1. Kəsmik
Kəsmik – əzələ kütləsinin artımı üçün ən yaxşı məhsullardan biridir. Cəmi 100 qram kəsmik sizə 22 qramadək zülal verəcəkdir. Həmçinin kəsmik “sürətli” və “ləng” zülalların kombinasiyasından ibarət olması ilə qiymətlidir.
2. Qızılbalıq
Qızılbalıq eyni zamanda həm zülal həm omeqa-3 yağ turşuları mənbəyidir. Bu ikili təsir sizə əzələlərinizi artırmağa kömək edəcəkdir. Həmçinin qızılbalıq daha tez nəticələr gətirərək metabolizmi sürətləndirə bilər.
3. Yulaf yarması
Yulaf yarması (ovsyanka, qerkules) sağlam qidalanmanın əvəzolunmaz komponentidir. Yulafın bütöv dənəsi özündə karbohidrat, sellüloz, zülal, mineral və vitaminləri birləşdirir. Özü də karbohidratlar “ləng” karbohidratlardandır, yəni siz daha uzun müddətə tox qalırsınız və qanda şəkərin səviyyəsini daimi saxlayırsınız.
4. Qarabaşaq
Qarabaşaq (qreçka) – əzələ kütləsini artırmağa kömək edən karbohidratların mənbəyidir. 100 qram qarabaşaq yarmasının tərkibində bioloji dəyəri 90%-dan yuxarı olan 18 qram zülal var. Qarabaşaq əzələlərin artımı üçün pəhrizə əla bir əlavə ola bilər.
5. Mal əti
Mal əti – keyfiyyətli zülal mənbəyidir.
6. Balıq yağı
Balıq yağı orqanizmə ağır məşqlərdən sonra daha tez bərpa olmağa kömək edən iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Buna görə də daha tez-tez məşq etmək olar. Balıq yağı həmçinin metabolizmi daha da sürətləndirə bilər.
7. Hind quşu
Hind quşu zülalın və 11 vitamin və mineralların mənbəyidir.
8. Toyuğun sinə hissəsi
Toyuğun sinə hissəsinin 100 qramında – yağın miqdarı minimal səviyyədə olan 22 qram zülal vardır.
9. Su
Suyun yetərli miqdarda qəbulu gücün çoxalmasına, enerji səviyyəsinin artmasına və düzgün həzmə kömək edir.
10. Yumurta
Yumurtanın tərkibində çoxlu zülal ( bir yumurtada 6 qram) var, onlar vitaminlər, sink, dəmir və kalsiumla zəngindirlər. Ona görə də yumurta çox vacib və balanslaşdırılmış məhsuldur.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır