program

QİDALANMA

Faydalı səhər yeməklərinin Top-8-liyi

Faydalı səhər yeməklərinin Top-8-liyi

1-ci yer Faydalı səhər yeməkləri arasında çempion bütöv dənli bitkilərdən bişirilmiş giləmeyvəli sıyıqdır. Dənli bitki komponenti kimi qarabaşaq, yulaf və ya təmizlənməmiş düyüdən istifadə etmək tövsiyə olunur. İlin fəsilindən asılı olmayaraq, giləmeyvələr təzə olmalıdırlar (qışda onlardan dondurulmuş şəkildə istifadə etmək olar). Belə səhər yeməyi sizə lazımi enerji ehtiyatı verən düzgün “mürəkkəb” karbohidratlarla təmin edəcək.

2-ci yer

2-ci yeri haqlı olaraq giləmeyvələrlə yağsız (5%-dək) kəsmik tutur. Kəsmik kütləsini tostun üzərinə qoymaq olar. Kəsmik orqanizmi lazımi zülallarla, meyvə və tərəvəz komponenti isə - immunitet üçün mikroelementlər və vitaminlərlə təmin edir.

3-cü yer

3-cü yer – göyərti və tərəvəzlərlə yumurta ağı ilə omlet. Bu tez və asan hazırlanan (cəmi 3 yumurta ağı lazımdır, tərəvəzlər zövqünüzə görə), həmçinin dadlı və faydalı yeməkdir. Bundan başqa, xolesterinlə zəngin yumurta sarısının olmaması sayəsində, bu səhər yeməyi həm uşaqlara, həm xəstələrə, həm də yaşlı insanlara uyğun gələcək və pəhriz saxlayanlara da heç bir zərər verməyəcək.

4-cü yer

4-cü yer – süd ilə qarabaşaq sıyığı – bitki məhsulu ilə süd məhsulunun mükəmməl vəhdəti. Bundan başqa, o kifayət qədər doyumlu və dadlıdır, vacib qan komponenti olan hemoqlobinin yaranmasına kömək edir. Qızardılmamış qarabaşaqdan (o yaşıl çaları ilə seçilir) istifadə etmək tövsiyə olunur, çünki o qızardılmış qarabaşaqdan 2 dəfə daha faydalıdır.

5-ci yer

Nə qədər qəribə görünsə də, beşinci yeri buterbrodlar tutur. Lakin bir qədər qeyri-adi buterbrodlar: kahı yarpağı, bir tikə soyutma toyuq əti (ət əvəzinə bərk pendirdən istifadə etmək olar) ilə bütöv dənli taxıldan hazırlanmış çörək. Heç bir halda çörəyi adi, ağ çörəklə əvəzləmək olmaz. Çünki lazımi və faydalı komponentlərin tərkibinə görə onu “boş” adlandırmaq olar.

6-cı yer

6-cı yeri giləmeyvəli yulaf blinləri (fəsəliləri) tutur. Yulaf vacib mikroelementlər və faydalı karbohidratlarla zəngindir. Blinlərin forması iştaha açan və maraqlı görünüş yaradır.

7-ci yer

7-ci yer – kişmişli və qozlu düyü ilə doldurulmuş bişmiş almalar. Yeməyin tərkibinə baxsaq görə bilərik ki, orqanizm üçün zəruri olan karbohidratları düyü, mikroelementləri və vitaminləri isə meyvələr verir, zülallı əlavə kimi qoz çıxış edir.

8-ci yer

8-ci yeri kəsmik zapekankası tutur. Onun tərkibinə kəsmik, manna yarması, şəkər, yumurta daxildir. Göründüyü kimi, bütün inqrediyentlər kifayət qədər doyumlu və kalorilidirlər. Ən əsası odur ki, bu yeməkdən alınan enerjidən ağılla istifadə edəsiniz ki, o ehtiyata yığılmasın.