program

HORİZONTAL SKAMYADA SİNƏDƏN QALDIRMA(JİM)

Təsiri: Sinədən qaldırma(jim) bədənin yuxarı hissəsi ücün baza hərəkətidir. Əsas təsirləri: sinə əzələləri, deltaşəkilli əzələlərin qabaq başlıqları, trisepslər.İkinci dərəcəli təsirləri: kürəyin əzələləri. Təsviri: Başlanğıc vəziyyət – üfiqi skamyada uzanaraq. Bu vəziyyətdə ştanqı dirəklərdən götürün və onu astaca sinənin mərkəzinə endirin. Calışın ki, sinə əzələlərini tam fəaliyyətə gətirmək ücün dirsəklər yana acılsın. Başlanğıc vəziyyətinə qayıdın. Hərəkətləri tam amplituda ilə yerinə yetirin. Variantlar: Tutmanın eni ilə sınaqlar kecirin. Enli tutma ağırlığı trisepslərdən götürür və onu əzələnin kənar hissələrinə ötürür, ensiz tutma isə - ağırlığı sinə əzələlərinin daxili hissəsinə kecirir. Həmcinin calışın ki, ştanqı boyuna yaxın aşağı endirəsiniz, bu əzələlərin daha yaxşı dartılmasına kömək edir.