidir və insan orqanizmi üçün fizioloji baxımdan uyğundur.
15.Dozanı aşmadıqda və idmanla məşğul olduqda protein sağlamlıq üçün təhlükəsizdir.