program

İDMAN QİDALARI

10 ən yaxşı idman qidası

10 ən yaxşı idman qidası

Bu məqalədə biz sizə ən populyar idman əlavələrinin xülasəsini təqdim edəcəyik (hər bir məhsulun konkret təsviri ilə): bu nədir, nə üçün lazımdır, necə qəbul edilir, qəbulu mütləqdirmi və nə qədər büdcə tələb edir. Məhsulların təxmini qiyməti göstərilib, çünki o istehsalçıdan, məhsulun keyfiyyətindən və satıldığı yerdən asılı olaraq geniş diapazonda dəyişir.

1. Whey protein
WHEY PROTEIN NƏDİR: Proteinin ən çox yayılmış növüdür – idmançıların yüksək zülallı qidalanması üçün nəzərdə tutulub. Sürətli mənimsənilmə qabiliyyəti və güclü amin turşulu tərkibi ilə fərqlənir. Whey(Zərdab zülalı) pendirin hazırlanması nəticəsində qalan yan məhsuldan – süd zərdabından hazırlanır. Təmizlənmə dərəcəsinə və keyfiyyətə görə onun üç növü olur: konsentrat, izolyat (bu əsaslı şəkildə filtrasiya olunmuş konsentratdır) və hidrolizat (bu növdə zülal artıq qismən fermentasiya olunub).
WHEY PROTEIN NƏ ÜÇÜNDÜR: Whey protein əzələ kütləsi yığımı üçün qəbul edirlər, o tez və effektiv şəkildə orqanizmi lazımi amin turşuları ilə təmin edir. İzolyatı və hidrolizatı “qurutma” dövründə, adi konsentratı isə əzələ kütləsi yığımı zamanı qəbul etmək daha məqsədəuyğun sayılır.
WHEY PROTEIN NECƏ QƏBUL EDİLİR: Whey proteinı adətən sutkada 2-3 dəfə, adi qida qəbulları arasında qəbul edirlər. Birinci dəfə onu səhər vaxtı yuxudan oyandıqdan sonra və mütləq qaydada məşqdən sonra içmək lazımdır. Whey protein tez mənimsənilir, buna görə də onu ləng mənimsənilən kazein proteini ilə birlikdə (kazeini gecə yuxusundan əvvəl içirlər) qəbul etmək məqsədəuyğundur.
WHEY PROTEIN QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Birmənalı olaraq – bəli. Bu qiymət/effektivlik nisbəti baxımından ən sərfəli idman qidalanması növüdür, hansı ki bütün atletlər üçün mütləq sayılan idman qidalanması dəstinə daxildir. Əgər yeni başlayan idmançıda “birinci növbədə hansı idman qidalanması növünün qəbulundan başlamaq lazımdır?” sualı ortaya çıxarsa – cavab bəllidir - əlbəttə ki, Whey protein.
WHEY PROTEIN QİYMƏTİ: Orta qiymət kateqoriyasına aid olan Platinum Whey məhsulunu qəbul etmək istəsəniz, onun qiyməti ayda təxminən 100 manat(2 dəfə qəbul nəzər alınmaqla), bir porsiyanın qiyməti isə orta hesabla 1,3 manat təşkil edəcək.
TOP -10 ən yaxşı Whey protein

2. Qeyner
QEYNER NƏDİR: Bu zülal və karbohidratlar qarışığıdır. Yaxşı qeynerlərdə karbohidratları elə seçirlər ki, onların mənimsənilmə sürəti fərqli olsun. Əksər qeynerlərdə karbohidratlar porsiyanın ümumi həcminin 2/3(ücdə iki) hissəsini, zülal isə 1/3(üçdə bir) hissəsini təşkil edir. Lakin başqa variantlarda ola bilər ki, onlarda karbohidratlara və ya əksinə, zülallara daha çox üstünlük verilsin. Əksər hallarda bu məhsulların tərkibinə digər faydalı maddələr, məsələn enzimlər, vitaminlər və s. daxil edilir.
QEYNER NƏ ÜÇÜNDÜR: Qeynerlər ümumi (yalnız əzələ deyil, məhz ümumi) bədən kütləsinin yığımı üçün nəzərdə tutulub. Faktiki olaraq, bu bütün idman qidalanması növləri arasında bu məqsədlər üçün nəzərdə tutulmuş ən effektiv instrumentdir.
QEYNER NECƏ QƏBUL EDİLİR: Zülal-karbohidrat qarışıqları adətən sutkada 1 dəfə - məşqdən sonra qəbul edilir, lakin sürətli kütlə yığımı tələb olunduğu halda əlavə qəbullar da mümkündür (məsələn, səhər vaxtı yuxudan oyandıqdan sonra)
QEYNER QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Çətinliklə kütlə yığan ektomorflara qeyner qəbul etmək çox vacibdir - əks halda dəyişməyi sevməyən metabolizmi yerindən tərpətmək çox çətin olacaqdır. Kökəlməyə meyilli endomorflara isə bu idman qidalanmasının qəbulundan çəkinmək tövsiyə olunur.
QEYNER QİYMƏTİ: Mass Builder qənaətlə qəbul edildiyi halda (sutkada 2 ölçü qaşığı) ayda təxminən 110 manata başa gələ bilər. Ucuz deyil, lakin daha ucuz qeynerlər də mövcuddur Premium Mass qeynerini 95 manat büdcəsinə sığışdırmaq olar (tərkibində şəkər az olan məhsullara üstünlük vermək tövsiyə olunur, şəkərin miqdarı nə qədər çox olarsa – demək qeynerin keyfiyyəti də o qədər də az olacaq).
TOP -10 ən yaxşı qeyner

