program

Düzgün məşqin 10 sirri

Düzgün məşqin 10 sirri

1. Güc məşqlərinə yalnız əzələlərinizin açılmasına və qızışdırılmasına yönəlmiş hərəkətlərdən sonra başlayın. Ağır çəki ilə məşq etdikdə düzgün yerinə yetirilmə texnikasına əməl etməyə və fikrinizi söhbətlərə və zarafatlara yayındımayaraq yalnız bu məşqdə cəmləməyə çalışın.

 

2. Əgər hər hansı məşq haqqında (onun hər bir əzələ qrupuna olan təsiri və düzgün yerinə yetirilmə texnikası haqqında) ətraflı məlumatınız  yoxdursa, həmin məşqi yerinə yetirməyin. Güc məşqləri haqqında ətraflı məlumatlı olma sizi zədələnmələrdən və bağların dartılmasından sığortalıyacaq.

3. Məşqdən əvvəl şirniyyat və şəkər tərkibli yeməklər yemək tövsiyə olunmur. Trenajor zalına getməmişdən öncə minimum yağ tərkibli təbii karbohidratlarla qidalanmağı məsləhət görürük. Belə yeməkdən sonra siz uzun müddət ərzində aktiv və gümrah olacaqsınız.Məşqə ac getmək və ya əksinə, trenajor zalında fiziki yüklənmələrdən əvvəl çox yemək olmaz.

4. Təcrübəli idmançılar məşqlər üçün ən münasib vaxtı 14:00-dan 17:00-dək hesab edirlər. Lakin heç də hamının bu vaxtda trenajor zalına getmək imkanı yoxdur, ona görə də sizin üçün rahat olan vaxtda məşğul ola bilərsiniz.

5. Əgər məşq etməyə ərinirsinizsə və ümumiyyətlə əhval-ruhiyiyəniz yoxdursa – kefinizi pozmayın, bunun səbəbi bioritmlərdir! Məşqi buraxmayın. Məşqə gedin, lakin ağır çəkilərlə məşğul olmayın. Bir neçə gündən sonra yenə gümrah və enerjili olacaqsınız.

6. Öz əzələlərinizi qızışdırarkən onlar istidə olmalıdır, bunun üçün sizə məşqlər üçün idman geyimi lazım olacaqdır. Məşq geyimi bədən üçün rahat olmalıdır, materialı bədəni qıcıqlandırmamalıdır.

7. Öz daxili səsinizə tez-tez qulaq asın! Sizin intuisiyanız sizi aldatmaz!

8. Məşq qrafikinə (məşqlər, qidalanma rejimi, istirahət və yuxuya) riayət edin. Həmişə eyni vaxtda məşq etmək, məşqdən sonra isə bir sutkadan az olmayaraq tam istirahət etmək tövsiyə olunur.

9. Məşqin sonunda siz bir müddət istirahət etməlisiniz. Daha sonra zülallı qida qəbul etmək lazımdır.

10. Müxtəlif məşq çalışmaları arasında 5 dəqiqə, yanaşmalar arasında isə 1-2 dəqiqə istirahət edin. Əgər trenajor zalında çox istidirsə, məşq zamanı küçəyə çıxıb təmiz hava almaq olar. Sonra yenə idman zalına qayıdın və yeni güclə məşq etməyə davam edin.