program

Uzanmış vəziyyətdə jim (jim lyoja) zamanı buraxılan 7 səhv

Uzanmış vəziyyətdə jim (jim lyoja) zamanı buraxılan 7 səhv

İdman klublarına yüzlərlə gələn insanları müşahidə etdikdən sonra biz özümüz üçün bir şeyi qeyd etdik ki, dünyanın hansı hissəsində, harada olmağınızdan, zalın hansı səviyyədə olmasından asılı olmayaraq uzanmış vəziyyətdə jim zamanı eyni səhvlərə yol verilir.

 

1. Jim zamanı ayaqları hara qoymaq lazımdır?

Uzanmış vəziyyətdə jim zamanı ayaqları haralara qoymurlar ki... Bəziləri onları qabağa uzadırlar, bəziləri isə skamyanı “qucaqlayırlar”. Ən pis variant – ayaqları skamyanın üzərinə qoymaqdır. Əgər sizin planlarınızda kanat üzərində yeriməyi öyrənmək istəyiniz yoxdursa, belə qoyuluşun heç bir mənası yoxdur. Əgər siz yaxşı çəki qaldırmaq istəyirsinizsə, sizin ayaqlarınız əsl dayağa çevrilməlidir, ayaqlarınızı maksimum dərəcədə yanlarınızın altına elə qoyun ki, dabanlarınız döşəmədən qopmaq üzrə olsun və məşq hərəkətinin yerinə yetirilməsi boyunca bu vəziyyətdə qalsınlar. Əgər sizin ayaqlarınız çox uzundursa, onları sadəcə olaraq daha geniş qoyun.

2. "Meymun" kimi tutma üsulu.

Çox vaxt elə insanlara rast gəlinir ki, onlar özləri üçün qərara gəliblər ki, baş barmağı digər barmaqlarının hamısı ilə eyni tərəfdə qoyaraq ştanqı bir tərəfdən tutmaq lazımdır. Amma əslində bu yolla onlar ştanqı endirərkən instinktiv və təbii olaraq dirsəklərini bədənə yaxınlaşdıracaqlar və bununla ön delta əzələlərini və trisepsi daha çox işə qoşacaqlar və döş əzələləri ilə daha az işləyəcəklər. Bundan başqa unutmamaq lazımdır ki, belə tutma variantı çox təhlükəli ola bilər, çünki ştanq əllərdən çıxa və üzərinizə düşə bilər.

3. Çiyinləri atmaq.

Ştanqın endirilməsi zamanı kürəkcikləri bir birinə yaxınlaşdırmaq lazım olduğunu unutmayın, elə etməyin ki, sizin çiyinləriniz bütün hərəkət zamanı eyni səviyyədə qalsın, əks halda işin böyük hissəsini delta əzələləri yerinə yetirəcəklər və döş əzələləri yenə də işsiz qalacaqlar. Həmişə düz baxın və başınızı skamyaya sıxmayın, çünki bu onurğanın boyun hissəsinin zədələnməsinə gətirib çıxara bilər.

4. Boşaldılmış bilək.

Növbədi tez-tez rast gəlinən səhv – arxaya sallanan biləklərdir. Hərəkət boyunca onlar bazu önü ilə eyni müstəvidə olmalıdırlar. Əks halda zədələr qaçılmazdır.

5. Qismən təkrarlar.

Kim deyib ki, ştanqı sinədən 6 düym məsafəsində dayandırmaq – normaldır? Bunlar avtomobili yol kənarından iki metr məsafədə park edənlər deyillər ki? Əgər siz bu məşq hərəkətini daha çox çəki əlavə edərək öz həmkarlarınız arasında daha çox hörmət qazanmaq üçün edirsinizsə, bilin ki, hərəkəti belə yerinə yetirmək heç də təqdirə layiq deyil. Ştanq vəziyyətinin aşağı hissəsi – sırf sinəyə aid hissədir və bununla siz yenə də döş əzələlərinizdən yüklənməni götürürsünüz. Əlbəttə ki, qismən təkrarlar məşq proqramlarında tətbiq olunan ayrıca bir üsuldur, lakin ondan daimi olaraq istifadə oluna bilməz. Özünüzə qarşı səmimi olun.

6. Sinə batutu.

İndiki dövrdə bu o qədər də rast gəlinən mənzərə deyil, lakin hələ də elə unikumlar var ki, ştanqı sözün əsl mənasında sinələrinə salırlar və onu qabırğalardan geri sıçrayışda tutmağa çalışırlar. Buna nə demək olar ki, bircə yenidən vurğulaya bilərik ki, bu zədə almaq baxımından çox, çox, ÇOX təhlükəlidir. Bundan əlavə, unutmamaq lazımdır ki, bütün uzanmış vəziyyətdə jim yarışlarında ştanqın sinəyə endirilməsindən sonra aşağı nöqtədə pauza tələb olunur. Belə ki, uzanmış vəziyyətdə jim hərəkətinin belə yerinə yetirilmə texnikası ilə sizin iki almaq şansınızın nə qədər olacağını özünüz təsəvvür edin.

7. Həddindən artıq çəki.

Məşq edən kimdir, siz yoxsa sizi sığortalayan şəxs? Bu çox rast gəlinən haldır ki, oğlan iki təkrarı öz gücünə edir, qalan altısını isə sığortalayan ilə birgə edir. Özünüz düşünün, bu cür təkrarlar kimə lazımdır? Yalnız bəlkə bisepsi və ya bütün bədəni qızışdırıb açmaq üçün sığortalayana, o da ki, əgər o sonuncu təkrarı tam olaraq sizin əvəzinizə yerinə yetirirsə, siz isə gücsüz şəkildə qrifə dirənərək qızarıb-bozarırsınız. Çəkini elə seçin ki, siz ən azı beş təkrarı özünüz yerinə yetirə biləsiniz və yalnız bundan sonra köməkçi ilə.

Bu gün, uzanmış vəziyyətdə jim hərəkətləri zamanı edilən ən ağılsız səhvlərin bax belə bir top siyahısı əmələ gəldi. Məşq hərəkətinin yerinə yetirilmə texnikasına riayət edin və bu sizin nəticələrinizdə mütləq yaxşı tərəfdən əks olunacaqdır!