3. Kreatin
KREATIN NƏDİR: Kreatin – ən çox ətin və bəzi başqa məhsulların tərkibində olan təbii maddədir (bu söz yunan dilindən “ət” kimi tərcümə olunur). Onun satışda ən çox rast gəlinən, qiymət baxımından sərfəli və eyni zamanda effektiv forması – kreatin monohidratdır.
KREATIN NƏ ÜÇÜNDÜR: Kreatin qəbul olunduqda, o əzələ kütləsinin və güc göstəricilərinin (xüsusən də dinamik partlayıcı gücün) artmasına səbəb olur. O ən effektiv və eyni zamanda tamamilə təhlükəsiz (sağlamlıqla bağlı problemlərin olmadığı halda) idman qida əlavələrindən biridir
KREATIN NECƏ QƏBUL EDİLİR: Sutkada 2  dəfə qəbul etmək olar. Bir porsiyanı məşqdən sonra tozu su ilə (kreatin dadlandırıcı  ilə) və ya üzüm və ya başqa şirin meyvə şirəsi(dadsız kreatin) ilə qarışdırıb 5 qram miqdarında qəbul etmək olar.  Bir porsiyanı isə qida qəbulu arasında qəbul olunur. Əvvəllər ilk bir neçə qəbul günü ərzində “yüklənmə fazası” tövsiyə olunurdu, lakin bugünkü gündə ona ehtiyacın olmadığı sübut olunub. 8 həftəlik qəbuldan sonra 2 həftə fasilə etmək tövsiyə olunur.
KREATIN QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Kreatini qəbulu olduqca arzuolunandır – onun sayəsində siz məşqlərin effektivliyinin artması nəticəsində irəliləyiş və mənəvi məmnunluq hiss edəcəksiniz.
KREATIN QİYMƏTİ: Hal-hazırda satışda müxtəlif istehsalçılar tərəfindən təqdim olunan kreatin monohidrat məhsullarına rast gəlmək olar, müntəzəm qəbul üçün ayda 20-30 manat aylıq büdcə sizə kifayət edəcək.
TOP -10 ən yaxşı kreatin

4. BCAA
BCAA NƏDİR: BCAA şaxələnmiş zəncirli üç əvəzolunmaz amin turşusundan (leysin, valin və izoleysindən) ibarət olan kompleksdir. Belə əlavələrin əksəriyyətində komponentlərin nisbəti 2:1:1 (iki hissə leysin və bir hissə valin və izoleysin) təşkil edir, lakin 4:1:1, 8:1:1 və hətta 12:1:1 (bu qədər miqdarda izoleysinin qəbulunun nə qədər məqsədəuğun olub-olmadığını söyləmək çətindir) düsturlarına da rast gəlinir.
BCAA NƏ ÜÇÜNDÜR: Şaxələnmiş zəncirli əvəzolunmaz amin turşuları əzələ kütləsinin yığımına səbəb olur və orqanizmdə müxtəlif biokimyəvi proseslərdə iştirak edərək bir sıra faydalı xüsusiyyətlərə malikdirlər. BCAA əzələ bərpasını sürətləndirmək üçün istifadə olunur. Nəzəri baxımdan BCAA-ların idmanda tətbiqi böyük perspektivə malikdir.
BCAA NECƏ QƏBUL EDİLİR: Onu səhər vaxtı yuxudan oyandıqdan sonra və məşqdən dərhal sonra və ya məşq vaxtı qəbul etmək olar. BCAA ilə protein kokteylinin qəbulları arasında təxminən yarımsaatlıq fasilə etmək lazımdır ki, amin turşuları tam mənimsənilə bilsinlər.
BCAA QƏBULU MÜTLƏQDİR YOXSA YOX: BCAA qəbulu olduqca arzuolunandır – onun sayəsində siz əzələlərinizin daha tez bərpası nəticəsində, irəliləyiş hiss edəcəksiniz.
BCAA QİYMƏTİ: Keyfiyyətli BCAA-ların müntəzəm qəbulu üçün ayda 50-60 manat pul ayırmalı olacaqsınız. Həddindən artıq ucuz variantlardan uzaq durmaq tövsiyə olunur, böyük ehtimalla onlar aşağı keyfiyyətli xammaldan hazırlanmışdırlar.
TOP -10 ən yaxşı BCAA

