program

Samyunvan – Böyük yalanın ifşası

Samyunvan – Böyük yalanın ifşası

Samyunvan – Böyük yalanın ifşası! Diqqət: TƏHLÜKƏLİ ƏLAVƏ! Bir müddət əvvəl Azərbaycan bazarında bir məhsul populyarlıq qazanmağa başladı. Bizə hər gün alıcılardan suallar gəlirdiki, Samyun Wan (tərkibində jenşen olması bildirilən) adlanan əlavə satı

Samyunvan – Böyük yalanın ifşası! Diqqət: TƏHLÜKƏLİ ƏLAVƏ! Bir müddət əvvəl Azərbaycan bazarında bir məhsul populyarlıq qazanmağa başladı. Bizə hər gün alıcılardan suallar gəlirdiki, Samyun Wan (tərkibində jenşen olması bildirilən) adlanan əlavə satışa nə vaxt çıxarılacaqdır? Biz bu məhsulu araşdırmağa  başladıq və illərlə idman qidalarının satışı ilə məşğul olduğumuz üçün, dərhal bu məhsulun saxta olmasından şübhələndik. NİYƏ?

Bu məhsulu satanlar 25-30 azn qiyməti olan 1 banka alana, nə az nə çox 8 kq çəki artımı ZƏMANƏT(QARANTİYA) verirdilər. Müştərilər bizdən adlı-sanlı şirkətlərin istehsalı olan yoxlanılmış məhsulları aldıqda və “bir bankadan” nə qədər kütlə yığa biləcəklərini soruşduqda, biz onlara HEÇ VAXT konkret cavab vermirik, çünki bu fərdi xüsusiyyətlərdən, qidalanmadan, yuxudan, həyat tərzindən, hormonal fondan və digər amillərdən asılıdır. Biz dərhal onlara izah edirik ki, onlara N sayda kiloqram toplayacaqlarını vəd edən insanlar – sadəcə olaraq şarlatandırlar (fırıldaqçıdırlar).

Bu məhsul haqqında  qısa araşdırma apardıq. Və məlum oldu ki:

1.Bu məhsul dünyada hec bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb.
2. Bu məhsul üçün nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Yəni, bu məhsul üçün Azərbaycanın heç bir orqanı tərəfindən heç bir rəsmi sənəd verilməyib.
3. Əvvəlki bəndi nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, bu məhsul kontrabandadır və heç bir özünə hörmət edən mağaza tərəfindən satışa çıxarıla bilməz.
4. Qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var. Yəni, məhsulun həqiqi mənşəyi məlum deyil.
5. Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına uyğun deyil. Mütləq saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərə və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu əlavə kontrafakt mənşəyə malikdir. Yəni, bu kimlər tərəfindən, hansı şərtlərdə, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur.
6. Komponentlər arasında əzələ kütləsinin artımına hər hansı şəkildə təsirə edə biləcək bir dənə də olsa məhsul göstərilməyib. Yəni, ya bu əlavə heç bir çəki artımına səbəb olmur, ya da ki onun tərkibində gizli komponentlər var, bu isə o deməkdir ki, o qəbul üçün potensial təhlükə daşıyır.

Və bu araşdırmanın nəticəsində - məhsulun tərkibində COX ZƏRƏRLİ kortikosteroid(hormonal dərman) olan deksometazonun olması bəlli oldu. Yəni, bizə bu məhsulun təzə-təzə yayıldığı dövrdən bəlli oldu ki, bu məhsul saxtadır. Və öz müştərilərimizə qətiyyən bu məhsulu qəbul etməməyə msləhət edirdik.

Amma bizim dediklərimiz nəticə vermirdi, hətta özünü orijinal idman qidaları satışı ilə məşğul olan mağaza kimi təqdim edən rəqiblərimiz, tez pul qazanmağı məqsəd qoyaraq, bu məhsulu satmağa başladılar. Biz sosial şəbəkədə jenşen bitkisinin çəki vermədiyini və iştah artımına aidiyyatı olmamasına və konkret olaraq Samyunvan adlı məhsulun saxta olmasını paylaşsaqda, müəyyən insanlar bu məhsulun çox effektiv və tam təbii olmasını israrla bəyan edirdilər.

Və ən əsas gətirilən fikir – SİZİN HANSI SÜBÜTUNUZ VAR? Hardan bilirsiz ki bu məhsulun tərkibində deksometazon var? Heç bir məntiqli cavabalar ki, “heç bir bitki bu qədər çəki artımı verə bilməz ” və ya əsl jenşen iştaha təsir etmir və s. qəbul olunmurdu. Nəhayət ölkənin qabaqcıl idman qidaları mağazalar şəbəkəsi olaraq, qərar verdik ki bu sübütları əldə edək və insanların zəhərlənməsinin qarşısını alaq.

