program

ARXADAN DAYAQLA JİM

Təsiri: Göstərilən hərəkət çiyinin üçbaşlı əzələlərinə, xüsusilə də onların orta və daxili başlıqlarına yaxşı təsir göstərir.   Təsviri: əllərinizlə arxanızdan skamyanın kənarına dayaqlanın, ayağınızı digər skamyaya qoyun. Bu vəziyyətdən əllərinizi tam açılana kimi düzəldin. Sonra eyni trayektoriya ilə mümkün olan qədər aşağı enin. Variant: hərəkət həm də əlavə ağırlıqla yerinə yetirilə bilər.