5. Amino
AMINO NƏDİR: Aminoların (kompleks amin turşuların) tərkibinə Whey proteinlərdə olduğu kimi amin turşularının tam dəsti daxildir. Çox vaxt belə komplekslərin tərkibinə köməkçi faydalı komponentlər də daxil edilir.
AMINO NƏ ÜÇÜNDÜR: Whey proteinlərdən onlar daha tez mənimsənilmələri ilə fərqlənirlər, və əgər atlet laktozaya qarşı dözümsüzlükdən əziyyət çəkirsə, kompleks amin turşuları zərdab zülalının yaxşı əvəzedicisi kimi çıxış edə bilərlər. Amino əzələ kütləsinin artmasına kömək edir.
AMINO NECƏ QƏBUL EDİLİR: Adətən gündə bir neçə dəfə qəbul edilirlər: səhər, məşqdən əvvəl və sonra, gün ərzində həmçinin əlavə qəbullar da mümkündür. Doza – istehsalçının tövsiyələrinə uyğun olaraq seçilir.
AMINO QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Atlet protein və qeynerlər qəbul etmirsə, o zaman kompleks amin turşularını qəbul etmək lazımdır, əks halda onlarsız da keçinmək olar.
AMINO QİYMƏTİ: Keyfiyyətli kompleks amin turşularının müntəzəm qəbuluna ayda təxminən 50-60 manat xərcləməli olacaqsınız.
TOP -10 ən yaxşı Amino

6. Vitamin-mineral kompleksləri
VITAMIN KOMPLEKSI NƏDİR: Vitamin-mineral komplekslərinin xüsusi təqdimata ehtiyacı yoxdur. Bir çox insanlar üçün onların müntəzəm qəbulu artıq həyat normasına çevrilib, çünki onlar qidalanmanın keyfiyyətindən və miqdarından asılı olmayaraq lazımi miqdarda vitamin və mikroelementlər almağa imkan verirlər, xüsusən də təbii qida vitaminlər baxımından kasad olduğu dövrlərdə.
VITAMIN KOMPLEKSI NƏ ÜÇÜNDÜR: İdmançılar onları ümumi tonusu dəstəkləmək, sağlamlığı və immuniteti qorumaq, ağır məşqlərdən sonra ən tez müddətdə bərpa olmaq üçün qəbul edirlər.
VITAMIN KOMPLEKSI NECƏ QƏBUL EDİLİR: Multivitaminləri sutkada 1-2 dəfə qida ilə birlikdə qəbul edirlər.
VITAMIN KOMPLEKSI QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Qəbulu mütləqdir (və ya ən azından çox arzuolunandır). Özü də fərq etmir, insan idmanla məşğul olur, yoxsa yox.
VITAMIN KOMPLEKSI QİYMƏTİ:  Xüsusi idman vitaminlərinə ayda 40-60 azn  pul xərcləməli olacaqsınız
Ən yaxşı vitamin kompleksləri

