program

QİDALANMA

Qan qrupuna görə dieta. Uyğun dietanı seçin.

Qan qrupuna görə dieta. Uyğun dietanı seçin.

Çox insan gözəl fiqura malik olmaq istəyir və özlərini müxtəlif savadsız dietalarla yorur, həm də bu zaman sağlamlıqlarını itirirlər. Bir çoxları bilmir ki, düzgün qidalanma və orqanizmə ziyan verməyən dieta mütəxəssis dietoloqun köməyi olmadan mümkün deyil. Standart dieta mövcud deyil, çünki hər bin insanın orqanizminin öz xüsusiyyətləri vardır. Sizin diqqətinizə dietoloq Piter D Adamonun nəzəriyyəsinə əsaslanan və qan qruplarına görə olan dieta təklif edilir.

 

 

Birinci qan qrupuna görə qidalanma

Bu qab qrupundan olan insanları adətən ovçular adlandırırlar. Belə ki, bizim bütün əcdadlarımızın hamısında eyni qan qrupu olub, özü də məhz birinci qrup. Bu insanların yemək menyusundə mütləq ət zülalları təmsil olunmalıdır. Qan qrupu üzrə dieta süd və taxıl məhsullarının istifadəsini məhdudlaşdırır. Ona görə ki, belə qanla olan orqanizm, ilk baxışdan bu qədər faydalı olan ərzaqları lazımi qayda həzm edə bilmir.

 

İkinci qan qrupuna görə qidalanma

Belə insanları anadangəlmə vegetirian sayırlar. İkinci qan qrupu üzrə doğru olan qidalanma, əlbəttə ki, yarma və tərəvəzdir. Belə ikinci qan qruplu dieta ətin istifadəsini, rezusundan asılı olmayaraq məhdudlaşdırır, hərdən isə tam istisna edir. Birinci qan qrupundan olanlar üçün qidalanmanın əsasını təşkil edənlər ikinci qan qrupundan olan insalarda piy toxumalarına çevrilir. Həmçinin süd məhsulları da bu qan qrupundan olan insanlara heç də yaxşı təsir göstərmir.

 

Üçüncü qan qrupuna görə qidalanma

Üçüncü qan qrupu ilə olan insanları köçəri adlandırırlar. Belə ki, onlar çox güclü immunitetə malikdir və qidalanmanın dəyişməsinə yaxşı vərdiş edirlər. Üçüncü qan qrupundan olan insanların rasionunun əsasını süd məhsulları təşkil edir. Dietada, həmçinin, məsləhət görülür ki, piyli olmayan ət və balıqdan istifadə edilsin, bu məhsullar mədə həzmi üçün yaxşı yarayırlar.

 

Dördüncü qan qrupuna qidalanma

Bu tipi yeni insanlar adlandırırlar, belə ki, qan qrupunu son zamanlarda kəşf ediblər. Və bu qrupun rasionu ən güclü ərzaqlarla zəngindir. Piysiz ət və turş süd məhsulları, meyvə və tərəvəzlər – bütün bunları dördüncü qan qrupunun dietasına uyğun olaraq gündəlik qidalanmada istifadə etmək mümkündür və zəruridir.