Bunun üçün Dünya Anti Dopinq Aqentliyin (WADA -World Anti Doping Agency) akkreditasiyası verilmiş və Türkiyədə yerləşən Turkish Doping Control  Center-də bu məhsulu yoxlatmağa qərar verdik. Və bu da nəticə - əlbəttə ki, bütün bu möcüzəvi təsirlərin arxasında aptklərdə 1 azn olan və COX ZİYANLI vasitə - deksometazondu.

Bu rəsmi sənəddi və istənilən insan bu qurumla əlaqə saxlayıb bu yoxlama haqqında məlumat əldə edə bilər. 

Deksometazonun yan təsirləri:

1. Testosteronun sekresiyasının yatırılma ehtimalı yüksəkdir, bu isə əzələ kütləsinin azalmasına gətirib çıxara bilər.

2. İmmunitet hiss olunacaq dərəcədə zəifləyir, bəzən o dərəcədə ki, sağlamlığınızda ciddi problemlər yarana bilər.

3. Bir çox hallarda mədə-bağırsaqda  fəaliyyətinin pozulması müşahidə olunur, məsələn, köpmə, qidanın yaxşı həzm olunmaması, defekasiya pozğunluğu.

4. Sümüklərin kövrəkliyinə səbəb olur, bu isə öz növbəsində osteoporoz riskini yüksəldir. Bu onunla bağlıdır ki, deksametazon sümüklərdən kalsiumu “yuyub çıxarır”.

5. Çox vaxt bağların funksiyalarının pozulması müşahidə olunur, çünki onlar zəifləyir, bu isə onların yarılmasına gətirib çıxarır.

6. Deksametazon insulinə qarşı həsasslığı azaldır, buna görə də diabetə meyilli insanlar, ələlxüsus da diabetiklər üçün onun qəbulu qəti qadağandır.

7. Böyrəküstü vəzilərin funksiyasını əhəmiyyətli dərəcədə pozur.

8. Və əlbəttə ki, akneni (sızanaqları) qeyd etməsək olmaz, o da kifayət qədər tez-tez müşahidə olunur.

Bu Deksametazonun qəbulu nəticəsində müşahidə olunan yalnız əsas və tez-tez rast gəlinən təsirlərdir, hələ hormonal sistemin tam “uçması” və onun bir sıra preparatlarla birlikdə istifadə oluna bilməməsi kimi başqa məqamlar da var.

Və sonda yarana biləcək sualların cavabları:

✔Sual. Siz sadəcə öz qeynerlərinizi sata bilmirsiz ona görədə bu məhsulu gözünüz götürmür. Yəgin qazancınız azalıb.

✔Cavab – Əlbəttə ki, qeynerləri də satırıq başqa məhsulları da, əksəriyyət əlbəttə ki əsl idman qidası nədir bilir və aldanmır və ən əsası bu Samyunvanı bizə dəfələrlə satmağı təklif ediblər, “optovoy” qiymət kimi 5-7 azn təklif olunub, yəni əgər biz yalnız qazanmağı düşünsəydik, çoxdan bu məhsulu götürüb satardıq. Amma bizə belə qazanc lazım deyil.

✔Sual -Mənim dostum 3 qutu Samyunvan içib və çəkisi artıb və hec bir yan təsir də yoxdu. Boş –boş danışırsız..

✔Cavab – Əlbəttə ki, güclü kortikosteroid olan deksometazonu 1 ay qəbul etdikdə, cəki artacaq amma bu hecdə sağlam artım deyil. Yadda saxlayın, hec əsl steroid kursu qəbul edən insanlar da, dərhal yan təsirləri hiss etmir. Bu getdikcə orqanizmdə yarana biləcək problemlər və xəstəliklər olur – bu da hec bir ağlı olan insana lazım deyil.

✔Sual - Əşşi, elə sizin satdığınız qidalarda elə “ximiya”dıda. Eyni şeylərdi..

✔Cavab – Tamamilə səhv fikirdi. Bizde satilan mehsullar Indoneziyada deyil, Amerikanin ve Avropanin tanınmış brend məhsullarıdı. Ikincisi isə, bütün məhsullar birinci mərhələdə Səhiyyə Nazirliyinin Innovasiya idarəsində, tərkibində kimyəvi maddə olub olmaması haqqında yoxlama kecir. Sonra əgər təsdiqlınirsə ki, məhsul qatqısızdı, ikinci mərhələdə Qida Təhlukəsizliyi Agentliyi bütün məhsulları təkrar yoxlayır, bu dəfə mehsulun orijinalligi ve keyfiyyetini. Ve yalniz bundan sonra, mehsullar mağazalarıimızda satışa icazə verilir. ATLET.AZ yalnız rəsmi işləyir, buna görədə illərdi əksəriyyət idmancılar idman qidalarını bizdən əldə edir.

YEKUN

Bu təbii vasitə deyil və onun verdiyi effekt bütünlüklə Deksametazon hormonal preparatının sayəsində yaranır, bu preparatın tərkibinə daxil olan və ya guya ki daxil edilmiş bitkilər isə sadəcə olaraq hiylə üçündür. Bu sağlamlığa çox ziyan verə bilər və istifadəsi tamamilə məsləhət deyil!