7. L-karnitin
L-KARNITIN NƏDİR: L-karnitin(levokarnitin) - əvəzolunan amin turşusudur, orqanizmdə o əsasən qaraciyərin və əzələ toxumasının tərkibində olur.
L-KARNITIN NƏDİR NƏ ÜÇÜNDÜR: L-karnitin bir sıra faydalı xüsusiyyətlərə malikdir, lakin idmançılar onu ilk növbədə piylərin (yağların) yandırılmasını sürətləndirmək (o yağ turşularını hüceyrə mitoxondrilərinə nəql edir) və bu proses nəticəsində məşqlər üçün əlavə enerji almaq üçün qəbul edirlər.
L-KARNITIN NƏDİR NECƏ QƏBUL EDİLİR: Bu əlavəni adətən sutkada iki dəfə qəbul edirlər: yuxudan oyandıqdan dərhal sonra acqarına və məşqdən əvvəl (başqa variantlar da mümkündür).
L-KARNITIN NƏDİR QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Əgər atleti piylərin yandırılması maraqlandırırsa, l-karnitinin qəbulu məsləhətdi.
L-KARNITIN NƏDİR QİYMƏTİ: L-karnitinin müntəzəm qəbul xərci ayda təxminən 50-60 manat təşkil edəcək.
Ən yaxşı L-karnitin

8. Qlütamin
QLÜTAMIN NƏDİR: Qlütamin(Glutamine) şərti əvəzolunmaz amin turşusudur. İnsanın əzələ toxuması təxminən 60% qlütamindən ibarətdir.
QLÜTAMIN NƏ ÜÇÜNDÜR: Bu amin turşusunu onun ehtimal edilən antikatabolik xüsusiyyətlərinə görə qəbul edirlər. Həmçinin belə rəylər də var ki, bu maddənin qəbulu immunitetə müsbət təsir göstərir.
QLÜTAMIN NECƏ QƏBUL EDİLİR: Müxtəlif qəbul sxemləri mövcuddur, lakin daha yaxşı olar ki, konkret əlavənin istehsalçısı tərəfindən verilən tövsiyələrə riayət edəsiniz.
QLÜTAMIN QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Qlütaminin qəbulu mütləq deyil, amma bərpa prosesslərii sürətləndirmək üçün tövsiyyə olunur.
QLÜTAMIN QİYMƏTİ: Bu amin turşusu ilə olan əlavəni qəbul etmək istəsəniz, təxmini xərciniz ayda 40-50 manat təşkil edəcək.
Ən yaxşı qlütamin

9. Balıq yağı

BALİQ YAĞI NƏDİR: Əsas mənbəyi balıq yağı olan polidoymamış Omeqa-3 yağ turşuları – insan orqanizmi üçün bir çox müsbət xüsusiyyətlərə malik olan “yaxşı yağlardır” (bu baxımdan onlar vitaminlərə bənzəyir, lakin mahiyyətcə başqa maddələrdirlər).
BALİQ YAĞI NƏ ÜÇÜNDÜR: İdmançılar Omeqa-3 kapsullarını ona görə qəbul edirlər ki, onlar əzələ kütləsi yığımına kömək edir, bağ və oynaqları yüklənmələrdən qoruyur, dözümlülüyü artırır, iltihabəleyhinə aktivliyə malikdirlər və testosteron sekresiyasını artırırlar.
BALİQ YAĞI NECƏ QƏBUL EDİLİR: Adətən onları sutkada 2-3 dəfə qida ilə birlikdə qəbul edirlər.
BALİQ YAĞI QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Balıq yağı mütləq qəbul etmək lazımdır (çoxları onun əhəmiyyətini tam dərk etmir və lazımınca qiymətləndirmir).
BALİQ YAĞI QİYMƏTİ: Balıq yağı tərkibli əlavəni qəbul etmək istəsəniz, təxmini xərciniz ayda 30-40 manat təşkil edəcək.
Ən yaxşı balıq yağı

10. Testosteron səviyyəsinin artırılması üçün əlavələr
TESTOSTERON BUSTER NƏDİR: Bu qrupa kifayət qədər çoxlu sayda müxtəlif tərkibli əlavələr daxildir. İdmançılar tərəfindən ən çox istifadə olunan ZMA və tribulusdu.
TESTOSTERON BUSTER NƏ ÜÇÜNDÜR: Altbaşlıqdan göründüyü kimi, onu testosteron(kişi hormonu) təbii sekresiyasını artırmaq üçün qəbul edirlər. 
TESTOSTERON BUSTER NECƏ QƏBUL EDİLİR: Qəbul sxemləri istehsalçının təlimatından asılı olaraq dəyişir.
TESTOSTERON BUSTER QƏBULU MÜTLƏQDİR YOXSA YOX: Testosteron səviyyəsi ilə problemləriniz varsa – istifadə edə bilərsiz.
TESTOSTERON BUSTER QİYMƏTİ: “Testosteron busteri”nin 1 qutusunun qiyməti 45-55 manat təşkil edir.
Ən yaxşı tribulus
Ən yaxşı  ZMA