program

MƏŞQ PROQRAMLARI

Vin Dizel-in məşq proqramı

Vin Dizel-in məşq proqramı

•    Anadan olub 18 iyul 1967-ci il •    Boyu: 182 sm•    Çəkisi: 95-105 kq•    Ən məşhur filmləri: “Forsaj”, “Üç iks”, “Riddikin xronikaları” Erkən illəri Maraqlıdır ki, Vin Dizel adı altında daha çox məşhur olan Mark Sinkler Vinsent, heç də həmişə güclü polad əzələlərə malik olmayıb, hətta orta məktəbdə oxuyan zamanlarda hündür boyu və arıq bədən quruluşuna görə “soxulcan” ləğəbini də daşıyıb.

Onun səhnə adına çevrilən ayamasını isə aktyor, 17 yaşından çalışmağa düzəldiyi Nyu-Yorkun “The Tunnel” gecə klubunda şilləvuran işləyən zaman qazanıb. Vin – Vinsent adının qısaldılmış formasıdır, Dizel adını isə ona tükənməyən enerjisinə görə qoyublar.

 

Gecə klubunda şilləvuran işi

Vin Dizel: “Mən demək olar ki, on il şilləvuran işləmişəm – Nyu-Yorkda, dünyanın ən təhlükəli şəhərlərindən birində. Gündəlik güc məşlqəri və əzələ kütləsinin toplanması, demək olar ki, mənim peşə keyfiyyətlərimin yüksəldilməsi üçün tələb olunurdu”.
“Mən öz bədənimi köhnə, sınaqdan keçmiş texnikadan – adi ştanq və uzanaraq jim vurmaq üçün skamya- istifadə etməklə adi küçə idman zallarında qumuşam. Mənim kütləli və hətta təhlükəli görünməm tələb olunurdu. “The Tunnel” və “Mars” klublarında şilləvuran işi – bu zəiflər üçün deyildi ”.

Vin Dizelin məşqlər sistemi

Vin Dizel: “Əvvəllər mən mümkün olduğu qədər çox əzələ yığmaq istəyirdim. İndi mənim məşqlərim bədənin hər bir hissəsi ilə işləmək üzərində qurulub, əvvəlcə mən onu 2-3 setdə ağır baza hərəkətləri yükləyirəm, sonra isə təcridedici 10-12 təkrar əlavə edirəm”
Hərəkətlərin koordinasiyalılığını yüksəltmək və öz bədəninə sahib olmanı yaxşılaşdırmaq üçün aktyor yoqa və pilates məşğələlərindən yararlanır: “Bu texnikalar əzələlər və bütün bədənə qeyri-tipik, həqiqətən kömək edən, yükləmələrin yaradılması üçün gərəklidir”.

Məşq proqramı

Vin Dizelin əzələ yığmaq proqramı, üç dəfə həftəlik güc məşqlərini, eləcə də istirahət günlərində müxtəlif növ kardio (qaçış, üzgüçülük), yoqa və ya pilates məşğələlərini nəzərdə tutur. Güc proqramı baza hərəkətlərinin əsasında qurulub.
Aktyorun fərdi məşqçisi Joşua Kozak iddia edir ki, Vin Dizel zaman-zaman güc məşqlərini KrossFit sistemi prinsipləri əsasında qurulmuş olan yüksək fəallılıqlı məşqlər siklinə dəyişir. Burada məqsəd əzələlər relyefinin yenidən işlənməsidir.

Bazar ertəsi: sinə və çiyinlər

•    Uzanaraq jim  – 4x5-6
•    Maili skamyada qantellərlə qolların açılması(razvedenie) 3 x10-12
•    Döşəmədən jim(otjimaniya) – 2x sona qədər
•    Oturaraq qantellərlə jim – 3x8-10
•    Ştanqın çənəyə qaldırılması – 3x8
•    Qantellərin yanlara qaldırılması(maxi v storonı) – 3x10-12

Çərşənbə: kürək

•    Yerdən dartma – 3x5
•    Enli tutma ilə blokun qarına dartılması - 3x8
•    Əyilmiş vəziyyətdə qantelin belə doğru dartınması(kürək üçün, bir əllə) – 3x10
•    Dartınma – 4x sona qədər
Çümə: ayaqlar və qollar

•    Maili skamyada bisepslər (qantellərlə) – 3x8
•    “Çəkic” (bisepslər üçün)– 3x10-12
•    Trisepslər blokda – 3x8
•    Ensiz tutma ilə uzanaraq jim – 2 x max
•    Oturub-durmalar – 3x10
•    Qantellərlə bir ayaq üzərinə oturmaq(vıpadı) – 2x8 (hər iki ayaq üçün)
•    Baldırlar – 2x15

Vin Dizelin qida rasionu

Aktyor aşağı miqdarda piy tərkibli, çoxlu sayda zülal və orta qlikemiya indeksli karbohidratlardan ibarət pəhriz saxlayır. Gündəlik istifadə norması – 2500 – 2700 kkal-dir, qida qəbulu hər porsiyasında 300-500 kalori olmaqla 6-8 hissəyə bölünüb.
Vin Dizelin rasionunda zülalın əsas mənbəyi toyuq və mal əti, karbohidratların əsas mənbəyi isə - tərəvəzlər, meyvələr, eləcə də bişirilmiş kartofdan ibarətdir.