program

BAŞI AŞAĞI VƏZIYYƏTDƏ, MAILI SKAMYADA UZANARAQ ŞTANQIN QALDIRMASI(JİM)

Təsirləri: Hərəkət sinə əzələlərinin yuxarı və aşağı hissələrinin inkişaf etdirilməsinə yönəlib.Təsviri: Maili skamyada başı aşağı uzanın. Ştanqı dirəkdən götürün və onu düz yuxarı qaldırın. Qaldırılmış əllərdə qrif körpücük səviyyəsində olmalıdır. Asta şəkildə ştanqı sinənin mərkəzinə endirin. Sinəyə toxunduqdan sonra əks hərəkəti etməyə başlayın. Sinə əzələlərinin “sallanmaması” ücün bu hərəkətdən cox istifadə etmək məsləhət görülmür. Variantlar: Enli və orta tutma ilə yerinə yetirmək, həmcinin skamyanın maililiyini dəyişmək: sinə əzələləri ən cox təsiri 15-30 dərəcə bucaq aralığında olanda maililikdə alır.