program

ƏYİLMİŞ VƏZİYYƏTDƏ ŞTANQIN BELƏ DOĞRU DARTILMASI

Təsirləri: Hərəkətlərdən kürəyin orta hissəsinin inkişafı ücün istifadə edilir. Ştanla, qantellərlə əyilmiş vəziyyətdə dayanaraq yerinə yetirilir.Təsviri: Ayaqlarınızı kürəyinizin eninə qoyun. Gövdənin döşəmə örtüyünə paralel olmasına qədər irəli doğru əyilin və ayaqları dizlərdən bir az qatlayın. Ştanqı yuxarı tərəfdən, kürəkdən azca enli tərəfədə tutun. Ştanqı döş qəfəsinin aşağı hissəsinə doğru dartın. Aləti astaca endirməklə başlanğıc vəziyyətinə qayıdın. Bütün hərəkət vaxtı başınızı yuxarı tutun, irəliyə baxın, belinizi ideal düz vəziyyətdə axlayın. Ağırlığı qaldırarkən yellənməməyə calışın.Variant: Ştanqın belə doğru əks tutma ilə dartılması (övuclar özündən əks tərəfə)