Amino Hardcore - saxta məhsul olması təsdiqləndi. Bu məhsuldan istifadə etmək sağlamlığınız üçün təhlükəlidir!
amino hard zarari - amino hardcor zararları - amino hardcore haqqinda
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qidaları və bioloji fəal əlavələri qəbul edən iki idmançının nümunələrində qadağan edilmiş anabolik maddələr aşkar edib.
Oxu.Az xəbər verir ki, onlarda metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri aşkarlanıb.
İdmançı Azər Əhmədov (atletika) 18 aylıq, idmançı Rüfət İsmayılov (cüdo) isə 12 aylıq diskvalifikasiyaya məruz qalıb. Antidopinq qaydalarına əsasən, ilkin olaraq hər iki idmançıya dörd illik diskvalifikasiya tətbiq edilsə də, AMADA-nın təşəbbüsü ilə keçirilən təhqiqat nəticəsində cəza müddəti azaldılıb.
Beləliklə, R.İsmayılovun diskvalifikasiya müddəti 2018-ci il 22 may tarixində başlayıb və 2019-cu il 22 may tarixində bitib, Azər Əhmədovun cəza müddəti isə 2017-ci il 23 noyabr tarixində başlayıb və 2019-cu il 23 may tarixində bitib.
AMADA-nın araşdırması zamanı məlum olub ki, nümunələrdə dopinqin aşkar edilməsi idmançılar tərəfindən qida əlavəsinin istifadəsi ilə bağlıdır. İdmançıların izahatına əsasən, onlar “Mega Sport” şirkətinin istehsalı olan “AMINO Hardcore” əlavəsini qəbul ediblər.
İdmançılardan götürülmüş qida əlavəsi qutularının üzərində onun tərkibinə qadağan edilmiş maddələrin daxil olması haqqında məlumatın olmamasını nəzərə alaraq, AMADA həmin qida əlavələrini Köln şəhərində yerləşən və WADA (Dünya Antidopinq Agentliyi) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndərib.
Antidopinq qaydalarına əsasən, idman qidaları və bioloji fəal əlavələr yalnız qeydiyyata alınmış antidopinq qayda pozuntusunun araşdırması zamanı müayinə üçün laboratoriyaya göndərilir.
Müayinə nəticəsində həmin qida əlavələrinin metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri ilə kontaminasiya olunduğu müəyyən edilib.
Bununla bağlı AMADA xəbərdarlıq edir ki, idman qidaları və bioloji fəal əlavələrinin idmançılar tərəfindən istifadəsi onlarda dopinqin aşkarlanmasına gətirib çıxara bilər. Həmçinin idman qidası və bioloji fəal əlavələrinin istehsalçısının öz məhsulunun tərkibi haqqında natamam və ya yanlış məlumat göstərməsi mümkündür. Amma bu, qida əlavəsini qəbul edən idmançıları dopinq testinin müsbət çıxacağı halda məsuliyyətdən azad etmir.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır