program

BAŞIN ARXASINDAN ƏLLƏRİN DÜZƏLDİLMƏSİ

Təsiri: göstərilən hərəkət trisepslərin orta və arxa başlıqlarına təsir edir. Təsviri: ilkin vəziyyətdə üfüqi skamyada uzanın. Ştanqın qrifini yuxarıdan ensiz tutma ilə tutun və ştanqı başınız üzərinə qaldırın. Bu vəziyyətdən, dirsəkləri hərəkət etdirmədən, ştanqı başınızın arxa tərəfinə salın. Eyni trayektoriya ilə ştanqı yuxarı qaldırın. Bütün hərəkət boyu dirsəklər hərəkətsizdir və başa maksimum dərəcədə yaxın olmaqla sıxılıb. Variantlar: göstərilən hərəkət ayaqüstə, oturaraq, qantellərlə, trenajorlarda, əyilmiş qrifli ştanqla yerinə yetirilir.