program

ŞTANQ KÜRƏYİN ARXASINDA OLMAQLA BİLƏYİN BÜKÜLMƏSİ

Təsiri: göstərilən hərəkət bazu önünün bükücü əzələlərinə təsir edir. Təsviri: göstərilən hərəkət maksimal çəki ilə yerinə yetirilir. Ilkin vəziyyət – ştanq kürəyin arxasında, ovuclar geriyə baxır, tutma çiyin enində. Bu vəziyyətdən biləkləri mümkün qədər yuxarı əyin. Aşağı nöqtədə qrifi barmaqlara tərəf sürüşdürün.