program

DARTINMA

Təsiri: Bu hərəkət kürəyin enli əzələlərinin inkişaf etdirir, gövdəyə V-şəkilli forma verir. Hərəkət tirdə öz cəkisinin ağırlığı və ya əlavə ağırlıq verilməklə yerinə yetirilir. Təsviri: Variant 1 -Geniş tutma ilə sinəyə doğru dartınma. Başlanğıc vəziyyəti: tirdən sallanma. Sinəyə toxunmaya kimi dartının, bir anlıq dayanın və asta-asta aşağı doğru enin. Variant 2 -Geniş tutma ilə başın arxasına doğru dartınma.Trapesiyalara toxunmaya kimi dartının, bir anlıq dayanın və asta-asta aşağı doğru enin. Bir coxları bu hərəkəti zədə təhlükəli sayırlar, buna görə də sinə toxundarması ilə dartınmaya üstünlük verirlər.