Metandrostenolon, başqa adla danabol, və ya metan, və ya dianabol, və ya naposim, və ya metandienon. Məqaləni ən əsas fikirdən başlayaq - "metan" idman qidası deyil, "protein" deyil, vitamin deyil - COX ZƏRƏRLİ steroiddi və istifadə tamamilə məsləhət deyil!
Metandrostenolon preparatını metan adlandırırlar. Bu preparat əzələlərin böyüməsini stimullaşdırmaq məqsədi ilə idmançılar arasında tətbiq olunur. Metan – 17-a-alkilyasiya olunmuş (alkylated) oral androgen anabolik steroiddir. Onun testosterona nisbətdə anabolik aktivliyi 200%-ə, androgen aktivliyi isə 50%-ə bərabər tutulur. O aydın ifadə olunan anabolik və androgen təsirə malikdir.
Nə üçün məhz “metan”?
İlk dəfədir ki steroidlərin köməyi ilə əzələ kütləsini artırmaq istəyənlərin əksəriyyəti öz seçimlərini adətən “metanın” üzərində dayandırırlar. Bu preparatın xüsusiyyətləri ilə sıx bağlı olan üç səbəblə izah olunur.
Bodibildinqdə metan, başqa adla metandrostenolon insanın qaraciyərinə və böyrəklərinə mənfi təsir göstərir, o orqanizmdə mayeni toplamaq qabiliyyətinə malikdir, miqrenə bənzər güclü baş ağrılarına səbəb olur. O həmçinin insanın hormonal fonuna, mədə-bağırsaq yolunun funksiyalarına mənfi təsir göstərir.
Metanın uzunmüddətli qəbulu akne(səpgi) və allergik reaksiyaya, yuxarı və aşağı ətraflarda şikinliyin əmələ gəlməsinə, qıcolmalara, eləcə də tez-tez sidik ifraz etmək və defekasiya istəyinə səbəb ola bilər. Metanın müntəzəm tətbiqi insan orqanizminin reproduktiv (nəsilartırma) funksiyasını poza və sümüklərin tərkibində həddindən artıq kalsiumun yığılmasına gətirib çıxara bilər. Bundan başqa, metanın qəbulu ürək işemiyasının və bədxassəli şişlərin əmələ gəlmə riskini yüksəldir.
Bodibildinqdə metan qəbul etməyə qərar verməzdən əvvəl yaxşı düşünmək, onun bütün müsbət və mənfi cəhətlərini dəqiq ölçüb-biçmək lazımdır: qısamüddətli zahiri effektdən ötrü risk etməyə dəyərmi? Steroid tipli preparatları düşünmədən qəbul etdikdə, sağlamlıqla bağlı problemlər istənilən insanda yarana bilər.
Birincisi, “metan” kifayət qədər “çirkli” preparat sayılır və onun qəbulu nəticəsində bir sıra yan təsirlər müşahidə oluna bilər. Əlbəttə ki, bu aknedir, hansına ki cinsi yetkinləşmə dövründə olan 16-18 yaşlı idmançılar xüsusilə meyillidirlər.
Həmçinin “metan”, bir androgen kimi, kişi orqanizmində testosteronun hasilatında kifayət qədər güclü pozğunluğa səbəb olur. Tədqiqatlar göstərmişdir ki, hətta 10 gün müddətində gündəlik olaraq 20 mq metandrostenolonun qəbulu orqanizmdə testosteronun hasilatını 30-40% azaldır. Bu “metanın” güclü ifadə olunmuş qonadotrop təsiri ilə izah olunur, yəni, “metan” hipofizin vasitəsi ilə qonadotropinlərin, FSH-nin (folikulyar stimullaşdırıcı hormonun) və LH-nin (lüteinləşdirici hormonun) hasilatını yatırır. Bu steroidin daha bir çatışmazlığı – “metandan” imtina etdikdən sonra nail olunmuş nəticələrin səviyyəsi sürətlə itirilir. Bu onunla izah olunur ki, “kurs” müddətində orqanizmdə toplanmış su onu tərk etməyə başlayır.
Nəticə
- “Kürs” müddətində toplanılmış bütün əzələlər preparatlardan imtina etdikdən sonra “gedəcəklər”.
- İstənilən “kurs” hormonal sistemin fəaliyyətində və maddələr mübadiləsində qaytarılmaz nəticələrə səbəb olur.
- İstənilən “kurs” – “rus ruletkasıdır”, ola bilsin ki, bəxtiniz gətirəcək və siz minimum dərəcədə fəsad görəcəksiniz, amma elə də ola bilər ki, birinci aydan sonra artıq orqanizm ciddi zədələnsin.
Və bir daha demək istəyirik: əgər bu sizə real pul və ya mühüm “mənfəət” gətirmirsə, kimyəvi bodibildinqə soxulmayın. Nə qədər ki kurs keçirsiniz, siz formada olacaqsınız. Steroid istifadə etməyən kimi, forma çıxıb gedəcək. Əgər atlet ilboyu formadadırsa, demək o ilboyu “ximiya”dan istifadə edir. Möcüzələr yalnız nağıllarda olur.
Atletik, gözəl bədən quruluşuna, “qızların ağlını başından çıxaracaq” çiyinlərə, qollara və pressə (qarın əzələlərinə) - qidalanmaya, məşq rejiminə riayət etməklə də nail olmaq olar, bunun üçün isə ən azı 1-1,5 illik məşq tərcrübəsi lazımdır. Əgər məşq məqsədlərinizə tez çatmaq istəyirsizsə - tam təhlükəsiz olan idman qidaları əldə edə bilərsiz. Bunun üçün ATLET.AZ mağazalarına müraciət edə bilərsiz. Uğurlar!
İdman bədənə, oxumaq isə zehnə faydalıdır