program

“KROSSOVER”LƏR ÜCÜN ƏLLƏRİN TRENAJORDA BİRLƏŞDİRİLMƏSİ

Təsirləri: Hərəkət daxili, xarici və aşağı sinə əzələlərinə təsir edir.Təsviri: Əltutandan yapışın və əllərinizi yana tərəf düzəldin. Azca irəli əyilməklə əllərinizi önünüzdə birləşdirin və hərəkəti davam etdirərək, onları ombaların mərkəzi səviyyəsində birləşdirin. Bu vəziyyətdə dayanın və əlavə olaraq əzələləri gərin. Əlləri asta-asta acın və başlanğıc vəziyyətinə qayıdın. Variant: Bu hərəkət də dizlər üzərində dayanmaqla yerinə yetirilir. Bu zaman sinə əzələlərinə ağırlıq artır, belə ki, hərəkəti ayaq üstə yerinə yetirərkən ayaqlar ağırlığın bir hissəsini götürür.