program

KÜRƏYİ ÜSTƏ UZANIQLI VƏZİYYƏTDƏN AYAQLARIN QALDIRILMASI

Təsiri: göstərilən hərəkət qarın əzələlərinin aşağı hissəsinə təsir edir. Təsviri: ilkin vəziyyət – döşəmə üzərində uzanırsınız, əllər də döşəmənin üzərində, gövdənin yanındadır. Ayaqlarınızı yuxarı, döşəməyə perpendikulyar vəziyyətə qədər qaldırın. Çalışın ki, ayaqlarınızı dizdən qatlamayasınız. Aramla ilkin vəziyyətə qayıdın. Hərəkəti təkrar edin.