program

BETA-ALANİNE

Beta-alanine
25% ENDİRİM

Beta-alanine

MƏHSUL HAQQINDA

Beta-alanine

Bestline Nutrition istehsalı olan Beta Alanine – dözümlülüyü əhəmiyyətli dərəcədə artırmağa kömək edən karnozin busteridir!

Beta-alanin əzələlər tərəfindən karnozin sintezi üçün istifadə olunan əvəzolunan amin turşusudur. Karnozinə əzələlərdə yüksək konsentrasiyada rast gəlinir və karnozin miqdarı nə qədər yüksək olarsa, bir o qədər də əzələlərin iş qabiliyyəti yüksək olar. Beləliklə, beta-alaninin qəbulu dözümlülüyü əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Daha çox məşq etmək, başqalarından daha güclü və dözümlü olmaq istəyirsiniz? O zaman beta-alanin məhz sizin üçündür!

Beta-alanine – insan bədənində istehsal olunmayan amin turşusudur, buna görə də onun ehtiyatını bu tip əlavələrin köməyi ilə doldurmaq tövsiyə olunur. Beta-alaninin əsas məqsədi nədir? Histidinlə birlikdə beta-alanindən “süd turşusu buferi” rolunu oynayan karnozin dipeptidinin istehsalı üçün istifadə olunur. Bəs bunun xeyiri nədədir? Karnozin əzələlərdə süd turşusunun yığılmasını yubadır və bununla da əzələlərin yorulmasını gecikdirir. Əzələlərin vaxtından əvvəl gücdən düşməsinin əsas səbəblərindən biri əzələ toxumalarında süd turşusunun həddindən artıq çox miqdarda olmasıdır. Bədəndə beta-alanin ehtiyatlarını doldurmaqla süd turşusunun əmələ gəlmə prosesini yubatmaq və əzələ dözümlülüyünü artırmaq olar.

İntensiv məşq zamanı qlükoza və qlikogen parçalanaraq enerji yaradır. Bu proses əzələlərdə həmçinin hidrogen (H+) ionlarının əmələ gəlməsi ilə müşayiət olunur. Hidrogen ionları toplandıqda əzələlər oksidləşir (turşuyur) və bu yorulmaya gətirib çıxarır. Bestlina Nutrition istehsalı Beta-Alanine-in əsas məqsədi - yorğunluq hissini yubatmaqdır ki, siz daha uzun müddət və intensiv məşq edə biləsiniz.

Bestline Nutrition istehsalı Beta-alanine - ın üstünlükləri:

  • Əzələlərdə karnozin miqdarını çoxaldır;
  • Tez yorulmanın qarşısını alır;
  • Dözümlülüyü artırır;
  • Əzələlərdə süd turşusunun əmələ gəlməsini yubadır;
  • Orqanizmin güc potensialını artırır;
  • Bərpa müddətini azaldır.

Məhsulun bir porsiyasında(3 qram) qida maddələrinin tərkibi:

Beta-alanine - 2,66 qram

İstifadə qaydaları: 180-240 ml suya  bir ölçü qaşığı Beta-Alanine  əlavə edin və 15-20 saniyə ərzində və ya toz tam həll olunana qədər qarışdırın. İlk porsiyanı səhər vaxtı, ikincini isə məşqdən 30 dəqiqə əvvəl və ya istirahət günləri günorta vaxtı qəbul etmək tövsiyə olunur. Müəyyən müddət Beta-Alanine-in qəbulu dəridə paresteziya - yüngülvari qaşınma hissinə səbəb ola bilər (bu tamamilə normal reaksiyadır, dərialtı sinirlərin stimulyasiyası ilə bağlıdır). Müntəzəm qaydada qəbul olunduqda bu hisslərin intensivliyi azalacaq və ya tamamilə yox olacaq. Əgər paresteziya sizdə narahatlıq yaradırsa, beta-alaninin ilkin qəbulunu 800-1200 mq-dək azaltmaq tövsiyə olunur. Daha yaxşı nəticələr əldə etmək üçün Beta-Alanine Powder-i ən azı 8 həftə müddətində qəbul edin.

Bağlamada porsiyaların sayı: 100

İstehsalçı: Bestline Nutrition

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları