program

İdman zalında etiket(davranış) qaydaları

İdman zalında etiket(davranış) qaydaları

  1. Heç vaxt ev ayaqqabısında məşq etməyin, bu bütün təhlükəsizlik texnikası qaydalarına ziddir. Bundan başqa bu çox gülünc görünür. 2. Özünüzdən sonra təri silmək üçün məşqə həmişə dəsmal götürün. Heç kim yaş trenajora uzanmağı sevmir.

 

3. Məşq çalışmasını yerinə yetirərkən idmançı bütün fikrini yanaşmada cəmləşdirir. Buna görə də onunla həmin anda danışmaq və onun fikrini yayındırmaq lazım deyil.

4. Trenajoru çox uzun vaxta məşğul etməyin. İdman zalında hamı məşq etməyə gəlib, lakin kiməsə görə bunu etməyə hamının vaxtı çatmır, çünki bu “fərd” özünü hamıdan yüksək tutur. Buna görə də, çalışın o insan siz olmayasınız.

5. Əgər idmançı məşqi güzgü qarşısında yerinə yetirirsə - onun qabağını kəsməyin. O həmin vaxt texnikaya nəzarət edir.

6. Əgər siz öz gücünüzdən əmin deyilsinizsə, kimdən xahiş edin ki, sizi sığortalasın. Çalışın travma almayasınız. Tərəfdaş ilə məşq etsəniz daha yaxşı olar.

7. İdman zalından öncə dezodorantdan istifadə edin və məşq üçün paltarı dəyişməyi unutmayın.

8. Özünüzdən sonra dəmiri (idman alətlərini) yığışdırmağı unutmayın.