program

AYAQÜSTƏ QANTELLƏRLƏ QOLLARIN BÜKÜLMƏSİ

Təsiri: Hərəkət bisepslər və bazu önü əzələlərin daxili hissəsinə təsir edir. Təsviri: Düz durun, qantellər aşağı sallanmış əllərdə. Korpusun düzlüyünü qorumaqla, eyni vaxtda hər iki qantelləri çiyinlərə qaldırın. Bu zaman bisepsləri maksimum daraltmaq məqsədi ilə biləkləri azacıq xaricə doğru çevirin.  Aramla, çəkini müşayiət etməklə, qantelləri əvvəlki vəziyyətinə geri qaytarın. Hərəkəti təkrar edin. Variantlar: Son iki-üç təkrarlar zamanı “çitinq”dən istifadə edin. Həmçinin,  hərəkət hər bir əl üçün növbəli şəkildə əlavə izolə və “çitinq”i minimuma endirmək məqsədi ilə yerinə yetirilir.