Təsiri: göstərilən hərəkət baldır əzələlərinin arxa tərəfinin qalınlaşdırılmasına yönəldilib. Təsviri: ilkin vəziyyət – barmaqlar 15-20 sm. hündürlükdə olan altlıq üzərində, irəli doğru elə əyilin ki, bədən döşəməyə paralel vəziyyətdə olsun, əlləri üfüqi saxlayın. Əlavə ağırlıq üçün partnyordan xahiş edin ki, sizin kürəyinizdə mümkün qədər aşagıda otursun. Dabanlar maksimum aşağı olmaqla oturun, sonra mümkün olan qədər yuxarı qalxın. Variant: hərəkət ayaqaltının müxtəlif duruşu ilə yerinə yetirilir.