Təsiri: Hərəkət qarının çəp əzələlərinə təsir edir. Təsviri: ilkin vəziyyət - skamyada oturaraq yüngül qrifi və ya dəyənəyi çiyninizdə saxlayın, kürək düz, baş düz olmalıdır. Bu vəziyyətdən başınızı kənara çevirmədən çiyinlərinizi maksimum dərəcədə bir yana çevirin, sonra ilkin vəziyyətə qayıdın, hərəkəti digər yana təkrar edin. Hərəkət fasiləsiz olaraq 2 dəqiqədən az olmayaraq yerinə yetirilir, nəfəsalma qaydası sərbəstdir. Başı eyni vəziyyətdə saxlamaq üçün bir nöqtə seçmək və daima həmin nöqtəyə baxmaq lazımdır. Əgər hərəkət həddən artıq sürətlə yerinə yetirilərsə zədə almaq olar.