program

MƏŞQ PROQRAMLARI

Cerard Batler -in məşq proqramı

Cerard Batler -in məşq proqramı

Cerard Batlerin “300 spartalı” filmi üçün məşq proqramı Cerard Batler (Gerard Butler)•    Anadan olub: 13 noyabr 1969-cu il


•    Boyu: 188 sm
•    Çəkisi: 86 kq
•    Yaxşı filmləri “Kəllə ovçuları”, “Qanunpərvər vətəndaş”, “Rok-n-rolçu”, “300 spartalı”, “Lara Kroft 2”.

 

İdmaçı görkəmli Batler
Cerard Batleri doğrudan da idmançı insan adlandırmaq olar – o futbolla, at sürmək, adi və suda xizək sürməklə məşğul

olur. Bundan əlavə o, suda boğulan oğlanı xilas etdiyinə görə igidliyə görə medalının da sahibidir.
Aktyorun fəal şəkildə idmanla məşğul olur, onu çətin ki, sağlam həyat tərzi tərəfdarı adlandırmaq olar – o, ancaq bu yaxınlarda siqareti atıb və alkoqol qəbulunu məhdudlaşdırıb. Müsahibəsi zamanı o etiraf edir ki, qamburgeri, kolanı və digər fastfudu sevir.

 

Cerard Batler necə məşq edir?
“300 spartalı” filminin çəkilişləri üçün o dörd ay, onun üçün Maykl Tvayt tərəfindən hazırlanan xüsusi proqram üzrə məşq edib. Proqram 300 təkrarlardan ibarətdir və siklik məşqlərin variantlarından biridir.
Proqramın hərəkətləri hər hansı bir fasilə olmadan ardıcıl olaraq yerinə yetirlir və buraya 1-3 sikl daxildir. Aktyora  bir sikli yerinə yetirməsi üçün 19 dəqiqə lazım olub, sonra isə, artıq proqram hamıya bəlli olduqdan sonra həmin sikli cəmi 12 dəqiqəyə yerinə yetirə bilənlər də tapıldı.

“300 proqramı”
•    Enli tutma ilə dartınma – 25 təkrar
•    Yerdən dartma –stanovaya tyaqa (50 kq) – 50 təkrar
•    Jim(otjimaniya) – 50 təkrar
•    60 sm hündürlüklü platformaya tullanma – 50 təkrar
•    Uzanaraq press üçün ayaqların qaldırılması – 50 təkrar
•    Enli tutma ilə dartınma – 25 təkrar

Bu proqramı hazırlayan Maykl Tvaytın sözlərinə görə, proqram əzələ kütləsinin artırılmasına və eyni zamanda yüksək intensivlik sayəsində relyefin artırılmasına da istiqamətləndirilib. Hətta bir sikli belə yerinə yetirmək olduqca çətindir, o ki, ola onu bir neçə dəfə təkrar etmək olsun. Amma bu proqramla 3 ay ərzində məşğul olsanız, yüksək nəticələr əldə edə bilərsiz. Uğurlar!