program

EZ-ŞTANQLA PULOVER

Təsirləri: Hərəkətdən sinə əzələlərin inkişaf etdirilməsi ücün istifadə edilir. Həmcinin əlavə olaraq da kürəyin enli əzələləri yüklənir.  Təsviri: Skamyaya uzanın, ovuclar arası məsafə 20-25 sm olmaqla qrifdən yapışın. Ştanqı başınızın arxasına kecirərək mümkün qədər aşağı salın, sonra isə başlanğıc vəziyyətinə qayıdın. Variantlar: Hərəkəti yerinə yetirmək ücün qantel, düz qrifli ştanq, trenajordan istifadə edilir.