program

Əzələ kütləsinin artmamağının 5 əsas səbəbi

Əzələ kütləsinin artmamağının 5 əsas səbəbi

Əgər artıq hiss etməyə başlamısınız ki, əzələlərinizi və iş çəkilərini artırmaq sizin üçün çətinləşib - mən sizə təsəlli verəsi deyiləm. Bu məqalənin məqsədi – bəzi yanlış fikirləri dağıtmaq, onları sizin beyininizdən yuyub çıxartmaqdır. Aşağıda işinizin nə üçün getmədiyini göstərən 5 mümkün səbəb göstərilib

 

1-ci səbəb - Siz nə qədər kalori qəbul etdiyinizi bilmirsiniz

Bu yaxınlarda, həyatımda gördüyüm ən arıq bir oğlan mənə dedi: “Mən çox yeyirəm”. Bilirsiniz sonra nə oldu? Ondan qəbul etdiyi kalori miqdarını soruşduqda, mən ondan heç nə eşitmədim. Bu “zəhmətkeş” hər gün nə qədər kalori yediyini bilmirdi.

Nə etməli? Bütün həftə ərzində nə yediyinizi və nə içdiyinizi ətraflı şəkildə yazın. Bundan sonra qidalanma haqda saytlardan birinə daxil olun və gün ərzində nə qədər kalori yediyinizi dəqiq hesablayın. Bu yaxşı başlanğıcdır. Bundan sonra siz lazım gəldikdə daxil olan kalorilərin miqdarına düzəliş edə biləcəksiniz.

Qəbul etdiyiniz kalori miqdarını dəqiq bildikdən sonra siz öz məqsədlərinizə uyğun nə edə biləcəyinizi anlaya biləcəksiniz. Elə ehtimal var ki, siz gözlədiyinizdən az kalori qəbul etdiyinizi öyrənəcəksiniz.

Qeyner almaq istəyirsiz? Münasib qiymətlər, geniş secim!

2-ci səbəb - Siz gündə nə qədər zülal qəbul etdiyinizi bilmirsiniz

Siz bir-iki ədəd toyuq döşü, bir neçə yumurta ağı yeyə, bir və ya iki ədəd zülal şeyki içə bilərsiniz, amma əsas problem odur ki, siz gün ərzində neçə qram zülal qəbul etdiyinizi bilmirsiniz.

Sizin xəbəriniz var ki, bir çox araşdırmalar göstərib ki, ağır atlerlər gündə azı 150 qram, və ya çəkinin hər kiloqramına iki qram zülal qəbul etməlidirlər? Bu optimal əzələ artımı üçün lazımdır. Əgər siz orqanizminizə nə qədər zülalın daxil olduğunu bilmirsinizsə, bunu öyrənməyin artıq vaxtıdır.

Siz, xəbəriniz olmadan, lazım olandan az miqdarda zülal qəbul edə bilərsiniz. Biz karbohidrat yönümlü dünyada yaşayırıq. Bir çox atletlər zülal çatışmazlığını kokteyl şəklində zərdab(Whey) və kazein zülalının köməyilə qarşılayırlar. Bu gündəlik zülal normasını tamamlamağa kömək edir.

Kalorilərlə olduğu kimi, həftə ərzində orqanizmə daxil olan zülal miqdarına nəzarət edin. Məqsəd – gündə bədənin hər kq-na 2 qram zülalın daxil olmasıdır. Uğurlu əzələ artımı üçün təxminən bu miqdarda zülal tələb olunur.

Protein almaq istəyirsiz? Münasib qiymətlər, geniş secim!

3-cü səbəb - Siz düzgün məşq etmirsiz

Ümumi sağlamlıq üçün yüklənmələrin faydası olsa da, bu zəmanət vermir ki, siz əzələ və çəki artıracaqsınız. Yüklənmədən tərləməniz yalnız o faktdan xəbər verir ki, siz kalori yandırmısınız.

“Zalda işləməyi” dayandırın və necə lazımdır məşq etməyə başlayın. Bunu etməyin ən sadə yolu – hər bir yanaşma zamanı bütün gücünüzü qoymaqdır. Zala daxil olarkən fikrinizdə əvvəlki məşqdən minimum bir təkrar artıq etmək məqsədini tutun.

Əgər siz uzanmış vəziyyətdə jim zamanı 90 kq-ı 6 dəfə sıxmağı bacarmısınızsa, bu dəfə bunu 7 və ya 8 dəfə edin. Bu cür irəliləyişə yönəlmiş köklənmə əzələ artımı prosesinə sehrli təsir göstərir.

4-cü səbəb - Siz həddindən artıq çox kardio məşqləri edirsiniz

Siz çox arıqsınız. Siz çəki yığa bilmirsiniz. Bəs onda siz nə üçün həftədə 300 dəqiqəlik kardio məşqləri edirsiniz?

Müəyyən miqdarda kardio yüklənmələr ümumi sağlamlıq üçün faydalıdırlar. Lakin onlar arıq insanlara çəki yığımında və əzələ artımında əlavə çətinliklər yaradırlar. Kardio yüklənmələri hər biri 20-30 dəqiqə olmaqla  həftədə 3-4 sessiya ilə məhdudlaşdırın. Başladınız, məşq etdiniz, bitirdiniz. Bu kifayətdir, mənə inanın. Yeməyə və istirahətə daha çox vaxt ayırın.

5-ci səbəb - Siz relyevfli qarın əzələlərinə sahib olmağa çalışırsınız

Ola bilsin ki, siz kök deyilsiniz, sadəcə sizin əzələləriniz azdır. Başa düşün, əgər siz həddindən artıq arıqsınızsa, bədənə əlavə piy lazımdır. Ondan qurtulmaq, demək olar ki, mümkün deyil. Niyə? Çünki sizdə çəki defisiti var və bədən özünü ac qalmadan qorumalıdır. Bədəninizdə piyin olmasına görə narahat olmaqdansa, heç olmasa bir neçə kiloqram əzələ yığmaq haqda düşünün. Bu əzələ kiloqramları sizə supermaço görünüşünə sahib olmağa kömək edəcəklər və sizi daima narahat edən artıq piy kiloqramlarınızı heç kim hiss etməyəcəkdir.