program

GÖVDƏNİN “ROMA STULU”NDA QALDIRILMASI

Təsiri: Hərəkət qarın əzələlərinin yuxarı hissəsinə təsir edir. Təsviri: ilkin vəziyyət – “roma stulunda” oturaraq ayaqlar bərkidilib. Gövdənizi 700 bucaq altında geriyə əyin, sonra kürəyinizi düzəldərək gövdənizi ilkin vəziyyətə geri qaytarın və korpusu maksimum dərəcədə irəli verin ki əzələlər daha güclü daralsın. Hərəkəti təkrar edin. İrəli hərəkət edən zaman nəfəs alınır, geri hərəkət edəndə nəfəs verilir. Düzgün olmayan hərəkət bədən tam olaraq geriyə əyildikdədir. Belə olan halda onurğa sütununu zədələmək olar. Variantlar: Əllər başın arxa hissəsində birləşdirildikdə yükləmə artır. Həmçinin, hərəkəti əlavə ağırlıqlarla da yerinə yetirmək olar.